Hafiz: «Buyurun, Hamımız birlikdə dinləməyə hazırıq».
Dəvətçi: «Hörmətli şeyx, həqiqətən, uşaq kimi bəhanələr gətirirsiniz. İndiyə
qədər ziyarətə gedib ziyarətçilərin əməllərini yaxından gördünüzmü?».
Şeyx: «Xeyr, getmədim və görmədim».
Dəvətçi: «Belə isə ziyarətçilərin, imamın qəbrinə tərəf dönüb namaz
qıldıqlarını nəyə əsaslanaraq söyləyirsiniz və sonra da durub, bu namaz və ziyarəti
mömin və müvəhhid şiələr üçün şirk kimi dəyərləndirirsiniz?».
Şeyx: «Əlimdəki bu dua kitabınızdan deyirəm. Burada, «Namazı imam üçün
qılın» yazılmışdır».
Dəvətçi: «O kitabı mənə verə bilərsinizmi? (Kitabı verdikdə, təsədüfən
qarşıma Əmirəl-möminin həzrət Əlinin (ə) ziyarəti çıxdı).
Qəribə bir təsadüf, öz əleyhinizə dəlil gətirdiniz. Allah-təala hər zaman bizə
yardımçı olduğu üçün burada da bizə yardımını əsirgəmədi.
Hər şeydən əvvəl ən yaxşısı budur ki, ziyarətin necə əmələ gətirildiyinə dair
hər bölümün əməllərini məclisimizin vaxtını nəzərə alaraq oxuyaq, sonra namaz
məsələsini və şirkin harada olduğuna baxaq. Burada olanlar da hökm versinlər.
Ziyarətnamənin əvvəlindən sonuna qədər tövhidin xaricində bir şey
görmədiyiniz təqdirdə utanmayın, bilin ki, xəta etmisiniz. Kitabın qarşınızda
olmasına baxmayaraq, onu araşdırmadan həmlə edirsiniz. Bax, burada olanların
hamısı bilsinlər ki, digər şübhələriniz də hörümçək toru kimi zəifdir.