1788-ci ildə üç simfoniya (onlardan biri “Yupiter” dir) bəstələyir. Vyanaya qayıdışdan bir müddət sonra Motsart Haydnla tanış olur və iki böyük bəstəkar tezliklə dostlaşırlar. Haydn Vyanaya gələndə Motsartla görüşər və onlar birlikdə kvartetdə ifa edərdilər.
1782-1785-ci illər ərzində Motsart piano üçün konsertlər seriyası yazır. 1786-ci ildə "Fiqaronun toyu" operası Vyanada uğurla səhnəyə qoyulur. Əsər Praqada da böyük uğur qazanır. Əsərin Praqa uğuru "Da Ponte" operasının sifarişi ilə nəticələnir və nəticədə "Don Ciovanni" operası yaranır. G minorda 25 saylı simfoniyası (K. 183) bu üslubda yazılmış ən gözəl əsərlərindən biridir. O 23 musiqili dramatik əsər, oratoriyalar, kantatalar, rekveyem, 40 mahnı, 49 simfoniya, fp ilə orketstr üçün 27 konsert, skripka üçün 6 konsert, fp üçün 19 sonataların müəllifidir.
Motsartın 1791-ci ildə yazdığı sonuncu əsəri rekviyemdir. Rekviyemin yalnız 2/3 hissəsinin Motsarta aid olmasına baxmayaraq, o, Motsartın ən yaxşı əsəri kimi qəbul olunur. Motsart əsəri tamamlamamış dünyasını dəyişib. O artıq yataq şəraitində keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir. O 1791-ci il dekabrın 5-də vəfat edir.
Sual 26. Lüdaviq Van Bethoven (1770-1827)
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır. 1770-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuşdur. Çox erkən yaşlarından musiqiyə həvəsi oyanmışdır. Orqan, skripka, alt musiqi alətlərində çalmağı öyrənmişdir. Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir.
O bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – "Heylingestad vəsiyyəti" əsərini yazır. Bethoven Qərb klassik musiqisinin nəhəng simalarından biri kimi anılır.
Bethoven rəngarəng janrlarda: simfoniya, konsert, piano və digər alətlər üçün sonatalar, simli alətlər və digər kamera musiqiləri, opera musiqisi, romanslar və s. əsərlər yaratmışdır. O altı simfoniya, dördüncü və beşinci piano üçün konsertlər, üçlü və violonçel üçün konsertlər, 5 simli kvartet, növbəti yeddi piano sonataları ("Valdşteyn" və "Appassionata" sonataları da bu dövrdə yazılmışdır) və Bethovenin yeganə operası olan "Fidelio" aiddir. Bu əsərləri ilə Bethoven dünya musiqi tarixində klassik musiqidən romantik musiqi mərhələsinə keçid, körpü rolunu oynamışdır.
1815-ci ildən 1827-ci ilə qədərki dövr ərzində miqyas və hədəflərini də genişləndirmişdir. Bu dövrə aid olan mühüm əsərlərindən birinci və ikinci simfoniyaları, ilk altı simli kvartetlərini, ilk üç piano konsertinin və ilk iyirmi piano üçün sonatalarını (buraya məşhur "Ay işığı" və "Potetik" sonataları, “Eqmont” üvertürası da daxildir).
Bethovenin yaradıcılığının son mərhələsi 1815-ci ildən başlayır. Sonuncu dövr əsərləri seriyasına "Missa Solemnis", "Grosse Fuge" adlı nəhəng kvarteti də daxil olmaqla beş simli kvarteti və sonunucu beş piano sonataları daxildir. 1814-cü ildə Bethoven eşitmə qabiliyyətini tamamilə itirir. 1823-cü ildə “Təntənəli messa”nı, IX simfoniyanı yazır.
Qardaşı oğlu üzərindəki qəyyumluq 11 hüququnu itirdikdən sonra Bethovenin səhhəti pisləşməyə başlayır və bu bəstəkarın 26 mart 1827-ci il tarixində vəfatı ilə nəticələnir.
Sual 28- Musiqidə romantizm. F.Şubert, F.Şopen, E.Qriq, C.Verdi
Musiqidə romantizmin banisi avstriyalı bəstəkar Frans Şubertdir. Artıq xvııı əsrin sonundan etibarən klassisizm cərəyanının estetik prinsipləri tədricən laxlamağa başlayır. Klassisizmə xas olan əsas cəhətləri yada salaq: təmkinlilik, emosiyaların düşüncələrə tabe edilməsi, musiqinin sərt və dəqiq qanunauyğunluğu. Romantik bəstəkarlar isə bütün bunlardan uzaqlaşaraq musiqidə emosiyaları, hissi və duyğuları ilk plana çəkir, sərbəst formalar yaradır, harmoniya, tembr sahələrini yeni incəliklərlə zənginləşdirir və sanki dinləyicilərini təbiət qoynuna, şirin xəyallar aləminə dəvət edirdilər. Yuxarıda qeyd etmişdik ki, musiqidə yaranan yeni, romantik təmayüllərin əsasını Şubert qoymuşdur. Musiqidə romantizmin banisi avstriyalı bəstəkar Frans Şubertdir.
Frans Piter Şubert (1797-1828)
Frans Piter Şubert 1797-ci ilin 31 yanvar tarixində Vyana yaxınlığında anadan olmuşdur.
Dostları ilə paylaş: |