69
xəbərsiz olan insanlar haqq olan İmamiyyə yolunun həqiqətini anladılar. Beləliklə,
vilayətin işıq saçan günəşi təqiyyə
1
buludunun altından aydınlığa çıxdı.
Təxminən 700 ildən sonra Səfəvilərin güclü sultanlarının dəstəyi və o
zamanın kamil təbliğləriylə qara buludlar tamamilə dağıldı və vilayət və imamət
günəşi dünyaya işıq saçdı.
İranlılar nə qədər çox Məcus (oda sitayiş edən) və iki tanrıya inanırdılarsa da,
müsəlmanların məntiqə uyğun dəlil və burhanlarını bildikdə, onu cani-qəlbdən
qəbul etdilər; indiyə qədər də tam bir səmimiyyətlə İslami əqidələrinin üzərində
sabitdirlər.
Əgər iranlıların arasında inanc baxımından məcus olan, bir yerə bağlı olmayan
və ya ğulatlar silsiləsinə girib, Əlini (ə) öz məqamından uluhiyyət dərəcəsinə
yüksəldən, onu Xaliq və ruzi verən və yaxud Hulul
2
, ittihat və vəhdəti-vücuda
3
inananlar olarsa, onların iranlıların təmiz qəlbli əhalisi ilə heç bir əlaqəsi yoxdur!
Hər qövm və cəmiyyətdə bu növ düşüncəsiz və ağılsız insanlar mövcuddur. Lakin
İranın nəcib və məlumatl xalqının əksəriyyəti Allah-təalanın vəhdaniyyəti,
Xatəmul-ənbiyanın (s) nübuvvət və Əmirəl-möminin həzrət Əli (ə) və on bir
övladınının (ə) Peyğəmbərin əmr və göstərişi ilə imamətə seçildikləri xüsusunda
sabit və doğru bir iman və əqidəyə sahibdirlər».
Hafiz: «Hicazlı, məkkəli və mədinəli olan sizin kimi bir şəxsin, İranda bir
müddət qalmaqla onları bu qədər dəstəkləməniz və onları Əlinin (kərrəməllahu
vəchəhu) təqibçiləri bilməniz, həqiqətən, təəccüblü bir şeydir. Əli Allahın qulu,
Onun əmrinə bağlı və Ona itaət edən biri insan idi. Lakin iranlı şiələrin hamısı
Əlini Allah bilirlər, onu Allahdan ayrı bilmirlər. Öz şerlərində də Allah-təalanın
mərtəbəsində olan, Əlini haqq və hətta haqqın eynisi bilirlər. Çünki onların divan
və cib dəftərlərində bu növ küfriyyət görünür. İranlı şiə alimlər Əlinin
(kərrəməllahu vəchəhu) dilindən bu növ şerləri nəql edirlər. Qətiyyən deyə bilərik
ki, Əli belə bir inancdan uzaqdır…».
1
Təqiyyə – bəzi can və mala gələcək zərərlər üçün din, məzhəb və inancı
büruzə verməmək
2
Hulul – Tənasüx inancına görə, ruhun bir bədəndən çıxdıqdan sonra başqa bədənə girməsi.
3
Varlıq aləminin ən uca mərtəbəsində Allah-təalanın varlığı olmaq üzərə canlı və cansız bütün varlıqların bir vücud
olmasına «vəhdətu-vücud» deyilir.
70
Dəvətçi: «Sizə təəccüb edilməlidir ki, araşdırmadan iranlı bütün şiələri ifratçı
və Əlipərəst (Əliyə sitayiş edən) bilirsiniz. Bu sözlərlə məsələni hər şeydən
xəbərsiz sünni qardaşlarımızın zehninə həkk edir, sonra da iki qardaşın bir-birlərini
öldürməsinə səbəb olursunuz. Bu növ sözlər Əfqanıstan, Hindistan, Özbəkistan,
Tacikistan və digər yerlərdə şiələrin öldürülüb, qanlarının axıdılmasına yol
açmışdır.
Özbəkistan və Türkistan (Türkmənistan) müsəlmanları «şiələr Əlipərəst,
müşrük, kafirdirlər və öldürülmələri vacibdir» deyən alimlərin fəryadları
nəticəsində nə qədər müsəlanların qanını töküb, tarixin səhifəsini ləkələdilər. Əhli-
sünnətin hər şeydən xəbərsiz zavalı xalqı da, sizin kimi alimlərin rəhbərliyi ilə
iranlı müsəlmanlara ədavət, şirk, küfr və irtica gözüylə baxırlar.
Keçmiş zamanlarda türkmənlər Xorasan yolunda «kafirdirlər» deyərək,
iranlıların qarşısını kəsir, mallarını talan edir, öldürür və belə deyirdilər: «Kim
yeddi nəfər rafizi (şiə) öldürərsə, Cənnət ona vacib olar!».
Bilin ki, bu əməllərin qətllərin məsuliyyətini «şiələr Əlipərəst, müşrik və
kafirdir» deyən sizin kimi alimlər daşıyır. Hər şeydən xəbərsiz saf və avam
sünnilər də bu cür sözləri qəbul edib, savab qazanmaq qəstiylə, bu növ əməllərə
təşəbbüs göstərirlər».
Dostları ilə paylaş: