Birinci firq Zeydiyyə firqəsidir. Zeyd ibn Əli (ə) ibn Hüseynin (ə)
təqibçiləridir. Zeydi, imam Zeynül-Abidindən (ə) sonra imam bilirlər. İndi də
Yəmən və ətrafında Zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca
üstünlüyə sahibdirlər.
Zeydilərin əqidəsi belədir: hər alim, zahid və cəsur olan Fatimi-ələvi (həzrət
Fatimənin (ə) övladı) qılıncla qiyam edib xalqı özünə tərəf dəvət edərsə, o
İmamdır. Çünki həzrət Zeyd, Əməvi xəlifəsi Hişam ibn Əbülməlikin xilafti
zamanında bəni-Üməyyənin zülm və təcavüzü nəticəsində Kufədə qiyam etdi və
sonda şəhadət şərbətini içdi. Sırağa gün gecə onun haqqında başqa bir mövzu ilə
əlaqədar qısaca olaraq ərz etmişdim. Dediyimiz kimi, Zeydilər onu imam qəbul
edib, ona bağlı olmağı özlərinə vacib bilirlər. Zeydin məqamı, bu növ sözlərin ona
istinad edilməsindən daha ucadır.
Həzrət Zeyd bəni-Haşimin böyük şəxsiyyətli seyidlərindəndir. Zöhd, elm,
fəzilət, din, vərə, ibadət, şücayət və comərdlikdə qövmünün qabağcılarındandır.
Gecələri ibadət, gündüzləri isə oruc tutmaqla keçirirdi.
Rəsulallah (s) əvvəlcədən onun şəhadəti haqqında xəbər vermişdi. Həzrət
Seyyidüş-Şühəda Əba Əbdullahil-Hüseyndən (ə) belə bir hədis nəql edilmişdir:
88
«Rəsulallah (s) mübarək əlini mənim çiynimə qoyaraq, belə buyurdu «Ya Hüseyn! Yaxın bir zamanda Zeyd deyə xitab ediləcək olan bir insan sənin