Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə293/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   289   290   291   292   293   294   295   296   ...   314
2 5290018709182616340

Nəvvab: «Qibləsahib! Rica edirik, indiyə qədər söylədiyiniz kimi, hər kəsin 
anlaması üçün indi də sadə bir şəkildə danışın. Çünki bizə bu ayəni çox oxudular 
və hamımızı Quranın hökmünə cəzb edərək məhkum etdilər». 
Dəvətçi: «Əvvəla ayənin əzəməti və sözbazların sözləri ağaları o qədər cəzb 
edib  ki,  onun  batin  və  zəmirlərindən  (işarə  əvəzliklərindən)  qafil  olublar.  Əgər 
ayənin ədəbi mənasına və nəhv tərkibinə bir az diqqət etsək, iddanızla, əsla, uyğun 
olmadığını özünüz görəcəksiniz». 
Şeyx:  «Belə  isə  bir  zəhmət  çəkib  bu  ayənin  nəhv  tərkibini  və  zəmirlərini 
bəyan edin, onların iddiamızla necə uyğunlaşmadığını görək». 


 
259 
Dəvətçi:  «Əvvəlcə  ayənin  tərkibi  tərəfinə  baxaq.  Bildiyiniz  kimi,  ayənin 
tərkibi  iki  yoldan  xaric  deyildir:  Ya  deyəcəyik  ki,  «Məhəmməd»  mübtəda, 
«Rəsulallah  (s)»  ətfi-bəyan  və  «Vəlləzinə  məəhu»  «Məhəmməd»  kəlməsinə  ətf 
edilmiş,  «Əşiddau»  kəlməsi  xəbər  və  ondan  sonra  gələnlər  də  xəbərdən  sonra 
xəbərdirlər.  Ya  da  «Vəlləzinə  məəhu»  mübtəda,  «Əşiddau»  xəbər,  ondan  sonra 
gələnlər də xəbərdən sonra xəbərdir.  
Bu  qaydanı  əqidə  və  sözünüzə  görə  dəyərləndirsək,  iki  məna  ortaya  çıxar. 
Əgər  «Məhəmməd»  mübtəda,  «Vəlləzinə  məəhu»  da  mübdədaya  ətf  edilsə  və 
ondan  sonra  gələnlər  xəbərdən  sonra  xəbər  olsalar,  ayənin  mənası  belə  olur: 
«Məhəməd  (s),  Əbu  Bəkr,  Ömər,  Osman  və  həzrət  Əlidir  (ə)».  Əgər  «Vəlləzinə 
məəhu» mübtəda, «Əşiddau» kəlməsi xəbər və ondan sonra gələnlər də xəbərdən 
sonra xəbər olarsa, o zaman ayənin mənası belə olur: «Əbu Bəkr, Ömər, Osan və 
Əlidir (ə)». Kəlamın bu cür ola bilməsinin ağla uyğun və ədəbi olmadığını ibtidai 
tələblər də bilirlər. Əgər bu ayəyi-kərimdən məqsəd dörd xəlifə olsaydı, o zaman 
iddianıza  uyğun  olması  üçün  kəlmələr  arasında  ətif  vavın  olması  lazım  gəlirdi. 
Müfəssirlərinizin  hamısı  bu  ayənin  bütün  möminlərə  şamil  olduğunu  söyləyirlər. 
Ayənin zahirinə də baxsaq, bu sifətlərin hamısı hər zaman Rəsulallahla (s) birlikdə 
olan dörd nəfərə deyil,  bir nəfərə  aid  olduğu  görüləcəkdir.  Əgər  o  bir nəfərin də 
Əmirəl-möminin həzrət Əli (ə) olduğunu söyləsək, əqlə və nəqlə daha uyğun olar». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin