1962-ci ildə “Şərq poeması” romans balladasının, “Eşq olsun sənətkara” şeri əsasında simfonik orkestr üçün romans ballada yazır. Bəstəkarın S.Rüstəmin sözlərinə yazdığı “Qarabağ” romansı geniş kütlə dinləyicilərinin rəğbətini qazanmışdır. O, M.Ə.Sabirin “Bilmirəm” satirik şeri əsasında vokal əsərini yaratmışdır.
S.Ələsgərov 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayına aşıq Ələsgərin sözlərinə solist, saz və xalq çalğı alətləri orkestri üçün iki hissədən ibarət “Aşıqsayağı” süitasını yazmışdır. S.Ələsgərovun Naxçıvan Muxtar Respublikasının yaranmasının 60 illiyi münasibətilə bəstələdiyi mahnı və rəqs ansamblı üçün “Bayram” süitasında respublikanın yüksəliş illəri, əmək adamlarının zəhməti, şən həyatı təsvir olunur. Bəstəkarın S.Rəhmanın librettosu əsasında yazdığı
Dostları ilə paylaş: |