Kimyəvi-bakterioloji analiz laborantı



Yüklə 73,26 Kb.
tarix09.06.2018
ölçüsü73,26 Kb.
#53084

Qəbələ Peşə məktəbi

“Kimyəvi-bakterioloji analiz laborantı” peşəsi üzrə



Mikrobiologiya fənni üzrə test sualları.

      1. Çörəyin təbaşir xəstəliyini hansı mikroorqanizmlər törədir?

  1. Maya göbələkləri

  2. Viruslar

  3. Kif göbələkləri

  4. Bakteriyalar

  5. Düzgün cavab yoxdur

      1. Aerob mikroorqanizmlər hansılardır?

  1. Oksigensiz mühitdə yaşayan mikroorqanizmlər

  2. Karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edən mikroorqanizmlər

  3. Oksigenli mühitdı yaşayan mikroorqanizmlər

  4. Düzgün cavab yoxdur

  5. Karbon mənbəyi kimi qeyri – üzvi maddələrdən istifadə edən mikroorqanizmlər

      1. Sərbəst atmosfer oksigeni olmayan mühitdə yaşayıb inkişaf edən mikroorqanizmlər necə adlanır?

        1. Psixrofillər

        2. Termofillər

        3. Mezofillər

        4. Anaeroblar

        5. Aeroblar

      2. Mikroorqanizmlərdə olan dəyişkənlik formaları necə adlanır?

        1. Deyilənlərin hamsı

        2. Mutasiya və modifikasiya

        3. Termofil və mezofil

        4. Simbioz və metabioz

        5. Aerob və anaerob

      3. Satellitizm nədir?

        1. Bir mikroorqanizmin inkişafının digər mikroorqanizm hesabına getməsi

        2. Iki müxtəlif növdən olan mikroorqanizmlərin bir – birinin yaşaması üçün şərait yaratması

        3. Bir mikroorqanizmin digərini sıxışdırıb çıxarması,məhv etməsi

        4. Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

        5. Mikroorqanizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və s. ifraz etməsi

      4. Iki müxtəlif növdən olan mikroorqanizmlərin bir – birinin yaşaması üçün şərait yaratması necə adlanır?

        1. Satellitizm

        2. Simbioz

        3. Metabioz

        4. Parazitizm

        5. Antaqonizm

      5. Metabioz nədir?

  1. Bir mikroorqanizmin digərini sıxışdırıb çıxarması,yəni məhv etməsi

  2. Iki müxtəif növdən olan mikroorqanizmlərin bir – birinin yaşaması üçün şərait yaratması

  3. Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

  4. Mikroorqanizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri,vitaminlər və s. ifraz etməsi

  5. Bir mikroorqanizmin inkişafının digəri hesabına getməsi

      1. Mikroorqanizmlərə təsir edən bioloji amillərə hansılar aiddir?

  1. Antibiotiklər

  2. Temperatur

  3. Rütubət

  4. Duzluluq

  5. Təzyiq

      1. Osmofillər hansı mokroorqanizmlərdir?

  1. Çox yüksək təzyiqli mühitdə öz həyat fəaliyyətini davam etdirən mikroorqanizmlər

  2. Aşağı temperaturlu mühitdə yaşayan mikroorqanizmlər

  3. Yüksək temperaturlu mühitdə yaşayan mikroorqanizmlər

  4. Səhv cavab yoxdur

  5. Yüksək rütubətli mühitdə yaşayan mikroorqanizmlər

      1. Halofillər hansı mikroorqanizmlərdir?

  1. Duz sevən

  2. Soyuğa davamlı

  3. Isti sevən

  4. Səhv cavab yoxdur

  5. Rütubət sevən

      1. Temperatura münasibətinə görə hansı mikroorqanizm qrupları mövcuddur?

  1. Aeroblar, anaeroblar, fakultativ anaeroblar

  2. Avtotrof, heterotrof

  3. Termofillər, mezofillər, psixrofillər

  4. Hidrofitlər,mezofitlər,kserofitlər

  5. Düzgün cavab yoxdur

      1. Xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn,irsən keçməyən müvəqqəti dəyişkənlik necə adlanır?

  1. Rekombinasiya

  2. Transformasiya

  3. Mutasiya

  4. Modifikasiya

  5. Transduksiya

      1. Immunitet haqqında səhv cavabı göstərin.

  1. Immunitet mənşəyinə görə anadangəlmə və sonradan qazanılan olur

  2. Patogen mikrobun xəstəlik törətmə qabiliyyətinə immunitet deyilir

  3. Anadangəlmə,təbii və ya irsi immunitet - orqanizmin genetik xüsusiyyəti ilə əlaqədardır

  4. Mikroba və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin verdiyi mürəkkəb kompleks fizioloji müdafiə reaksiyasına immunitet deyilir

  5. Səhv cavab yoxdur

      1. “Infeksiya “ sözünün latın dilindən tərcüməsi nədir?

  1. Sağlamlıq

  2. Hər hansı şeydən azad olmaq

  3. Sağlamlıq gətirən

  4. Yoluxdurma

  5. Səhv cavab yoxdur

      1. ət vasitəsilə insana hansı xəstəlik keçə bilər?

  1. Brüselyoz

  2. Hepatit

  3. Angina

  4. Fuzarioz

  5. Hec biri

      1. Hansı alim foqositoz nəzəriyyəsinin banisi hesab olunur?

  1. Meçnikov

  2. Aristotel

  3. Levenquk

  4. Kluyuver

  5. Kox

      1. Dizenfeksiya məqsədilə işlədilən maddələr hansı amillərə aiddirlər?

  1. Kimyəvi

  2. Bioloji

  3. Fiziki

  4. Hamsına

  5. Hec birinə

      1. Mutasiya və modifikasiya nədir?

  1. Tənəffüs forması

  2. Qidalanma fərması

  3. Ferment növü

  4. Dəyişkənlik forması

  5. Səhv cavab yoxdur

      1. Mikroorqanizmlərin genetikası nəyi öyrənir?

  1. Mikroorqanizmlərin bir – biri ilə və ətraf mühitlə qarşılıqlı münasibətini

  2. Mikroorqanizmlərdə baş verən dəyişkənlikləri

  3. Mikroorqanizmlərin həyat fəaliyyəti proseslərini,o cümlədən böyüməsini, inkişafını,qidalanmasını və çoxalmasını

  4. Mikroorqanizmlərin formasını, quruluşunu,hərəkət və çoxalma üsullarını

  5. Mikroorqanizmlərin ətraf mühitə uyğunlaşmasını

      1. Havanın fiziki xassələrinə aid edilir?

  1. Təsirsiz qazların miqdarı

  2. Un tozu

  3. Ammonyak

  4. Oksigen və azotun miqdarı

  5. Temperatur, nəmlik,elektrik vəziyyəti

      1. Mikroorqanizmlərin bir – biri ilə və ətraf mühitlə qarşılıqlı münasibətini öyrənən elm necə adlanır?

  1. Fiziologiya

  2. Genetika

  3. Morfologiya

  4. Ekologiya

  5. Sistematika

      1. Bakteriyaları hansılara aid etmək olar?

  1. Heyvanlara

  2. Həşəratlara

  3. Bitkilərə

  4. Göbələklər

  5. Protislərə

      1. Üzüm salxımı şəklində olan bakteriyalar necə adlanır?

  1. Vibrionlar

  2. Stafilokokklar

  3. Tetrakokklar

  4. Batsillər

  5. Streptokokklar

      1. Dezinfeksiya nədir?

  1. Cürbəcür həşəratların tələf edilməsi üçün aparılan mübarizə tədbirləridir

  2. Təbiətdə maddələr dövranını öyrənən elmdir

  3. Orqanizmin xəstəlik törədən mikroorqanizmlərlə yoluxmasıdır

  4. Siçan və siçovulların təlf edilməsi üçün aparılan mübarizə tedbirləridir

  5. Patogen mikroorqanizmlərin məhv edilməsinə yönəlmiş mübarizə tədbirləridir.

      1. Dairəvi bakteriyalar hansılar aiddirlər?

        1. Vibrionlar

        2. Sarsinlər

        3. Batsillər

        4. Spirillər

        5. Spiroxetlər

      2. Fiziologiya nədir?

        1. Mikroorqanizmlərin bir – biri ilə və ətraf mühitlə qarşılıqlı münasibətini öyrənən elmdır

        2. Mikroorqanizmlərin forması,quruluşunu, hərəkər və çoxalma üsullarını öyrənən elmdir

        3. Mikroorqanizmlərdə baş verən deyişkənliyi öyrənən elmdir

        4. Mikroorqanizmlərin həyat fəaliyyəti proseslərini, o cümlədən böyüməsini, inkişafını,qidalanmasını və çoxalmasını öyrənən elmdir

        5. Səhv cavab yoxdur

      3. Mikroorqanimzlərin məhvi hansı temperaturda gedir?

        1. 150 C

        2. 20 - 300C

        3. 5 - 100C

        4. 50 - 600C

        5. 30 -400C

      4. Hansı hava mühitinin çirklənmə göstəricisi hesab edilir?

        1. Ağır ionların yüngül ionlardan üstünlüyü

        2. Havada nəmliyin 40% dən aşağı olması

        3. Yüngül ionların ağır ionlardan üstün olması

        4. Deyilənlərin heç biri

        5. Deyilənləri hər biri

      5. Atmosfer havasında olan oksigenin faizlə miqdarı nə qədərdir?

        1. 20.95%

        2. 79.2%

        3. 15.416%

        4. 0.03%

        5. 78.9%

      6. Karbon qazından kəskin zəhərlənmə nə zaman baş verir?

        1. Havada miqdarı 0.03% olduqda

        2. Havada miqdarı 8% olduqda

        3. Havada miqdarı 3% olduqda

        4. Deyilənlərin hamsında

        5. Havada miqdarı 0.1% olduqda

      7. Bakteriyaların bölünmə surəti:

        1. 5 dəq

        2. 20 dəq

        3. 2 saat

        4. 1 saat

        5. 30 dəq

      8. Bakteriostatik təsir nəyə deyilir?

        1. Mikroorqanizmlərin inkişafını müvəqqəti dayandıran maddələrin təsirinə

        2. Mikroorqanizmləri öldürən maddələrin təsirinə

        3. Mikroorqanizmləri öldürən və hüceyrə divarını parçalayan maddələrin təsirinə

        4. Mikroorqanizmlər tərəfindən mənimsənilən maddələrin mikroorqanizmlərə stimuləedici təsirinə

        5. Səhv cavab yoxdur

      9. Bioloji amilləri göstərin.

        1. Bakteriyalar,helmintozlar

        2. Fenol,katexol

        3. Rütubət, vibrasiya

        4. Oksigen , vibrasiya

        5. Deyilənlərin hamısı

      10. Qıcqırma nəzəriyyəsinin banisi kimdir?

        1. Levenquk

        2. Paster

        3. Kox

        4. Aristotel

        5. Klyuver

      11. Anaerob mikroorqanizmlər hansılardır?

        1. Karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edən mikroorqanizmlər

        2. Oksigenli mühitdə yaşayan mikroorqanizmlər

        3. Oksigensiz mühitdə yaşayan mikroorqanizmlər

        4. Karbon mənbəyi kimi qeyri – üzvi birləşmələrdən istifagə edən mikroorqanizmlər

        5. Düzgün cavab yoxdur

      12. Bakterial hüceyrədə genetik məlumat harada toplanılır?

        1. Sitoplazmada

        2. Nüvədə RNT – də

        3. Nüvədə DNT- d

        4. Nukleoidin DNT – də

        5. Səhv cavab yoxdur

      13. Parazitizm nədir?

        1. Iki müxtəlif növdən olan mikroorqanizmlərin bir – birinin yaşaması üçün şərait yaratması

        2. Mikroorqanizmlərdən birinin digərinin həyat fəaliyyətini stimulə edən boy maddələri, vitaminlər və. S. ifraz etməsi

        3. Bir mikroorqanizmin bir – birini sıxışdırıb çıxarması, məhv etməsi

        4. Bir mikroorqanizmin inkişafının digər mikroorqanizm hesabına getməsi

        5. Bir mikrob növünün əmələ gətirdiyi məhsulun digərinin həyat fəaliyyəti üçün zəruri qida kimi sərf olunması

      14. Hüceyrədən xaricə ifraz olunan fermentlər necə adlanırlar?

        1. Boy maddələri

        2. Antibiotiklər

        3. Endofermentlər

        4. Ekzofermentlər

        5. Yuxarıda deyilənlərin hamısı

      15. Bir mikroorqanizmin digərini sıxışdırıb çıxarması, yəni məhv etməsi necə adlanır?

        1. Simbioz

        2. Parazitizm

        3. Metabioz

        4. Antaqonizm

        5. Satellitizm

      16. Sadə infeksiya dedikdə nə başa düşürsünüz?

        1. Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiyaya

        2. Iki və ya daha çox mikrob tərəfindən törədilən infeksiyaya

        3. Bir növ mikrob tərəfindən törədilən infeksiyaya

        4. Insanın keçirmiş olduğu yolxucu xəstəliyə təkrar yoluxmasına

        5. Yoluxmuş orqanizmin sağalma dövründə prosesin yenidən şiddətlənməsinə

      17. Təbii qazanılan immunitet nəyə deyilir?

        1. Keçirilən xəstəlikdən sonra qazanılan immunitetə

        2. Irsi xarakter daşıyan və növün bioloji xüsusiyyətlərindən asılı olaraq nəsildən - nəsilə keçən immunitetə

        3. Insan müdaxiləsi ilə,yəni orqanizmə müxtəlif peyvəndlər etmə yolu ilə əldə edilən immunitetə

        4. Düzgün cavab yoxdur

        5. Səhv cavab yoxdur

      18. Insanın keçirmiş olduğu yolxucu xəstəliyə təkrar yoluxması necə adlanır?

        1. Kəskin infeksiya

        2. Qarışıq infeksiya

        3. Sadə infeksiya

        4. Xroniki infeksiya

        5. Reinfeksiya

      19. Ölmüş canlıların üzvi birləşmələrindən istifadə edən mikroorqanizmlər necə adlanır?

        1. Saprofitlər

        2. Halofillər

        3. Termofillər

        4. Parazitlər

        5. Avtotroflar

      20. Aşağıdakı qazlardan hansının fizioloji əhəmiyyəti yoxdur?

        1. Oksigenin

        2. Azotun

        3. Neonun

        4. Karbon qazının

        5. Deyilənlərin hamsının

      21. Pasterizasiya dedikdə nə başa düşürsünüz?

        1. Həşəratlara qarşı aparılan kompleks tədbirlərdir

        2. Gəmiricilərə qarşı aparılan kompleks tədbirlərdir

        3. Çox yüksək temperaturda tərkibini dəyişən yeyinti məhsullarını qorumaq və orada olan mikroorqanizmlərin vegetativ formalarını məhv etmək üçün onların 60 -800 C 20 - 30 dəq qızdırılmasıdır

        4. Səhv cavab yoxdur

        5. Düzgün cavab yoxdur

      22. Təzə sağılmış südün tərkibindəki antimikrob maddə necə adlanır?

        1. Fitonsid

        2. Lizosim

        3. Dezinseksid

        4. Deratizator

        5. Səhv cavab yoxdur

      23. Südün endemik təklükəsini aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

        1. Fermalarda sanitariya şəraiti yaradılmalı, heyvanlar üzərində ciddi baytar nəzarəti olmalıdır

        2. Inəkləri sağdıqda,südü daşıdıqda,emal etdikdə və payladıqda mikrob düşməsinə və onun çirklənməsinə yol verilməməlidir

        3. Təzə sağılmış südü 80C dən aşağı temperatura qədər soyutmalı və o istehlakçıya tez çatdırılmalıdır

        4. Südü qaynatmaqla və pasterilizasiya etməklə mikrobları öldürülmüş süddən istifadə edilməli

        5. Sadalananların hamsı

      24. Həyat üçün optimal şəraiti yaratmaq haqqında elm necə adlanır?

        1. Biokimya

        2. Gigiyena

        3. Sanitariya

        4. Ekologiya

        5. Biofizika

      25. Aerob və anaerob termini elmə daxil edən alim kimdir?

        1. Paster

        2. Aristotel

        3. Kox

        4. Klyuver

        5. Levenkuq

      26. Sadə birləşmələrdən mürəkkəb birləşmələrin əmələ gəlməsində iştirak edən fermentlər necə adlanır?

        1. Hidrolazalar

        2. Transferazalar

        3. Oksireduktazalar

        4. Liqazalar

        5. Yuxarıda deyilənlərin hamısı

      27. Fitonsid nəyə deyilir?

        1. Bitki mənşəli antibiotik maddələrə

        2. Balıq hüceyrələrindən alınan antibiotik maddələrə

        3. Iri buynuzlu heyvanların tüpürcük vəzilərindən alınan maddələrə

        4. Heyvanların qırmızı qan hüceyrələrindən( eritrositlərdən) alınan maddələrə

        5. Heyvan və insan hüceyrələri tərəfindən isntez olunan zülal mənşəli antibiotik maddələrə

      28. Hüceyrə nəzəriyyəsinin banisi kimdir?

        1. A. Fleminq

        2. Huk

        3. L.Paster

        4. V. Beyrinq

        5. Klyuver

      29. Bir bakteriya hüceyrəsinin çəkisinin və ölçüsünün koordinasiyalı artımı necə adlanır?

        1. Çoxalma

        2. Böyümə

        3. Diferensasiya

        4. Morfoqenez

        5. Səhv cavab yoxdur

      30. Süd turşusuna qıcqırma nəyə deyilir?

        1. Kif göbələkləri tərəfindən qlükozanın limon turşusuna oksidləşməsi

        2. Şəkərlərin anaerob şəraitdə yağ turşusu bakteriyalarının iştiraki ilə parçalanaraq yağ turşusu, karbon qazı və hidrogen əmələ gətirməsi

        3. Süd turşusu bakteriyalarının anaerob şəraitdə şəkərləri iki molekul süd turşusuna parçalanması prosesinə

        4. Şəkərin anaerob şəraitdə mikroorqanizmlər tərəfindən etil spirtinə və karbon qazına çevrilmə prosesinə

        5. Bakteriyaların etil spirtini sirkə turşusuna oksidləşməsi prosesinə

      31. Nitratların molekulyar azota kimi reduksiyasi necə adlanır?

        1. Mutasiya

        2. Modifikasiya

        3. Nitrifikasiya

        4. Denitrifikasiya

        5. Ammonifikasiya

      32. Qıcqırmanın tiplərini göstərin

        1. Spirtə qıcqırma

        2. Yağ turşusuna qıcqırma

        3. Limon turşusuna qıcqırma

        4. Süd turşusuna qıcqırma

        5. Deyilənlərin hamısı

      33. Fenol,krezol hansı amillərə aiddir?

        1. Kimyəvi

        2. Fiziki

        3. Bioloji

        4. Heç birinə

        5. hamısına

      34. Avtotrof mikroorqanizmlər dedikdə nə başa düşülür?

        1. Günəş enerjisindən istifadə edən mikroorqanizmlər

        2. Karbon mənbəyi kimi qeyri – üzvi maddələrdən istifadə edən mikroorqanizmlər

        3. Karbon mənbəyi kimi hazır üzvi maddələrdən istifadə edən mikroorqanizmlər

        4. Kimyəvi reaksiyalarda əmələ gələn enerjidən istifadə edən mikroorqanizmlər

        5. Düzgün cavab yoxdur

      35. Ət sexlərinə qoyulan gigiyenik tələblərdən hansı səhvdir?

        1. Onların təşkilində texnoloji proseslərin ardıcıllığına riayət olunması böyük gigiyenik əhəmiyyət daşıyır

        2. Ət yarımfabrikatı istehsalı üzrə olan sexlər, adətən xammalın saxlanılması üçün lazım olan kameranın yanında quraşdırılır

        3. Səhv cavab yoxdur

        4. Orta və xırda müəsissələrdə isə bu proseslər müstəqil ( ayrıca) xətdə həyata keçirilir

        5. Iri tədarük müəsissələrində bu proseslər xüsusi yerdə ( binada) həyata keçirilir

      36. Sanitariya nədir?

        1. Təbitdə gedən maddələr dövranını öyrənən elmdir

        2. əhalinin həyat şəraiti üçün elmi surətdə əsaslandırılmış elmi surətdə optimal şəraitin yaradılmasını təmin edın elmdir

        3. mikroorqanizmlərin həyat fəaliyyətini və xüsusiyyətlərini öyrənən elmdir

        4. canlı orqanizmlərin müxtəlifliyini öyrənən elmdır

        5. sanitar qanunvericilik və nəzarət vasitəsi ilə gigiyena elminin tələblərinin həyata keçməsini təmin edən elmdir

DÜZGÜN CAVABLAR:































A

C

D

B

E

B

C

A

A

A

C

D

B

D

A































A

A

D

B

C

B

C

B

E

B

D

D

A

A

B































B

A

A

B

C

D

D

D

D

C

A

E

A

C

C































B

E

B

A

D

A

B

B

C

D

E

A

B

C

E







Yüklə 73,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin