Китабын ады


Sən sadəcə quşun uçmasını görmüsən



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə195/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   191   192   193   194   195   196   197   198   ...   314
2 5290018709182616340

Sən sadəcə quşun uçmasını görmüsən. 
Şəhvət bağını ayağından açsan,  
Onda insanın da uçmasını görərsən. 
 
Belə  isə  heyvanlıq  aləmindən  çıxıb,  insanlığın  uca  dərəcəsinə  yetişmək 
tamamən nəfsin kamalına bağlıdır. Hər kəs nəfsini kamilləşdirmək yolunda elmi və 
əməli  gücləri  özündə  toplayıb  onların  tam  xüsusiyyətinə  yetişərsə,  nübuvvət 
məqamının  ən  kiçik  mərtəbəsinə  yetişmiş  olar.  Belə  bir  adam  nə  zaman  Haqq-
Təalanın xüsusi diqqətinin məzhəri olarsa, o zaman ona nübuvvət libası geydirilir.  
Əlbəttə,  nübuvvət  də  (daha  əvvəl  nübuvvət  bəhsində  geniş  bir  şəkildə 
deyildiyi kimi) fərqli  mərtəbələrə sahibdir. Nəbi ölçlü xüsusiyyətə şamil olan elə 
bir mərtəbəyə yetişir ki, o mərtəbə imkan aləmində yetişə biləcək və təsəvvür edə 
biləcək ən yüksək mərtəbədir. Hükəma (Hikmət sahibləri) bu məqama ilk səbəb və 
ilk qəlbdən ibarət olan «ilk ağıl» adını veriblər.  
İmkani-vücud mərtəbələrində o mərtəbədən daha yüksək bir məqam  yoxdur. 
Bax,  o  məqam  Xatəmul-ənbiyanın  (s)  vücududur;  Onun  məqam  və  mənziləti, 
məqami-vacibdən  (Allahın  məqaından)  aşağı  və  imkan  aləmindəki  bütün 
məqamlardan  üstündür.  Peyğəmbərimiz  (s)  bu  mərtəbəyə  nail  olduqda, 
peyğəmbərlik Onun mübarək vücuduyla sona yetişmiş oldu.  
İmamət  məqamı,  xatəmiyət  məqamından  bir  dərəcə  aşağı  və  nübuvvət 
məqamının digər bütün dərəcələrindən də yüksək bir məqamdır. Əmirəl-möminin 
həzrət  Əli  (ə)  həm  nübuvvətin  bütün  dərəcələrinə  sahib  olduğundan  və  həm  də 
Xatəmul-Ənbiya  (s)  ilə  nəfs  birliyinə  sahib  olduğu  üçün  imamət  məqamına 
mənsub edilmiş və bütün keçmiş peyğəmbərlərdən də üstün olmuşdur». 
(Bu arada müəzzinin səsi eşidildi, ağalar qalxıb namaza getdilər. Döndükdən, 
çay içildikdən sonra ilk olaraq söhbətə Hafiz başladı.) 
Hafiz:  «Söhbətlərinizdə  davamlı  olaraq  məsələləri  çətinləşdirir  və  bir 
mövzunun cavablarını həll etmədən, yeni bir mövzu qarşıya çıxarırsınız». 


 
181 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin