Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə130/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   126   127   128   129   130   131   132   133   ...   314
2 5290018709182616340

Hafiz:  «Xəlifə  Ömər  (r.z)  heç  bir  zaman  vasitəylə  bir  əməl  etməmişdir!  İlk 
dəfə  olaraq  sizdən  belə  bir  şey  eşidirəm.  Xahiş  edirəm,  belə  bir  şey  varsa, 
açıqlayın, biz də bilək». 
Dəvətçi:  «Xəlifə  ehtiyac  duyduqda  Əhli-beyti  (ə)  vəsilə  edib,  onların 
səbəbiylə  Allaha  yönələrək,  ehtiyaclarını  ödəyirdi.  Məclisimizin  vaxtını  nəzərə 
alaraq, sadəcə olaraq iki hadisəni deyə bilərəm:  
1.  İbn  Həcər  Məkki  «Səvaiq»də,  14-cü  ayədən  sonra  «Tarixi-Dəməşq» 
kitabından belə nəql edir: «Hicri 17-ci ildə camaat dəfələrlə yağış duası üçün çölə 
çıxmışdı. Amma duaları qəbul olmamışdı. Hamı pərişan olmuşdu. Ömər ibn Xəttab 
belə  dedi:  «Sabah  elə  bir  şəxsin  vasitəsiylə  yağış  istəyəcəyəm  ki,  Allah  onun 
vasitəsiylə  bizə  yağış  yağdıracaq».  Səhəri  gün  Ömər  Rəsulallahın  (s)  əmisi 
Abbasın  yanına  gedərək  «Bizimlə  bərabər  gəl,  sənin  xatirinə  Allahdan  yağış 
istəyək» dedi.  
Cənab  Abbas  belə  buyurdu:  «Bir  az  otur,  vəsiləni  hazırlayım».  Sonra  birini 
bəni-haşimə  xəbər  verməsi  üçün  yolladı,  özü  də  təmiz  paltar  geyinib  xoş  ətir 
vurdu. Daha sonra həzrət Əli qabaqda, imam Həsən sağında, ima Hüseyn və bəni-
Haşi də arxalarında olmaqla çölə çıxaraq, beləcə müsəllaya getdilər. Sonra Abbas 
Ömərə tərəf baxaraq, belə buyurdu: «Ey Ömər! Heç kimi bizimlə qarışdırma». 


 
129 
Cənab  Abbas  əllərini  göyə  qaldıraraq,  belə  münacat  etməyə  başladı: 
«Rəbbimiz, sən bizi yaratdın və edəcəyimiz hər şeyi bilirdin. Allahım, əvvəldə bizə 
lütf etdiyin kimi, sonda da bizə lütf et». 
Cabir  deyir:  «Hələ  dua  bitməmişdi  ki,  buludlar  hərəkət  etməyə  və  yağış 
yağmağa başladı və evlərimizə çatmamışdıq ki, yağış bizi islatdı». 
Buxari  belə  nəql  edir:  «Qıtlıq  zamanında  Ömər  ibn  Xəttab  Abbaş  ibn 
Əbdülmüttəlibi  vəsilə  edərək  Allahdan  yağış  yağdırmasını  istəyirdi.  O,  belə  dua 
edirdi: «Allahım! Peyğəmbərimizin əmisini vəsilə edərək səndən yağış istəyirik». 
Sonra yağış yağmağa başladı». 
2.  İbn  Əbil-Hədid  Mötəzili  «Nəhcül-bəlağənin  şərhi»  kitabında  (cild:  2  səh: 
256, Misir çapı) belə nəql edir: «Xəlifə Ömər Rəsulallahın (s) əmisi həzrət Abbasla 
bərabər Allahdan yağış istəmək üçün çölə getdi. Xəlifə Ömər yağış istəmək üçün 
olan yerə gəlib yetişdikdə, belə ərzi etdi: «Allahım, şübhəsiz ki, biz Peyğəmbərin 
əmisini  və  onun  atalarının  yadigarı  və  bəni-Haşimin  böyüklərini  vasitə  edərək, 
Sənə yönəldik. Peyğəmbərinin məqamını onun əmisində hifz et. Çünki o, əzəmətli 
dərgahından  şəfaət  və  məğfirət  diləmək  üçün  bizi  Sənə  yönəltməkdə  rəhbərlik 
etdi». 
Sünnü  ağaların  hekayəsi  və  xəlifə  Ömərin  təqibçilərinin halı aşdan daha  isti 
bir  qab  kimi  çox  məşhur  bir  sözə  bənzəyir.  Onların  vəziyyəti  Ömərin  halıyla 
tutuşmur. Çünki xəlifə Ömər zəruri və ehtiyac duyduğu hallarda Peyğəmbərin (s) 
Əhli-beytini (ə) şəfaətçi edərək, Allahdan hacətini tələb edərdi. Amma biz şiələr o 
pak  Əhli-beyti  (ə)  şəfaətçi  qərar  verib,  onların  vəsiləsi  ilə  Allahdan  bir  şey 
istədikdə, bizə etiraz edərək, bizləri ya kafir edirlər, ya da müşrik! 
Ali-Məhəmmədi  (s)  Allaha  şəfaətçi  (vasitəçi)  etmək  şirkdirsə,  o  zaman  öz 
alimlərinizin  rəvayətlərinə  görə  ilk  müşrik  xəlifə  Ömər  ibn  Xəttabdır.  Yox,  əgər 
xəlifənin  əməli  şirk  deyilsə,  ən  gözəl  əməllərdəndirsə  (çünki  xəlifə  bu  əməli 
etmişdir), o zaman şiələrin əməlləri və onların Ali-Məhəmmədi (ə) vəsilə etmələri 
də, heç vaxt şirk sayılmayacaqdır.  
Belə isə ağaların, Allahın qəzəbinə gəlməmələri üçün (şiələrə iftira etdiklərinə 
görə) sözlərindən dönərək, Allahdan məğfirət istəmələri lazım gəlir.  


 
130 
Əgər  xəlifə  Ömər  səhabələrin  irəlidə  gedənlərindən  olmasına  baxmayaraq, 
həzrət  Peyğəmbərin  (s)  Əhli-beytini  (ə)  özünə  vəsilə  etmədən  duaları  qəbul 
olmursa,  o  zaman  vasitəsiz  olaraq  bizim  dualarımızın  qəbul  olmasını  necə  deyə 
bilərsiniz?! 
Demək  ki,  Ali-Məhəmməd  (ə)  Peyğəmbəri-əkrəmin  (s)  zamanından 
günümüzə  qədər  bütün  zamanlarda  bəndələr  üçün  Allaha  yönəlməkdə  bir  vasitə 
idilər. Biz də, onlar tərəfdən Allahdan iznsiz hacətlərin qəbul edildiyinə inanmırıq. 
Əksinə, onları saleh bəndələr, haqq İmalar (ə) və Allahın dərgahına yaxın olaraq 
görürük. Bu səbəbdən, Onları Allah-təalayla öz aramızda vasitə edirik.  
Bu  nəzərimizə  ən  böyük  dəlilimiz,  dua  kitablarımızdır.  Məsum  İmamlardan 
(ə) nəql olan bu dualar əvvəldə bildirdiyim şeyin xaricində bizə əmr edilməmişdir. 
Biz də, bunların xaricində əməl etmirik və etməyəcəyik də!». 
Hafiz:  «Eşitdiklərinizi  qoyul  bir  kənara,  gördüklərinizi  söyləyin!  Görəsən, 
şiənin  böyük  alimlərinin  hansı  mötəbər  dua  kitablarını  gördünüz  və  ya 
oxudunuz?». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin