Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində “Şəmkir rayonunda şitil istehsalının təşkili və ixracat üçün tərəvəzlərin qabqablaşdırılmasının



Yüklə 22.48 Kb.
tarix17.07.2018
ölçüsü22.48 Kb.



Kənd Təsərrüfatının  Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində “Şəmkir rayonunda şitil istehsalının təşkili və ixracat üçün tərəvəzlərin qabqablaşdırılmasının təkmilləşdirilməsi” Sub-layihəsi üçün Tərəvəz İstehsal Edən Fermerlərə Məsləhət Xidməti Göstərmək Məqsədi ilə yerli aqronom üçün


Texniki Tapşırıq


  1. Xülasə

Azərbaycan Hökuməti və Dünya Bankı Azərbaycanda “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsini” (KTRQGL) icra edir. “Aqrobiznes dəyər zəncirində biznesin inkişafına dəstək” Layihənin komponentlərindən biridir. Layihənin ümumi məqsədi sanitar və fitosanitar xidmətlərin gücləndirilməsi sayəsində kənd təssərrüfatı məhsullarının bazarlara çıxışını, seçilmiş dəyər zəncirlərinin dəstəklənməsi və agrobizneslə məşğul olan müəssisələrə maliyyə xidmətlərinin göstərilməsini təmin etməkdir. Layihə bundan başqa agrobiznes, yəni qida emalı və istehsalına maliyyə dəstəyi göstərməklə texnologiyaların yaxşılaşdırılması sayəsində məhsuldarlığın artırılması, bitki mühafizəsi və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi və müasirləşdirilməsini təbliğ edəcək. Layihə həmçinin kənd təsərrüfatı məhsullarının marketinq zəncirində əsas məhdudiyyətlər və müdaxilələrə hədəflənmiş fəaliyyətləri icra etməklə bir sıra seçilmiş yüksək dəyər zəncirlərinin inkişafına yardım edəcək. Nəhayət, Layihə dövlət və özəl sektorda qida təhlükəsizliyini diqqət mərkəzində saxlayaraq rəqabət qabiliyyətinin inkişafı proqramını dəstəkləyəcək.



  1. Ümumi məlumat

Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya gedib çatdırılmasınadək maraqlı olan  qruplar bir araya gətirilərək maliyyələşdiriləcək. Dəyər zəncirlərinin yaradılmasını ifadə edən bu iş Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə icra etdikləri  “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində görüləcək.

  1. Məqsəd

Rəqabətə davamlı məhsul istehsalı və tədarükü üçün Azərbaycana məxsus müasir model yaratmaq və həmin modeli bütün ölkədə tətbiq etməkdir.



  1. Məsləhətçi aqronomun vəzifələri

Dəyər zəncirlərinin yaradılmasını ifadə edən bu iş Kənd Təsərrüfatı Nazirliyi yanında “Kənd Təsərrüfatı Kreditləri və Qrantları” Dövlət Xidməti, Dünya Bankının , Xidmət Təminatçısının (GRİMM) və Layihə Rəhbərinin birbaşa nəzarəti həyata keçirəcək. Yerli məsləhətci layihədə iştirak edəcək və fermerlərin sahələri ilə tanış olacaq. Fermerlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün sahələrə baxış keçirəcək və hər bir fermerin ehtiyaclarına uyğun onlara məsləhət xidməti göstərəcək.Seçilmiş qabaqcıl fermer təsərrüfatlarında yeni texnologiyalar, qabaqcıl aqrotexniki qaydalar layihə iştirakçılarına nümayiş etdiriləcəkdir.



Məsləhəçi aqronom fermerlərlə aşaqdakı işləri birgə icra edəcək:


  • İstixanada əkindən əvvəl torpağın hazırlanması (əkindən qabaq torpağın pestisidlərlə dezinfeksiyası və s..);

  • Gübrələmədən əvvəl torpağın analizi (qida bitkiçiliyinin əsasları);

  • Yeni gübrələr - fertilizasiya gübrələri və onların tətbiqi vaxtı və normaları

  • Qabaqcıl becərəmə texnologiyaları barədə məlumatlar (avtomatik rütubətlilik və hərarətə nəzarət sistemləri);

  • İstixanalarda zərəvericilərin və xəsətliklərin idarə olunması

  • Qida təhlükəsizliyinin idarə olunması, kritik nəzarət sahələrinin təhlili

  • Beynəlxalq məsləhətçinin hazırladığı proqram və təlim materiallarına öz töhfəsini verəcək;

  • Təlimlərlə bağlı təqdimatların hazırlanmasında layihə rəhbəri və Beynəlxalq Məsləhətçi ilə əməkdaşlıq etmək;

  • Monitorinq və qiymətləndirmə məqsədləri üçün tələb olunan məlumatları toplamaq;

  • KTRQGL-nin və Xidmət təminatçısının (GRİMM) tapşırıqı ilə fəaliyyətləri həyata keçirmək.



  1. Tələb edilən ixtisas biliyi və bacarıqlar

Yerli aqronom ən azı aşağıdakı ixtisas göstəriciləri və bacarıqlara malik olmalıdır:

  • Kənd təsərrüfatı sahəsində ali təhsilə malik olmalıdır;

  • Tərəvəzin becərilməsi üzrə biliklərə, tərəvəz sortları haqqında geniş məlumatlara və 3 il iş təcrübəsinə malik olmalıdır;

  • Tərəvəzin becərilməsi üzrə fərdi və fermer qruplarına məsləhət xidməti göstərmək üzrə praktik təcrübəyə malik olmalıdır;

  • Müvafiq texnikaların və alətlərinin istifadəsi üzrə biliklərə malik olmalıdır;

  • Zərərverici və xəstəliklərə qarşı risklərin təhlili və nəzarət etmə, düzgün diaqnoz qoymaq bacarığı olmalıdır;

  • Torpaq analizlərinin təhlili, torpağın gübrəyə, mikroelementlərə olan təlabatını müəyyən etmək bacarığı olmalıdır;

  • Suvarma suyuna olan təlabatı müəyyənləşdirmək və müasir suvarma texnologiyalarının istifadə qaydalarını bilmək bacarığına malik olmalıdır.

  • Kompyuter bilik və bacarıqları olmalıdır.

  • Azərbaycan dilini bilməlidir.



  1. Məsləhətçi aqronomun məsləhət xidmətləri

Yerli aqronom aşağıdakı sahələrdə fermerlərə məsləhət xidməti göstərəcəkdir:

  • İstixanalarda tələb olunan aqrotexniki becərmə işlərinə, əkindən qabaq torpağın pestisidlərlə dezinfeksiya olunaraq hazırlanmasına, məhsulun keyfiyyətinə nəzarət, zərərvericilərin diaqnostikası və onlara qarşı kompleks mübarizə tədbirlərinin görülməsi, sahənin şum altına veriləck üzvü və mineral gübrələrin tələb olunan normaya uyğun verilməsi.

  • Əkin əməliyyatların vaxtında və düzgün aparılmasını, veqetasiya dövründə kimyavi mübarizə işlərinin profilaktik tədbiqini daima diqqət mərkəzində saxlamaq, hər bir fermer üçün kimyavi mübarizənin aparılma qrafikinin hazırlanması və onun icrasına nəzarət edilməsi.

  • Sahənin suvarılmasının təşkili və mövcud su mənbələrinin keyfiyyətini diqqət mərkəzində saxlamaq.

  • Becərmədə peşakar işçi güvvəsinin, becərmə və kimyavi mübarizənin aparılması üçün lazım olan traktor, texnika və avadanlığın tələb olunan vaxtda əldə edilib istifadə edilməsini təmin edib, yuxarıda adları qeyd edilən aqrotexniki qaydalara riayət edilməsinə məsuliyyət daşıyır.

  • Məhsulun qablaşdırılması üçün yığım vaxtını düzgün müəyyən edib itkisiz yığılıb təhvil verilməsini təmin etmək, kimyavi mübarizə üçün zəhərli maddələrdən istifadəni yığımdan qabaq dayandırılmasına nəzarət etmək.

  • Fermerlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün sahələrə baxışlar keçirəcək və hər bir fermerin ehtiyaclarına uyğun onlara məsləhət xidməti göstərəcək. Fermer təsərrüfatlarında yeni texnalogiyalar, qabaqcıl aqrotexniki qaydalar layihə iştirakçılarına nümayiş etdiriləcəkdir.

  • Bütün fəaliyyət aspektlərinə (işlərin icrası, benefisiarlarla qurulmuş əlaqələrin idarə edilməsi, istehsal vasitələrinin mənbəyinin müəyyən edilməsi), zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri proqramının əlaqələndirilməsinə, şitil istehsalının təşkili və ixracat üçün tərəvəzlərin qablaşdırılmasının təkmilləşdirilməsi dəyər zəncirinin idarə edilməsi ilə bağlı məlumatların toplanmasına, o cümlədən, məhsulun qorunması ilə bağlı məsləhətlərin verilməsinə məsuliyyət daşıyır.

  • Məsləhətçi vaxtının çox hissəsini sahələrdə fermerlər ilə keçirəcəyi gözlənilir. Bu səbəbdən də, məsləhətçinin fermerlər ilə ünsiyyət qurma bacarığının olması vacibdir.

Fəaliyyətlərin icra ediləcəyi məkan: Mövcud şəraitə müvafiq olaraq layihənin icra edilməsini asanlaşdırmaq üçün Azərbaycan daxilində səfərlər etməklə əsas məkan Şəmkir rayonu, Dəllər kəndi olacaq.

Təyinatın müddəti: 2018-2019 illəri əhatə edir (20 ay ərzində 30 iş günü). Mələhətçi 2018-ci ilin iyul ayından fəaliyyətə başlayacaqdır.

  1. Hesablaşma qaydaları

Məsləhətçiyə ödəniləcək xidmət haqqı danışıqlar yolu ilə müəyyən ediləcək və köçürmə vasitəsi ilə ödəniləcəkdir. Ezamiyyə xərcləri ödəniş məbləğinə daxildir.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə