Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


NİÇENİN DARVİN NƏZƏRİYYƏSİNDƏN İSTİFADƏSİ



Yüklə 7,65 Mb.
səhifə135/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   131   132   133   134   135   136   137   138   ...   182

NİÇENİN DARVİN NƏZƏRİYYƏSİNDƏN İSTİFADƏSİ


Dünyada başqa bir nəzəriyyə də yarandı ki, o, Niçe üçün digər bir əsasa çevrildi. Həmin nəzəriyyə darvinizmdir. Darvin dindar bir xristian olub. O, əslində Allaha zidd bir adam olmayıb və sözlərində Allahın olmasını e᾽tiraf edib və həzrət İsa (ə)-a hörmət bəsləyib. Hətta onun həyatı barəsində kitablarda yazılıb ki, Darvin öləndə, yə᾽ni can verən halda müqəddəs kitabı sinəsi üzərinə qoyaraq ondan möhkəm yapışıbmış. Amma Darvinin nəzəriyyəsi onun özünün də təsəvvür etmədiyi sui-istifadələrə düçar oldu. O cümlədən materialistlər, onun təkamül nəzəriyyəsindən Allahı inkar etmək üçün vasitə kimi istifadə ediblər.

Darvin fəlsəfəsindən edilmiş sui-istifadələrdən biri də, əxlaq məsələlərində, yə᾽ni yaxşı, nümunəvi kamil insan qurmaq barəsindəki məsələlər olub. Bu sui-istifadənin səbəbi Darvin fəlsəfəsinin əsaslarından birində həyatın «ölüm-dirim mübarizəsi olması» deyilməsidir. Onun yaratdığı dörd prinsipdən biri «zata məhəbbətdir.» Yə᾽ni hər bir heyvan öz zatını sevir və onu qorumaq üçün çalışır. Həmin prinsiplərdən bir digəri də həyatın ölüm-dirim mübarizəsi omlasıdır. Belə ki, Darvinin sözlərinə əsasən, bu dünyada həyat və yaşayışın əsas və kökü canlıların həmişə bir-birləri ilə mübarizə və döyüş halında olmaları və daha güclünün qalmasıdır. Canlılar təbiətin qəlbirində ələnir. Ümumiyyətlə müharibənin özü təbiətin qəlbiridir, təbiət heyvanları, onların arasında olan daimi keşməkeş və müharibədə süzgəcdən keçirərək həyat üçün daha layiqlisini seçir. «Həyat və yaşamağa daha layiqli»sindən məqsəd, mübarizə meydanında özünü daha yaxşı qoruya bilən və rəqibini məhv edərək özünü saxlayan varlıqdır.

Darvin fəlsəfəsinin bu prinsipinə irad tutaraq deyiblər ki, varlılar güclülüklərinə görə deyil, başqa səbəblərə görə qalırlar, «həyat və yaşamaq ləyaqətinə nail olmaq» isə başqa bir şeydir. Amma biz həmin iradlara toxunmaq istəmirik.

Hər halda Niçe həmin prinsipdən nəticə çıxararaq belə deyib: «Bütün canlılar, hətta insanların həyatı buna əsaslanır. Müharibə və mübarizə insanların həyatında hökm sürən mühüm prinsiplərdəndir və güclü insan, bu mübarizədən salamat çıxır. Haqq da mübarizədən sağ çıxaraq qalan insanladır. Niçe, sözünün davamında deyib ki, təbiət üstün insana doğru hərəkət edir və kamil insan gələcəkdə yaranmalıdır. (Onların «üstün insan»dan məqsədləri bizim «kamil insan» adlandırdığımız varlıqdır). Kamil insandan məqsəd nədir? Onun fikrincə kamil insan daha çox güc və qüdrətə malik insandır. Kamil insan onda, qətiyyən zəif insan yetişdirən əxlaq olmayan şəxsdir. Zəif insan yetişdirən əxlaqdan məqsəd nədir? Həmin əxlaqdan məqsəd bizim kamillik hesab etdiyimiz şeylər, yə᾽ni məhəbbət bəsləmək, mehribançılıq, yaxşılıq və xalqa xidmətdir. Niçe deyir ki, bu əxlaq bəşəriyyətin evini yıxıb, onun təkamülünə mane olub, üstün və kamil insan olan güclü insanın yetişməsinin qarşısını alıb. Onun fikrincə kamil insan, həmin zəif nöqtələrə malik olmayan insandır. Beləliklə Niçe həm Sokratın və həm də həzrət İsanın düşmənidir. O, deyir ki, Sokrat öz əxlaq məktəbində iffət, paklıq, ədalət, mehribançılıq və bu kimi sifətlərə yiyələnməyi tövsiyə etməklə xəyanət edib və ondan da pis mehribançılıq, məhəbbət və səmimiyyət barəsində çox söhbət etmiş İsanın işidir. Niçenin fikrincə bunlar insanın zəif nöqtələridir, insan bu sifətlərdən nə qədər uzaq olsa, kamilliyə bir o qədər yaxın olar, çünki kamillik qüdrət və bacarıq, naqislik isə acizlik və naqislikdir və həmin sifətlər də naqislikdən yaranır.


NİÇENİN NƏZƏRİYYƏLƏRİNDƏN NÜMUNƏLƏR


İndi məsələnin nə ilə nəticələndiyini göstərmək üçün onun fəlsəfə tarixi kitablarında çox nəql edilmiş sözlərindən bə᾽zilərini oxumaq istəyirəm. Bu barədə oxuduğumuz kitablar arasında Niçenin sözlərini hamıdan yaxşı Füruği nəql edib. Buna görə də onun sözlərini Füruğinin « Avropada fəlsəfənin inkişafı» kitabını 3-cü cildindən oxuyuram. O, yazır:

«Dünyanın bütün alimləri xudpəsəndliyi pisləyib, başqalarına acıma və mehribançılığı bəyənilən xislət hesab ediblər. Amma Niçe bütün alimlərin əksinə olaraq, xudpəsəndiliyi haqq və bəyənilən bir xüsusiyyət, mehribançılığı isə ruhun zəiflik və nöqsanı hesab edir.»

Biz gərək bu məsələ barəsində söhbət edək və mehribançılığın doğrudan da ruhun zəifliyi olub-olmamasını araşdıraq. Bu mühüm məsələlərdəndir.



«Niçe, Darvinin nəzəriyyəsinin həyat uğrunda cəhd göstərilməsi məsələsini qəbul edərək, onu mübarizə mə᾽nasında götürüb və başqalarının Darvin nəzəriyyəsinin mənfi nəticəsi adlandırdıqları şeyin, düzgün olmasını güman edərək «insanlar qələbə qazanmaq üçün bir-birləri ilə çəkişmədə olaraq qüdrət əldə etməlidir»lər qənaətinə gəlib. İnsanlıq aləminin bütün xeyirxahları əksəriyyət və kütlənin vəziyyətinin nəzərə alınmasını vacib sayaraq dünya işlərini kütlənin vəziyyətinə uyğun olaraq tənzimləyiblər. Amma Niçe əksəriyyəti xar və zəlil sayaraq yalnız azlığı, yə᾽ni xüsusi bir qrupu haqqa malik hesab ediblər. Onun fikrinin əsası budur ki, şəxs daha çox qüdrətə malik olmalıdır və bacardıqca onun həyatı hiddətli və xoş keçməlidir. «Mən»liyin mə᾽nası nəfsin çiçəklənərək daha güclü olmasıdır və insan öz nəfsinin istək və arzularından daha çox bəhrələnməlidir.»

İndiyə kimi hamı deyirdi ki, bu işlərin görülməsi əxlaqa ziddir, amma o, «nəfsani istəklərinizə uyğun olaraq əməl edin və əxlaq də məhz budur» deyir. Niçe deyir ki, ümumiyyətlə yaxşı işlər elə bunlardır.



«Bə᾽ziləri deyirlər ki, dünyaya gəlməməyimiz daha yaxşı olardı, bəlkə də məsələ onlar dedikləri kimidir, mən bilmirəm. Amma bunu da bilirəm ki, pis ya yaxşı bu dünyaya gəlmişik və ondan bəhrələnməliyik, bu bəhrələnərək ləzzət almaq hər nə qədər çox olsa o qədər yaxşıdır.»

O, deyir ki, mənim hədəf və məqsədim dünyadan bacardıqca çox və yaxşı bəhrələnməyim olmalıdır. Mənə, bu hədəfimə çatmaqda kömək edən hər bir şey yaxşı və əxlaqa uyğundur. Bu, Müaviyənin malik olduğu və həmişə təkrarladığı fikirdir: «Biz dünya ne᾽mətləri içərisində batdıq və ağnadıq.»

Niçe deyir:

«Mənim bu hədəfim üçün əlverişli olan hər bir şey, hətta daş ürəklilik, rəhimsizlilik, hiylə, yalan, müharibə və dava çox yaxşı işdir və həmin bu hədəfimə zidd olan hər bir şey – düzlük, mehribanlıq, fəzilət və pərhizkarlıq olmasına baxmayaraq pisdir. Xalq, qəbilə və millətlərin hüquqi baxımdan bərabər olmaları fikri də boş sözdür, bu fikir və inam insan cəmiyyətinin inkişafına ziddir.»

Niçe deyir ki, bütün insanların hüquq bərabərliyinə malik olmaları fikri səhv bir fikirdir, çünki həmin fikir zəiflərin güclülər səviyyəsində saxlanılmalarına və yazıq güclülərin də irəliləyə bilməmələrinə səbəb olur. Qoy zəiflər əzilsinlər və güclülər üçün yer açılsın, güclülər üçün meydan açılanda «üstün insan» yaranır.

«İnsanlar iki dəstəyə bölünməlidirlər: Onlardan biri qüvvətli və sərvətlilər, digəri isə asılılar və qullar olmalıdırlar. Əsalət və şərəf güclülərə aiddir və varlığın hədəfi onlardır. Əlaltılar isə onların istəklərinin həyata keçirilməsi üçün alət və vasitədirlər... Cəmiyyət və mədəniyyət bə᾽zilərinin güman etdikləri kimi güclülərin əlaltıları qorumaları üçün deyil, həmin şərəfli təbəqə və sinfin işlərinin irəliləməsi üçündür.»

Bəli, Niçe deyir ki, cəmiyyət və kütlə yalnız güclülərin var-dövlətə çatmaları üçündür və zəiflər güclülərə yük daşımalı olan heyvan kimidirlər. Onun fikrincə Sə᾽dininin aşağıdakı şe᾽ri düz deyil, çünki əslində qoyun çoban üçündür.

Sə᾽di deyir:


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin