Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


İRFAN MƏKTƏBİNƏ OLAN BƏ᾽Zİ İRADLAR



Yüklə 7,65 Mb.
səhifə9/17
tarix10.02.2018
ölçüsü7,65 Mb.
#42642
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

İRFAN MƏKTƏBİNƏ OLAN BƏ᾽Zİ İRADLAR

1. ƏQLİ TƏHQİRLƏR


İslam, ariflərin kamil insanını yuxarıdakı qədər təsdiq edir. Amma irfan məktəbində bə᾽zi şeylər təhqir edilib ki, islam həmin alçaltmalarla razılaşmır və buna görə də, ariflərin kamil insanı da bu din baxımından yarımkamildir. İrfanda elm və əql çox təhqir edilib. İslam qəlbi qəbul etməsinə baxmayaraq, heç vaxt əqli təhqir etməyib. Eşq riyazət və mə᾽nəvi seyrləri təsdiq edir və əql, fikir, deduksiya və məntiqi təhqir etməklə razılaşmır. İslam əql, fikir, dəlil və təfəkkürə çox hörmət bəsləyir. Buna görə də islamın müxtəlif dövrlərində, xüsusilə son dövrlərdə qəlb və əqlə birlikdə əhəmiyyət verən qruplar tapılıb. Şeyx Şəhabəddin Söhrəvərdi təqribən həmin yolla gedib. Sədrul-mütəəllihin Şirazi isə Qur᾽ana tabe olaraq əql və qəlb yolunun hər ikisini Söhrəvərdidən də çox möhtərəm saymağa çalışıb. Şirazi bə᾽zi filosoflar kimi qəlb yolunu təhqir etməyib və həmçinin bə᾽zi arif və sufilər kimi əqli alçatmaq yolunu tutmayıb, hər iki yola hörmətlə yanaşmaq istəyib. Deməli mə᾽lum oldu ki, irfanda və ya ən azı bə᾽zi ariflərin sözlərində elm və əqlin təhqir olunması islam tərəfindən təsdiqlənməyib. Qur᾽anın kamil insanı əqli baxımdan da kamala çatmış insandır və əqli kamal onun kamilliyinin bir hissəsidir.

2. TAM BATİNPƏRƏSTLİK


İrfan məktəbinin kamil insanının islam tərəfindən təsdiq edilməyən digər cəhətlərindən biri də həmin məktəbdə yalnız batinpərəstliyin irəli sürülməsidir. Belə ki, bu məsələ xaricə diqqəti tamamilə kölgə altında saxlayıb. Bu məktəbdə fərdi cəhətlər çoxdur və ictimai cəhətlər məhv olub və ya çox zəifdir. İrfan məktəbinin kamil insanı ictimai insan deyil; o, başını ancaq öz komasına salıb və başqa heç bir şeylə işi yoxdur. İslam qəlb, eşq, mə᾽nəvi riyazət, lütflə bağışlanan mə᾽nəvi elm və nəfsin təmizlənməsi barəsində deyilənləri təsdiq etməklə yanaşı, kamil insanı da hərtərəfli bir vücud kimi təqdim edir. İslamın kamil insanı həm xaricə və həm də cəmiyyətə meylli bir insandır və o, yalnız öz komasında qərq olmayıb. Gecə öz komasında qərq olaraq dünya və onda olan hər şeyi unudursa, gündüz cəmiyyət içində olur. Bundan əvvəl dediyimiz kimi, imam Zamanın (ə)-ın kamil müsəlman nümunələri olan səhabələri barəsində rəvayətlərdə dəfələrlə təkrar edilib ki, onları gecə görsən bir dəstə rahibi gördüyünü düşünərsən, elə bil ki, dağ ətəyindəki mağarada yaşayan və ibadətdən başqa heç nə anlamayan bir qrupla rastlaşmısan. Amma onlar gündüz aslana dönürlər. Onlar gecə rahibləri və gündüz aslanlarıdırlar. Qur᾽an da bu sifətləri bir yerdə cəmləyib. «[Onlar Allaha] tövbə, ibadət şükr-səna edənlər, oruc tutanlar [ ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər], rüku səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlərdir...»

(Tövbə-112).

Bu ayənin «səcdə edənlər» ifadəsi də daxil olmaqla olan hissəsi batini, ondan sonrakı hissəsi isə ictimai cəhətləri açıqlayır. Ayə, həmin batini sifətlərə malik şəxslərin öz cəmiyyətlərinin islahatçıları olmasını bildirib. Həmçinin digər bir ayədə belə buyurur: «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»



(Fəth-29).

Bu ayədə əvvəlcə onların cəmiyyət meyilli olmaları açıqlanıb və onların haqq və həqiqət düşmənləri, inadkarlar və kafirlərə qarşı sərt və möhkəm olmaları, iman əhlinə qarşı isə mehriban, mərhəmətli və xeyirli olmaları bildirilib: «Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza lütf diləyən görərsənYə᾽ni sən cəmiyyət meyilli həmin insanları rüku və səcdə halında görərsən; onlar öz Allahından razılıq və lütf diləyərlər; yə᾽ni özləri üçün dünya və axirət istəmirlər və onlar üçün haqqın razılığı hər şeydən üstündür. «Onların əlaməti üzlərində olan səcdə nişanəsidir

Bəli, bu məktəb tərəfdarlarının ancaq batinpərəst olmaları onların kamil insanlarında olan zəif nöqtələrdən biridir. Əlbəttə, irfan məktəbi başçılarının çoxu, islam tə᾽limlərinin güclü tə᾽siri altına düşdükləri üçün bu zəif nöqtəni başa düşüblər və öz sözlərində buna toxunublar. Amma buna baxmayaraq bə᾽zi vaxtlarda bu cür ifratlar yaranıb; yə᾽ni batinpərəstlik o həddə çatıb ki, xaricə meyl tamamilə rədd və inkar edilib. İslam bu məsələni təsdiq etmir.

3. NƏFSİ öLDÜRMƏK


Bu məktəbdə, barəsində danışılan məsələlərdən biri də «nəfsi öldürmək»dir. İslam terminləri arasında «nəfsi öldürmək» kəlməsi yoxdur. Bir-iki yerdə «nəfsi öldürmək» ifadəsi işlədilib ki, onlardan biri bundan əvvəlki söhbətlərimizdə Nəhcül-bəlağədən oxuduğum hissədədir. Bir də «ölməmişdən qabaq nəfsinizi öldürün» ifadəsi vardır. Adətən islami ifadələrdə söhbət nəfsin təmizlənməsi və islah edilməsi barəsindədir.

Şairlərin sözlərində nəfsi öldürmək məsələsi çox işlədilib. Əlbəttə biz bu ifadə ilə də müxalif deyilik. Amma məsələ burasındadır ki, bizim irfanda nəfsi öldürmək və özünü sındırmaq, yə᾽ni eqoist və xudpəsənd olmamaq barəsində elə danışılıb ki, bu çox vaxt islamda özünə hörmət (heysiyyət) adlandırılan əsaslı bir məsələnin unudulmasına səbəb olub. Bu mətləb daha geniş bəhs edilməsini tələb edir.

Söhbətimin əvvəlində dediyim kimi, irfan şirin olduğu və ariflər ədəbiyyat, nəsr və nəzm dili ilə öz iddialarını çox deyib yaydıqları üçün onların kamil insan nəzəriyyələri bizim cəmiyyətin müqəddəratında çox tə᾽sirlidir. Belə ki, biz çox vaxt uca və ali insanın ariflərin dediyi insan olmasını fikirləşirik. Buna görə də ariflərin dediyi uca və ali insan barəsində daha çox danışmaq lazımdır. Toxunduğumuz son nöqtəni də onların zəif nöqtələrindən biri olmasına işarə etmək xatirinə qeyd etdim. İnşallah gələn söhbətimizdə həmin mətləb və digər məsələlər barəsində geniş söhbət edəcəyik.


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin