Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди


HƏMNƏ VƏ ÜÇ ŞƏHİDİN XƏBƏRİ



Yüklə 2,79 Mb.
səhifə14/33
tarix21.10.2017
ölçüsü2,79 Mb.
#7643
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

HƏMNƏ VƏ ÜÇ ŞƏHİDİN XƏBƏRİ


Qəhrəmanlıq göstərmiş qadınlardan biri də Həmnədir. O, Əbdullah ibn Cəhşin həyat yoldaşı idi. Ühüd savaşından sonra o, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Peyğəmbər (s) ona yaxınlarından üçünün - əvvəl (dayısı) Həmzə Seyyidüş-Şühədanın (ə), sonra qardaşı Abdullahın və daha sonra isə ərinin - şəhid olması xəbərini verdi. O narahat oldu. Lakin ağlayan halda dedi: “Bizim hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq. Allah onları bağışlasın və şəhidliyi onlar üçün mübarək etsin”.

Həmnə qəmgin halda, lakin qəlbi ümidlə dolu özünü Pərvərdigarının razılığı müqabilində təslim etdi.


MUS`ƏBİN HƏYAT YOLDAŞI ZEYNƏB


Müsəlman, igid bir cavan oğlan olan Mus`əb ibn Umeyr Ühüd savaşında şəhid oldu. Həzrət Peyğəmbər (s) Ühüd savaşından sonra Mədinəyə qayıdanda, onu qarşılayanların içində gözü Mus`əbin həyat yoldaşı Zeynəbə sataşdı. Həzrət (s) ona buyurdu: “Qardaşının (Əbdullahın) şəhid olmasına görə səbir et”.

Zeynəb dedi: “İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”.

Peyğəmbər (s) buyurdu: “Səbir et”.

Zeynəb dedi: “Kimə görə səbir edim?”

Peyğəmbər (s) buyurdu: “Həmzənin (ə) şəhid olmasına görə səbir et”.

Zeynəb dedi: “İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”.

Həzrət Peyğəmbər (s) üçüncü dəfə buyurdu: “Səbir et və dözümlü ol”.

Zeynəb dedi: “Kimə görə səbir edim?”

Peyğəmbər (s) buyurdu: “Ərin Mus`əbin şəhid olmasına görə səbir et”.

Zeynəb bu sözü eşidəndə əhvalı dəyişdi və ağlayıb dedi: “Aman bu dərddən!”

Həzrət Peyğəmbər (s) buyurdu: “Qadın üçün ər qədər yaxın ikinci bir şəxs yoxdur”.

Zeynəbdən soruşdular: “Nə üçün ərinə görə narahat oldun?”

O cavabında dedi: “Onun yetim qalmış uşaqları yadıma düşdü”.88

Yə`ni mənim ağlamağım və qəmginliyim ərimin Peyğəmbərdən (s) qabaq ölməsinə görə deyil. Əksinə onun yetimlərinə xatirdir.


ZƏHRA (S) MƏKTƏBİNİN ŞAGİRDİ FİZZƏ


Bə`zən müəllimi onun şagirdinin vasitəsi ilə də tanımaq olar. Həzrət Zəhranın (s) şagirdlərindən biri xidmətçisi Fizzə idi. O, iftixar etdiyi xidməti müddətində Zəhrayi Əthərin (s) məktəbindən dərslər öyrənmiş, onu elm və əməldə həyata keçirmiş və həmişə Əhli-beytin (ə) yanında nur kimi parlamışdı. O “Nəvbə” əhlindən idi. Geridə qalmış məntəqədən və səhrada yaşayan bir qövmdən çıxsa da, Fizzə düşüncə, elm, Qur`an və hədisləri bilmək cəhətdən yüksəlmiş və Zəhra (s) məktəbinin nümunəvi şagirdlərindən olmuşdu.

Əhvalatlardan birində nəql olunur ki, Abdullah Məkkəyə tərəf getdiyi yolda karvandan geri qalmışdı. Çöllükdə bir qadın gördü. Bu qadın da öz karvanından geridə qalmışdı. Belə qərara gəldilər ki, karvana çatmaq üçün birlikdə Məkkəyə tərəf yola düşsünlər. Yolda Abdullah o qadına nə dedisə, qadın Qur`an ayəsi ilə onun cavabını verdi. Karvana çatanda o qadının oğlanları çox sevindilər. Abdullah onlardan soruşdu: “Bu qadın kimdir? Onunla hər nə danışdımsa, Qur`an ayəsi ilə cavab verdi”.

Onlar dedilər: “Bu qadın Xanım Zəhranın (s) kənizi və bizim anamız Fizzədir. İyirmi ildir ki, dilində Qur`an ayələri ilə danışır”.

Fizzə İmam Hüseynin (ə) hərəkatında iştirak etmiş və Həzrət Zeynəblə (ə) birlikdə olmuşdur. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı.89

Biz bu vasitə ilə də Fatimeyi-Zəhranın (s) məqamın dərk edə bilərik. O Həzrət (s) elm və əməl meydanında belə bir kəniz yetişdirmişdi.

ÜMMÜ HƏKİM


Həzrət Peyğəmbərdən (s) sonrakı dövrdəki nümunəvi qadınlardan biri də Əkrəmənin həyat yoldaşı Ümmü Həkimdir. Əbu Cəhlin oğlu Əkrəmə İslamı qəbul edəndən sonra, müsəlmanlarla rumluların savaşında şəhid oldu. Əbu Süfyanın oğlu Yezid bu qadınla evlənmək istədi. Lakin o, İslamda tanınmış şəxslərdən biri Xalid ibn Səidin həyat yoldaşı oldu. Xalid toya tədarük görmək istəyəndə o dedi: “Səbir et. Müharibə qurtarandan sonra evlənərik”.

Xalid dedi: “Ürəyimə damıb ki, bu savaşda şəhid olacam”.

Ümmü Həkim dedi: “Əgər elədirsə, maneə yoxdur”.

Xalid (arxa cəbhədə) bir körpünün kənarında onunla evləndi və müsəlmanlardan bir dəstəni toy ziyafətinə də`vət etdi. Buna görə də o körpü, Ümmü Həkim körpüsü adıyla tanındı. Müsəlmanlar hələ Xalidin qonağı idilər ki, rum qoşunu çatdı. Müsəlmanlar dayanmadan onların qarşısında sıraya düzüldülər və savaş başladı. Xalid şücaətli və dilavər bir kişi idi. O şiddətli tufan kimi düşmənin bağrını yardı və düşmənin bir dəstəsini öldürdükdən sonra şəhid oldu. Ümmü Həkim ikinci ərinin şəhadəti ilə üzləşdi. O özündə ümidsizlik və qəmginliyə yol vermədən evləndikləri xeymənin sütununu yerindən qopardıb rumlularla döyüşməyə başladı və onlardan yeddi nəfəri öldürdü.90 Bununla belə o şücaətlik göstərib, hər dəfə qəhrəmanlıqla düşmən meydanına gedər və öz yerinə qayıdardı. Şəhid ərinin yolunu davam etdirmək, onun yolunu davam etdirmək və şəhidə layiqli həyat yoldaşı olmağı isbat etməyin mə`nası budur.


ÜMMÜ VƏRƏQƏ ƏNSARİNİN ŞƏHİDLİK ARZUSUNDA OLMASI


Ümmü Vərəqə Ənsari Abdullah ibn Harisin qızıdır. O özü şəhid olmaq ümidi və döyüşçülərə kömək etmək məqsədiylə Həzrət Peyğəmbərdən (s) Bədr savaşında iştirak etməsinə icazə verməsini xahiş etdi. Peyğəmbər (s) ona gələcəkdə şəhid olacağını müjdə verdi. Bundan sonra onu “Şəhidə” çağırardılar. O, Ömərin xilafəti dövründə, onun kəniz və qulamının əliylə şəhid oldu.91

DÜŞMƏNİN MÜQABİLİNDƏ DURAN QƏHRƏMAN QADIN XƏVLƏ


Həzrət Rəsulullahın (s) vəfatından sonra müsəlmanlarla rumlular arasında böyük müharibə başladı. Düşmənin sayı müsəlmanlardan bir neçə dəfə çox idi. İslam ordusunun başçısı Xalid ibn Vəlid Zərar ibn Əzvər adlı bir şəxsi kəşfiyyat üçün düşmən ordusuna göndərdi. O getdi və qayıdaraq düşmən ordusunun hər cəhətdən hazırlıqlı olduğunu bildirdi. Xalid dedi: “Yaxşı olar ki, geri çəkilək”.

Zərar dedi: Qur`an buyurur ki, “Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın”,92 “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə, çox bir dəstəyə qalib gəlib”.93

Zərarın əmri ilə savaş başladı və o, addım-addım irəliləyib, düşmənin bağrını yararaq döyüşə davam etdi. Amma onu əsir aldılar. Az sonra müsəlmanlar tərəfdən bir döyüşçünün irəliləyib meydanı şüar və qılıncla toz-torpağa bürüyərək döyüşdüyünü gördülər. Hamı təəccübləndi ki, bu cür qəhrəmanlıq göstərən kimdir? Bir az keçdikdən sonra gördülər ki, o, bədəni qana bulaşmış halda döyüşə davam edir. Xalid onun yanına getdi və dedi: “Nə vaxta qədər üzünü gizlədəcəksən? De görüm sən kimsən?”

O dedi: “Mən özümü tanıtdırmağa utanıram. Çünki özümə layiq bir iş görməmişəm. Mən Zərarın bacısı Xəvləyəm. Bilmirəm qardaşıma nə ediblər. Onu azad etmək üçün döyüşürəm”.

Sözləri qurtardıqdan sonra rəcəz oxuyaraq düşmən üzərinə hücuma keçib döyüşə davam etdi. O, bu döyüşdən əlavə başqa döyüşlərdə də iştirak etmişdi.94


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin