Kənd təSƏRRÜfatinin inkişafi və kreditləŞMƏsi layihəsinin


Kİ Kredit Portfelinin Monitorinqi



Yüklə 0,6 Mb.
səhifə9/13
tarix23.10.2017
ölçüsü0,6 Mb.
#11705
1   ...   5   6   7   8   9   10   11   12   13

Kİ Kredit Portfelinin Monitorinqi


İKA Kİ-dən verdiyi kredit vəsaitlərindən böyük hissəsinin Kİ-nin bir neçə üzvləri tərəfindən alınmasına yol verməməyi tələb etməlidir:


    • Qəbul edilən limit belə olmalıdır: Kİ kredit vəsaitlərin 60 faizindən çox olmayan hissəsi borcluların 40 faizi tərəfindən istifadə olunur.

    • Üzvə veriləcək kredit məbləği üzvün biznes planı, kredit tarixçəsi, geri ödəmə bacarığı və Kİ-nin əldə olan vəsaitlərinə əsaslanaraq artırıla bilər.

      • Kİ-nin coğrafi ərazilərinə bitkiçilik, heyvandarlıq, damazlıq və digər kredit təyinatlarına əsaslanaraq, Kİ sub kredit layihəsinin xüsusi bir fəaliyyət çərçivəsində cəmləşməsindən çəkinməlidir. Kİ-yə məhdud riski təmin etmək üçün Kİ öz kredit portfelini müxtəlifləşdirə bilər;

Hər Kİ mütəmadi olaraq kredit portfelinin əsaslı təhlilini və yeniləşməsini aparmalıdır. Bu yeniləşmə hər yarım illik əsasda aparılmalıdır (kreditin qiymətləndirildiyi hər zaman olunmalıdır). Kİ-nin işçiləri tərəfindən kredit portfelinin düzgünlüyünə dair İH-nə müntəzəm olaraq hesabat veriləcəkdir.




    1. İKA-nın yerlərdə monitorinqi


İKA-nın işçi heyəti RN-lərin maliyyə hesabatlarına əsasən yerlərdə monitorinq aparılacaq Kİ-nı seçir. Bu iş aşağıdakıları əhatə edir, lakin bununla məhdudlaşmır:


  1. Bütün tələb olunan sənədlərin kredit qovluğunda olmasını və verilmiş kreditin İKA-nın və AMB-nın müəyyən etdiyi minimum tələbata uyğun olub-olmamasına əmin olmaq məqsədilə Kİ üzvlərinin 10%-nin kredit sənədlərini yoxlamaq,

  2. Seçilmiş borcluların vəsaitlərdən necə istifadə etməsini və kredit müraciətlərində göstərilmiş təyinata uyğun istifadəsini yoxlamaq məqsədilə onlara baş çəkmək.

  3. Kİ-nin bütün siyasətləri və prosedurlarını nəzərdən keçirmək;

  4. Kİ-nin əməliyyatlarının Kİ-nin siyasətlərinə və prosedurlarına uyğunluğunu Kİ-nin aşağıdakı şəkildə idarə edildiyinə əmin olmaq üçün yoxlamaq:

    1. Mühasibatlıq prosedurları.

    2. Kreditlərin təhlili, təsdiqi və verilməsi prosedurları.

    3. İdarəetmənin düzgün aparılmasına, qanun və Kİ-nin nizamnaməsinə uyğunluğu.

    4. Kİ-nin daxili nəzarəti və onun icra olunması.

Bundan əlavə Kİ işçi heyətinın idarəetmə bacarıqları müsahibə yolu ilə və ümumilikdə, işin yerinə yetirilməsi də yoxlanılacaq.Yerlərdə monitorinq həmçinin xəzinədarların siyirtmələrində pul olması kimi texniki aspektləri və İdarə Heyətinə aylıq idarə heyəti iclaslarında bütün zəruri hesabatların təmin edilməsini də əhatə edəcəkdir.

Hər bir səfər barədə aşkara çıxarılan faktlar və tövsiyələri əhatə edən monitorinq hesabatı hazırlanacaq. Bu hesabat İKA-da sənədləşdiriləcək və surəti Kİ-nin İdarə Heyətinə veriləcək və aşkara çıxarılan nəticələr barədə öz şərhlərini vermək imkanı veriləcəkdir. İKA kredit ittifaqının bütün maliyyə, idarəetmə və ya əməliyyatla bağlı problemləri aradan qaldırdığına əmin olmaq üçün Kİ-nin əməliyyatları daxilində hər bir müstəsna halı izləməlidir.


İKA-nın Monitorinq Şöbəsi və RN monitorinqin koordinasiyasına görə cavabdehdir.
    1. İKA tərəfindən Kredit portfelinin idarə olunması

Kİ-nin kredit portfelinin İKA səviyyəsində idarə olunması məqsədi aşağıdakı nöqteyi-nəzərdən vacibdir:



  • Maliyyə riskinin idarə olunması;

  • Kİ-lərin yüksək keyfiyyətli və standartlaşdırılmış kredit vermə və qaytarma prosesini təmin etmək;

Bu səbəbdən də, İKA bütün Kİ-lərdən rüblük əsasla AMB hesabatlarının surətini təqdim etmələrini tələb edir. Hesabatlar aşağıdakıları əhatə etməlidir:




  • Balans

  • Mənfəət və Zərər Hesabatı

  • Prudensial Normalar üzrə Hesabat

  • Üzvlərin Sayı və Kredit Qalığı

  • Kredit və Vəsaitlərin Geri ödəmə müddətləri barədə məlumat

  • Ödəniş müddətləri barədə məlumat

  • Kİ-nin vəsaitlə təmin edilməsi

  • Kreditlərin təsnifatı

  • Kİ-nin digər aktivləri və passivləri

İKA aşağıda qeyd edilən aspektlərlə bağlı aylıq məlumatları toplayacaq :




  • Balans

  • Mənfəət və Zərər Hesabatı

  • Nizamnamə kapitalı

  • Cəmi üzvlərin sayı

  • Verilmiş Kredit

  • Kredit qalığı

  • Kredit almış üzv

  • Kredit qalığı olan üzv

  • Kreditlərin sayı


    1. Hesabatvermə

Tərtibat və hesabatvermə üçün tələblər Əlavə 3-də verilib



    1. Kİ və RN arasında əlaqə


RN Kİ fəaliyyətində İKA-nın xüsusi diqqətini tələb edən dəyişiklikləri aşkara çıxarmaq üçün özlərinin hər ay səfəri zamanı Kİ rəhbərliyi və işçi heyəti ilə keçmiş icralar və Kİ-nin gələcək planları, İKA tərəfindən xüsusi diqqətin tələb olunduğu Kİ əməliyyatlarının aparılmasında treninq ehtiyacları və dəyişikliklərin edilməsi barədə müzakirələr aparmalıdırlar.
RN Kİ və İKA arasında birbaşa əlaqə yaradacaq, buna görə də Kİ fəaliyyəti ilə bağlı bütün məsələlər barədə yardım və göstərişlər təmin edəcəkdir. RN problemi həll edə bilmədikdə məsələnin həllinə yardım üçün İKA-nın Bakı ofisi ilə əlaqə saxlamalıdır. Aşkara çıxarılanlar və tövsiyələri əhatə edən hesabat İKA-ya verilmək üçün hazırlanır, bu da İKA-nin Kİ qovluğunun ayrılmaz hissəsidir.

10.Kreditin vaxtında qaytarılmaması ilə əlaqədar prosedurlar

    1. Kreditin qaytarılmaması ilə əlaqədar İKA-nın yerinə yetirəcəyi proseduralar


Kİ əsas borcu və faizi ilə birgə vaxtında ödəmədiyi təqdirdə, kredit itkilərini təmin etməlidir.
Kİ sub kreditin vaxtında qaytarılmaması ilə əlaqədar İKA-ya aşağıdakılar barədə təfərrüatlı məlumat verəcək:


  • Kreditlərin və dövr ərzində qaytarılmayan kreditin məbləği;

  • Borcları qaytarmaq üçün Kİ-nin göstərdiyi cəhdlər və onun nəticələri;

  • Gecikdirilmiş hər bir kredit barədə gözlənilən itki;

  • Kreditin qaytarılması ilə əlaqədar vəziyyət;

  • Vaxtında qaytarılmamış kreditlərlə əlaqədar problemlərin həlli üzrə Kİ-nin təklif və tövsiyələri;

  • Kİ-nin sub kreditləri silməsi, əgər sub kredit 6 ay müddətindən çox vaxtı keçmişdirsə.

Hesabatı aldıqdan sonra İKA faktları təhlil etmək və Kİ-nin İdarə Heyəti eləcə də Kredit komissiyası və Müşahidə Şurası ilə yerlərdə problemi başa düşmək üçün müzakirələr aparır.



        10.2 Kİ krediti geri qaytarmadıqda İKA tərəfindən icra ediləcək iş9

İKA aşağıdakı prosedurları icra etməyə başlamalıdır:


Kİ kreditin geri ödənilməsində gecikmələrə yol verir:

        1. İKA-nın Kredit Mütəxəssisi öhdəlikdən 5 gün qabaq Kİ-nin idarə heyətinə ödəniş tarixi və ödəniləcək məbləğ haqqında məlumat verməlidir.

Kİ-nin İKA-ya 10 gün vaxtı keçmiş borcu var:

2.İKA-nın Kredit mütəxəssisi gecikdirilmiş kreditin İKA-ya dərhal gətirilməsi barədə xəbərdarlıq göndərir.
Kİ-nin İKA-ya 20 gün vaxtı keçmiş borcu var:

3.İKA gecikdirilmiş kreditin İKA-ya dərhal gətirilməsi barədə KI-yə təkrar xəbərdarlıq göndərir.

Kİ-nin İKA-ya 30 gün vaxtı keçmiş borcu var:


  1. Gecikdirilmiş kreditlər üçün 30% xüsusi ehtiyat fondu yaradılmalıdır.İKA-nın Kredit Şöbəsi Kİ-nin kredit məbləğləri üçün kredit itki hesabını təmin etməlidir.

  2. İKA ilə Kİ arasında bütün gələcək kredit avansları dayandırılır:

  3. İKA gecikdirilmiş kreditlərin ciddiliyini daha yaxşı qiymətləndirmək məqsədilə Kİ-dən gecikdirilmiş kreditləri olan üzvlərin siyahısını, Kİ-nin balansını və gəlir/mənfəət hesabatını tələb edir.

Kİ-nin İKA-ya 60 -179 gün vaxtı keçmiş borcu var:

Kİ-nin İKA-ya 60-dən 179 günə qədər vaxtı keçmiş borcu var:



    1. Gecikdirilmiş kreditlər üçün 60% xüsusi ehtiyat fondu yaradılmalıdır.İKA-nın Kredit Şöbəsi Kİ-nin kredit məbləğləri üçün kredit itki hesabını təmin etməlidir.

    2. Gecikdirilmiş kreditin dərhal təmin edilməsini tələb edən və əgər gecikdirilmə davam edərsə, İKA tərəfindən hüquqi prosedurların başlayacağını göstərən əlavə xəbərdarlıq Kİ-yə göndərilir.

    3. İKA-nın Baş Direktoru Kİ-lərlə mütamadi telefon əlaqəsi saxlayır, RN yerlərdə araşdırma aparır.

Kİ-nin İKA-ya 180 gün vaxtı keçmiş borcu var:



  1. Gecikdirilmiş kreditlər üçün 100 % xüsusi ehtiyat fondu yaradılmalıdır. İKA-nın Kredit Şöbəsi Kİ-nin kredit məbləğləri üçün kredit itki hesabını təmin etməlidir.

  2. İKA gecikdirilmiş kreditləri Kİ-dən toplamaq üçün son cəhdlərini etməlidir.

  3. Bu halda da krediti toplamaq cəhdləri boşa getsə, onda İKA-nın Baş direktoru Kİ-nin kreditinin İKA-nın Balansından silinməsi üçün qərar qəbul etməlidir.

  4. İKA Kİ-lərə qarşı iddianın Azərbaycan Respublikası məhkəmə orqanlarına təqdim edilməsi prosedurlarına başlamalıdır.

Qeyd: Əgər İKA araşdırmalar və danışıqlar nəticəsində müəyyən edərsə ki, Kİ ödənişdən qəsdən yayınır, krediti ödəməkdən imtina edir və krediti qaytarması ilə bağlı səy göstərmir o zaman geçikdirilmə müddətindən asılı olmayaraq İKA Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi prosedurlara başlaya bilər.




      Yüklə 0,6 Mb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin