Kimyanin təDRİSİNDƏ FƏNLƏrarasi əlaqə MƏzmunlu ekskursiyalardan iSTİfadə etməKLƏ ŞAGİrdləRİn ekoloji BİLİKLƏRİNİN ÜmumiLƏŞDİRİLMƏSİ metodikasi tağıyev T.İ



Yüklə 160,5 Kb.
səhifə4/6
tarix11.01.2022
ölçüsü160,5 Kb.
#110752
növüDərs
1   2   3   4   5   6
Ekskursiyaya hazırlıq:

1. Şagirdləri ekskursiyanın məqsədi ilə tanış etmək;

2. Ekskursiyanın planının müzakirəsi;

3. Öyərniləcək konkret obyektin müəyyən edilməsi.

Bu hazırlıqdan sonra şagirdlərə ekskursiyadan sonra cavab verəcəkləri suallar yazdırılır:

1. Alüminium zavodunun ətraf mühitə (su, hava, torpaq, abidələr, tikinti qurğuları) və insan sağlamlığına nə kimi təsiri vardır?

2. Zavodun ətraf mühitə mənfi təsirinin qarşısını almaq üçün nə kimi mühafizə tədbirləri görülür?

3. Zavodda xammaldan kompleks istifadə edilirmi?

4. Zavodda hansı komponentlər tullantı kimi atılır?

5. Bu tullantılardan başqa müəssisələrdə də istifadə edilirmi?

6. Zavodda fəhlələrin əmək şəraiti necədir?

7. Zavodda nə kimi təhlükəsizlik tədbirləri görülür?

8. Zavodda hansı peşə xoşunuza gəldi?

9. Zavodun ətraf mühitə etdiyi çirkləndirici təsiri və onun mənfi ekoloji nəticələrini cədvəl əsasında ümumiləşdirin.

Ekskursiyanın proqramı aşağıdakı mərhələləri əhatə edir.

1. Ekskursiyanın aparıcı mütəxəssisinin giriş sözü (müəssisənin iarixi, onun keçmişi, indiki və gələcəyi haqqında məlumat verilir);

2. Zavodun ərazisi, onun ətrafı ilə fəhlələrin əmək şəraiti ilə tanışlıq;

3. Zavodda gedən texnoloji proseslərlə tanışlıq. Xammalın qurudulması, xırdalanması və emalı ilə tanışlıq;

4. Xammalın və məhsulun keyfiyyətcə analizi üsulları ilə tanışlıq;

5. Ətraf mühitə atılan tullantıların (qum, gil, kükürd qazı) utilizasiyası;

6. Zavodda tullantılardan səmərəli istifadə edilməsi, ətraf mühitin çirklənmədən mühafizəsi üçün görülən tədbirlər haqqında izah edilən materialların qeyd edilməsi.

Ekskursiyadan sonra ümumiləşdirici müşahidə təşkil edilir. Nəticədə şagirdlərin suallara nə qədər tam cavab verməsi yoxlanılır.

Müsahibə zamanı bir sıra suallar ümumiləşdirilir. Başqa sözlə, başqa fənlərdən mənimsənilmiş biliklərdən istifadə olunmasını tələb edən sintez edilmiş suallardan istifadə olunur:

1. Zavodun əhatəsində bitki örtüyünün seyrəlməsi və həmin sahənin əkin üçün yararsız olması nə ilə bağlıdır?

2. Zavodun ətraf mühitə etdiyi mənfi təsirlər nə ilə bağlıdır?

(Texnologiyanın qeyri-mükəmməl olması, isçilərin ekoloji savadsızlığı, texnoloji rejimə düzgün əməl olunmaması və s.)

3. Xammalın emalı və məhsulun istehsalı zamanı nə kimi fiziki-kimyəvi proseslərindən istifadə edilir?

4. Bu proseslərlə bağlı reaksiyaların tənliklərini yazın.

5. Bu fiziki proseslər təbiətdə və insan həyatında hansı bioloji proseslərin baş verməsinə səbəb olur? Cavablarınızı konkret misallarla izah edin.

6. Tullantılar torpağa hansı yollarla qarışa bilər?

7. Torpağın çirklənməsi və onun mühafizəsi ilə bağlı hansı fiziki, kimyəvi, bioloji üsullardan istifadə edilir?

8. Zavodun ətraf mühitlə əlaqəsinə aid hansı mühafizə tədbirləri həyata keçirlir?

9. Burada şagirdlər nə kimi ictimai faydalı tədbirlərdə iştirak edə bilərlər? (ekoloji biliklərin təbliği, yaşıllaşdırma, tullantıların toplanması və s.)

10. Zavodun keçmişi və indiki istehsalı ilə bağlı iqtisadi göstəriciləri, iqtisadi səmərəsi, ekoloji cəhətdən nə dərəcədə yararlığını müqayisə edin.

11. Zavodun indiki vəziyyəti və gələcək perspektivi haqqında nələri proqnozlaşdırmaq mümkündür?

12. Zavodun ətraf mühitə mənfi təsirinin aradan qaldırılması işində nə kimi çatışmazlıqlar olduğunu müşahidə etdiniz?

13. Bu çatışmazlıqların aradan qaldırılması üçün siz nə təklif edərsiniz?

Şagirdlərlə təşkil edilən müsahibədə ətraf mühitə mənfi təsir edən antropogen faktorlar aşkar epdilir. Daha sonra zavodun ətraf mühitlə əlaqəsinə aid şagirdlərin cavabları 1 saylı ümumiləşdirici cədvəldə qeyd etdirilir.


Cədvəl1.


Yüklə 160,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin