Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə67/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   63   64   65   66   67   68   69   70   ...   120

XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK


Qeyd olunan həqiqətlərə diqqət yetirdikdə, yəqinliklə demək olar ki, Allah-taala heç bir şəxsə bütün nemətləri bağışlamamışdır. Necə ki, kimsə tam mənada bədbəxt edilmir. Görəsən, “Allah ona bütün nemətləri bağışlamışdır!” – ifadəsini işlətmək üçün maddi dünyada hər cəhətdən nemətlərə malik bir insan tapmaq olarmı? Digər tərəfdən, “Allah-taala onu bütün bədbəxtliklərə düçar etmişdir!” – demək üçün təbiət aləmində hər cəhətdən bədbəxt şəxs tapmaq mümkündürmü? Gördüyümüz kimi, dünyaya məxsus olan qayda-qanunlar və adət-ənənələrin tələbi ilə, xoşbəxtliklər və bədbəxtliklər bir-birilə qarışmışdır. Elə bir şəxs tapmaq olmaz ki, tam xoşbəxtlik, yaxud tam bədbəxtlik içində olsun.

Elə insanlar var ki, məişət baxımından rifah içində yaşadıqları halda, ruhi və psixoloji, fiziki çətinliklərdən uzaq deyillər. Elələri var ki, yüksək istedada, hədsiz gözəlliyə malik olduqları halda, yoxsulluğa, əxlaqsızlığa, ailə problemlərinə düçar olaraq əzab-əziyyət çəkirlər. Bəli, elələri var ki, fəqir olduğu, yeməyə bir şeyi tapmadığı halda, fiziki və psixi cəhətdən sağlamdır. Elə insanlar da var ki, maddi rifah içində yaşayır amma, gözəllik və elmdən məhrumdur...

Xoşbəxtlik və bədbəxtlik həqiqətdə insanın öz əməllərinə, rəftarlarına, istək və iradələrinə bağlıdır və Allah-taala ilə əlaqəli deyil. İnsan düzgün, yaxud əyri yol seçməklə özünü xoşbəxt, yaxud bədbəxt edə bilər.1 Dini təlimlərə əsasən, insanın iradəsi olmadan baş verən xeyir və şər işlərin səbəbi onun sınağa çəkilməsidir. Bu imtahan nəinki Allahın ədalətinə zidd deyil, hətta Onun hikmətinə əsaslanır. Belə ki, bu imtahan vasitəsilə yaxşı insanlar pis insanlardan seçilir. Görəsən, şagirdlərin ilin ya birinci rübündə, ya ortasında, ya da sonunda imtahan verməsi, onlara haqsızlıq və zülmdür? Bəlkə bu onların yuxarı sinfə keçmələri üçün köməkdir? Allah-taala maddi aləm və onun qayda-qanunlarını elə tənzimləmişdir ki, insan həmişə imtahan halında olaraq, yalnız Allah bəndəsi olduğunu niyyət və məqsədinin xalisliyini göstərsin.

İmtahan və sınaq habelə onun müxtəlif yönləri insanın əsaslı və tutarlı cavab tapmasına kömək edir. Ayə və rəvayətlərə əsaslanaraq, bu böyük ilahi nemətin bir qismini araşdırırıq:




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin