Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə77/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   73   74   75   76   77   78   79   80   ...   120
2-İlkin xüsusi təkvini hidayət: Bu, bütün insanların əql və fitrət yolu ilə bir sıra həqiqətlərə, dəyərlərə və qayda-qanunlara doğru hidayət olunmasıdır. Buna “batini höccət” deyilir. Bu qisim hidayətin bir neçə xüsusiyyəti vardır:

a) Yalnız insanlara məxsusdur.

b) İnsanlar arasında ümumi yönə malik olub, heç bir istisna qəbul etmir.

v) Zati və daxilidir.

q) Onun müqabilində heç bir azğınlıq yoxdur; yəni, Allah-taala heç kəsə onu Allahdan uzaqlaşdıran fitrət və azğınlığa aparan əql verməmişdir.

3-Ümumi təşrii hidayət: Bu, insanlara və cinlərə məxsusdur; çünki qanun çıxarmaq üçün ixtiyar, qüdrət və ayırdetmə qabiliyyəti lazımdır və bunu nəzərə almadan heç bir məna kəsb olunmur. Qurani-kərim nöqteyi-nəzərindən belə bir hidayət öz çərçivəsində ümumi yönə malikdir. Misal üçün, Allah-taala peyğəmbərləri və səmavi kitabları bütün bəşər cəmiyyəti üçün göndərmişdir. Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur. Çünki təşrii azğınlıq budur ki, Allah-taala peyğəmbərləri bəzi insanları azğınlığa yönəltmək üçün göndərsin və onlara azğınlığa sapdıran qayda-qanunlar, göstərişlər və hökmlər nazil etsin. Halbuki Allah-taala belə bir iş tutmaz və yalnız haqq söz nazil edir. O, hər deyirsə, hamısı haqdır!” Burada bir neçə mühüm nöqtə mövcuddur:

a) Allah-taala hidayətçi, şəriət göndərən, qanun və nizam qoyan adını daşıdığı üçün bütün insanların hidayətini və doğru yola yönəlməsini istəyir. Məhz bu səbəbdən də, hamı üçün haqq din göndərilmişdir.

b) Bu barədə Allahın iradə və istəyi budur ki, insanlar məcburiyyət üzündən yox iradə azadlığı ilə düzgün və haqq yol seçsinlər. Əks təqdirdə, O, bütün insanları məcburi olaraq düzgün və haqq yola yönəldərdi, peyğəmbərlərə və risalətə ehtiyac duyulmazdı. Buna görə də, Qurani-kərimdə belə buyurmuşdur: Biz onlara doğru yolu göstərdikistər şükür etsinlər, istərsə nankor olsunlar.”

q) İnsanlar ümumi təşrii hidayət müqabilində (malik olduqları ixtiyar və iradə azadlığına diqqət yetirməklə) iki mövqe tutmuşlar: Bəziləri ona təslim olmuş, bəziləri boyun qaçıraraq tüğyan etmişlər. Elə buradaca hidayətin başqa bir qisminə diqqət yetirək:




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin