Ançe həqqəst əz həblül vərid
Tu fəkəndi tire fekrətra bəid
Ey kamano tirha bər saxte
Gənc nəzdiko to dur əndaxte
İrfanda «özündən tələb et», «qəlb heyrətlər şəhəridir», «dünya küp, qəlb isə su arxıdır», «dünya ev, qəlb isə şəhərdir» və bu kimi məsələlərə çox tə᾽kid edilib, yə᾽ni xarici aləm və təbiət çox təhqir edilib. İrfan məktəbində təbiətdən hətta kiçik bir kitab və mə᾽rifət mənbəyi kimi belə çox az söz açılır, halbuki, Əli (ə)-a nisbət verilmiş kəlamda dünya böyük aləm, insan isə kiçik aləm kimi tanıtdırılıb.***
Əgər biz onların bu məntiqini Qur᾽anın məntiqi ilə tutuşdursaq görərik ki, o, bir çox müsbət cəhətlərə malik olmasına baxmayaraq, Qur᾽anın təbiətə bu qədər e᾽tinasız olmaması müqabilində yetərsizdir. Qur᾽an baxımından təbiət və batindəki nişanə və əlamətlər bir-birinin kənarındadırlar. «...Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik...» (Fussilət-53).
Əlbəttə mən, insan üçün olan ən ali və şərəfli mə᾽rifət və agahlıqların onun öz daxilindən yaranaraq əldə edildiyini qəbul və e᾽tiraf edirəm. Amma bu, təbiətin heç nə olması, haqqın nişanəsi və Allahın qüdrət əlaməti olmaması və yalnız qəlbin Allahın aynası olması demək deyil. Bəli, qəlb Allahın bir aynası, təbiət isə digər bir aynasıdır.
Dostları ilə paylaş: |