28
seçəcəyimiz anları sənədləşdirməsi üçün güvənirik. Ayrıca, bu sürətli
böyümə ilə birlikdə, fotoşəkil və video manipulyasiya vasitələrinə asan
giriş imkanı meydana gəlmiş, həqiqətin büküldüyü daha çox görüntü
ilə qarşılaşılmağa başlamışıq.
Media, insanları təsir və istiqamətləndirmək üçün güclü bir vasitə halına
gəlib, bu da bizi fotoqrafiya etikasının əhəmiyyətini sorğulamağa sövq
edir.
Nə qədər manipulyasiya edilə bilər və sərhədlər nələrdir?
Təməl
fotoqrafçılıq prinsipləri fotoların hər hansı bir şəkildə dəyişdirilməsinə
qarşı çıxır - onlara görə fotolar orijinallıqlarını qorumalıdır. Bəziləri
fotolarda krop (kəsmə) edilməsinin belə qadağan olunmasının lazım
olduğunu söyləyir. Fotoqrafiyada etika əsas mövzu olduğunda, bir
orta nöqtə varmı?
Qəzetlərin ən əhəmiyyətli vizual element olan fotolar, həyatın axışında
yaşanan hadisələr haqqında fikir əldə edə bilməklə yanaşı, müxtəlif
mənfiliklərin düzəldilməsində də təsirlidir. Xəbərçilik peşəsinin başda
fotolar olmaq üzrə vizual elementlərlə dəstəklənməsi, xəbərin sənəd
xüsusiyyəti daşıması və oxucuların rəğbətinin qazanılması kimi
səbəblərə görə çox önəmlidir.
İndiki zamanda fotoşop və oxşar proqramlar ilə rəqəmsal texnologiya
vasitəsilə fotolarda dəyişiklik edib oxucu və tamaşaçıda
fikri
formalaşdıra bilirlər. Təməl dəyişikliklər isə fotoların mənasını
dəyişdirə bilər.
Gerçək ilə qurulan bağlar; Həqiqilik;
Manipulyasiya; Qəbul edilən
müdaxilə sərhədləri; Şəxsiyyət haqqları
və şəxsi həyata hörmət;
Ayrıseçkilik yaradacaq görünüşlər; Şiddəti “gözəlləşdirmək”; Təzyiq
altındakı və risk daşıyan qruplara diqqət (Uşaq, qadın, fiziki qsurlu,
azlıq, irqi və mədəni)