Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə69/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   65   66   67   68   69   70   71   72   ...   120
3-İman imtahan:

Bir sıra ayə və rəvayətlərdə göstərilir ki, möminlər Allaha iman gətirdikləri üçün hamıdan çox sınağa çəkilərlər. Hətta mal-dövlətləri və övladları onlar üçün sınaq vəsitəsi hesab olunmuşdur.1 Möminlərin imtahanı zinətə bənzədilmişdir. Sanki mömin şəxs onunla bəzənmişdir.2 Bu sınaq həm də ana südü kimi qələmə verilmişdir. Körpə öz aclığını onunla aradan qaldırır.3

Mömin şəxs öz imanı həddində müxtəlif sınaqlara çəkilər və bu, onun imanının keyfiyyət və kəmiyyətinin çoxalmasına səbəb olur. Çünki bu imtahan sayəsində onun imanının əsas ünsürləri artır; yəni həm mərifəti çoxalır, həm də Allaha qəlbən təslimçiliyi öz mənasını kəsb edir. Həqiqətdə, bu imtahanlar vasitəsilə mömin şəxsin qiyməti və dəyəri artır.

Elə buna görə də, həzrət Adəm (ə),4 həzrət Nuh (ə),5 həzrət Yunus (ə),6 həzrət Əyyub (ə)7

və həzrət Məhəmməd (s)1 kimi ilahi peyğəmbərlər o qədər əzab-əziyyətlərə məruz qalıb, ən ağır müsibətlərlə sınaqdan keçdilər.2

Allah-taala imtahanı dünyaya hikmətli qanun kimi hakim etmiş, sakitlik və həyəcanla, çətinlik və rahatlıqla birgə qərar vermişdir. Beləcə təqvalı insanlar yoxlanılır və möminlərə doğru yolu tutmaqda habelə həmin yolu davam etdirməkdə kömək olunur.3 Bu məsələ çox əhəmiyyətlidir. Bir şəxs özünün imtahana çəkildiyini görəndə, bilsin ki, Allahın qəzəbinə düçar olmuşdur.4

Deməli, aşiqlərin öz kamilliklərini müsibətlərdə və ağrı-acılarda görməsi səbəbsiz deyil.

Diqqət yetirmək lazımdır ki, insanın yaxşı və pis yol seçməkdə ixtiyar sahibi edilməsi imtahan yönünə malikdir. Buna görə də, imtahan yaxşı həyat məqsədinə şərikdir. Necə ki, insanın tərəqqi və tənəzzül yollarını seçməsi də imtahan yönlüdür. Bu baxımdan da, imtahan insanın yaxşı həyat sürməsində mühüm rol oynayır. “Mülhimə” (danışan, xeyir və şər işləri bilən),5 “müsəvvələ” (çirkin əməllərə sövq etdirən və onları insana gözəl göstərən)1 “əmmarə” (pis işlər görməyə əmr edən),2 “ləvvamə” (günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə, özünü qınayan),3 “mütməinnə” (öz əməlindən və imanından arxayın olan)4 nəfslərin, eləcə də müxtəlif dəyişikliklərin mövcudluğu ilahi imtahan və onun mərtəbələrinin yüksək əhəmiyyət kəsb etdiyini göstərir.5

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin