Ekskursiyalar. Şagirdlərin təbiətdə məsuliyyətli davranışının formalaşmasında ekskursiyaların imkanları genişdir.
Ekskursiyalar zamanı şagirdlərin nəzəri biliklərinin tətbiqi üçün şərait, həmçinin faktları, hadisələri və onların mənfi ekoloji nəticələrini müşahidə etmək imkanı vardır.
Dərs prosesində müşahidə edilməsi mümkün olmayan obyektlər ekskursiyalar vasitəsi ilə müşahidə olunur.
Tədqiqat nəticəsində müəyyən edildi ki, ekoloji biliklərin ümumiləşdirilməsində effektivliyin artırılması yollarından biri yerli obyektlər üzrə təşkil edilən ekskursiyalarda fənlərarası əlaqədən istifadə edilməsidir.
Apardığımız araşdırmalardan müəyyən etdik ki, kimyadan təşkil edilən ekoloji məzmunlu ekskursiyalarda biliklərin ümumiləşdirilməsində aşığıdakı tələblərə əməl edilməlidir:
- ümumiləşdirilən nəzəri biliklərin praktika əlaqəsi aşkar edilməli;
- şagirdlərdə doğma diyarın təbiətinə məhəbbət, zənginliyinə inam yaradılmalı;
- ətraf mühitlə idrakı və emosional davranılmasını vəhdətdə həyata keçirilməli;
- şagirdlərin qarşısında başqa təbiət fənlərindən mənimsənilmiş baza biliklərini səfərbər etməyə istiqamətləndirən problemli suallar qoymalı;
- müşahidə edilən faktlar və hadisələrə əsaslanaraq, şagirdləri təbiətlə məsuliyyətli davranış ruhunda tərbiyə etməli;
-havaya, suya, torpağa, tikintilərə və qurğulara, abidələrə, antropogen təsirlərin mənfi ekoloji nəticələrini müşahidə etdirmək və onların aradan qaldırılması üçün təcili tədbirlər görülməsinin zəruriliyinin dərk etdirməli;
- ekskursiyanın nəticələri ilə bağlı şagirdlərin müzakirələrini təşkil etməli və müvafiq təkliflər hazırlamalı.
Bu məqsədlə ekskursiyaların keçirilməsi ilə bağlı obyektlərin seçilməsində aşağıdakı tələbləri müəyyənləşdirdik:
- obyektdə antropogen təsirlərin (müsbət və ya mənfi) müşahidə edilməsinin mümükünlüyü;
- obyektin məktəbin yerləşdiyi əraziyə nisbətən yaxın yerləşməsi;
- obyektdəki ekoloji vəziyyətin təyin edilməsində və onun mühafizəsində təbiət fənlərinə aid biliklərin ümumiləşdirilməsi imkanları.
Bu tələbləri nəzərə alaraq ekskursiya keçiriləcək aşağıdakı obyektləri ayırd etdik:
- neft və qaz çıxarılması və emalı ilə bağlı istehsalat sahələri;
- faydalı qazıntı çıxarılan mədənlər;
- kimya sənayesi ilə bağlı istehsalat sahələri;
- kənd təsərrüfatı məhsulları istehsal edilən sahələr;
- xörək duzu istehsalatı;
- sement istehsalatı;
- şüşə zavodları;
- keramika məhsulları istehsalı və s.
Kimya proqramına əsasən ekskursiyaların təşkili, məzmunu və onun əsas mərhələlərini aşağıdakı kimi ayırd etdik.
- ekskursiyaya müəllimin hazırlanması;
- plan tərtib edilməsi, məqsədin müəyyənləşdirilməsi, müvafiq ədəbiyyatların öyrənilməsi, vasitələrin tapılması və s;
- ekskursiyaya şagirdlərin hazırlanması.
Təşəbbüskar qrupların yaradılması, ekskursiya proqramının işlənməsi, ekskursiyada iştirak edən hər bir qrupun vəzifələri ilə tanış edilməsi:
- idrakı və tərbiyəvi məsələlərini ayırd edilməsi;
- ekskursiyanın yekunlaşdırılması;
- proqramda qeyd olunanları, təbiətin mühafizəsi məsələlərinin həyata keçirilməsi.
Müəllimin ekskursiyaya hazırlaşması aşağıdakılardan ibarətdir:
- əvvəlcə ekskursiya obyekti ilə diqqətlə tanışlıq, müəssisənin mütəxəssisi ilə tanışlıq və ondan müəyyən informasiyanın alınması.
Daha sonra müəllim ekskursiyanın marşrutunu dəqiqliklə hazırlayır, nəqliyyat haqqındakı məsələləri dəqiqləşdirir.
Nümunə üçün Alüminium zavoduna təşkil olunan ekskursiyanı nəzərdən keçirək.
Dostları ilə paylaş: |