Sirsaxlama
Ər-arvad başqaları ilə eyni məclisdə oturarkən ailənin xüsusi söhbətlərini açıqlamamalıdırlar. Belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, dostluq zamanı kimsəyə mütləq e`timad göstərib bütün sirləri onunla bölüşmək olmaz. Belə bir münasibət e`timadsızlıq yox, bir növ gələcəyi nəzərə almaqdır. Çox olub ki, sirrini dostuna açan şəxs sonradan peşiman olub. Dostluq münasibətlərinin istisində açılan sirlər bu dostluq qırıldığı vaxt qarşı tərəfin əlində hücum vasitəsinə çevrilib. Ona görə də dini rəvayətlərdə tövsiyə olunur ki, dostlarınıza mütləq e`timad göstərməyin. Həzrət Əli (ə) buyurmuşdur: “Dostuna kamil məhəbbət yetir, amma mütləq e`timad göstərmə. Ona öz rəftarınla tam yardım göstər, amma bütün sirlərini ona açma.”2
Qadınların belə bir nöqtəyə diqqətli olması zəruridir. Çünki onların sirr saxlamaq tutumu azdır və öz sirlərini asanlıqla başqalarına açırlar.
Digər bir tərəfdən, əgər bir şəxs bizə öz sirrini açmışsa və onun başqalarına deyilməsi ilə razı deyilsə, heç bir halda bu sirri faş etmək olmaz.
Başqalarının sirrini açmaq haramdır və ilahi əzabla nəticələnir.
Rəvayətdə deyilir: “Din qardaşı və ya din bacının sirrini açmaq xəyanətdir.” Digər bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxs sizə dediyi sözə görə nigarandırsa (bu sözün yayılmasından qorxursa), onun dediyi söz əmanətdir.”1
Dostları ilə paylaş: |