Kitabxanalarda uşaq ədəbiyyatının təbliği və müasir dövrdə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların işində yeni metodların tətbiq edilməsi istiqamətində kitabxanaların qarşısında duran vəzifələr

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 6.95 Kb.
tarix24.05.2018
ölçüsü6.95 Kb.

Kitabxanalarda uşaq ədəbiyyatının təbliği və müasir dövrdə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların işində yeni metodların tətbiq edilməsi istiqamətində kitabxanaların qarşısında duran vəzifələr.
Gələcəyimiz hesab etdiyimiz uşaq və gənclərə mədəni xidmət göstərmək, məktəbli oxucuların mütaliəsinə düzgün rəhbərlik etmək, onlarda vətənpərvərlik, qəhrəmanlıq, elinə- obasına, torpağına bağlılıq kimi hissləri tərbiyə etmək məqsədi ilə kitabxanalarda uşaq ədəbiyyatının təbliğini gücləndirmək lazımdır. Gənc nəslin hərtərəfli inkişaf etməsi üçün tez-tez aktual mövzularda tədbirlər keçirmək, azyaşlı oxucuların mütaliəyə marağını artırmaq, kitabxana fondlarını zənginləşdirmək günü tələbidir. Eyni zamanda kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq, kitabxana sahəsini müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək üçün onların işində yeni forma və üsullar, metodlar tətbiq etmək lazımdır.

Bunun üçün uşaqlar arasında intellektual oyunlar və yarışmalar təşkil etmək, məktəb və uşaq bağçalarında səyyar kitabxana xidmətini gücləndirmək, kitabxanalarda “Nağıl otağı” və ya “Nağıl guşəsi” yaratmaq, uşaqlar tərəfindən ən çox sevilən və oxunan nağılların, hekayələrin “Nağıl otağı”nda səhnələşdirmək, kitabxanaların fondlarını uşaq ədəbiyyatı və “danışan kitablar”la(disklərlə) zənginləşdirmək, uşaqlar üçün şəhər və rayon ərazisində yerləşən şair və yazıçıların ev muzeylərinə, tarixi memarlıq abidələrinə ekskursiyalar təşkil etmək, kitabxanalarda uşaqlar üçün klassik ədəbiyyat nümunələrindən ibarət “Canlı klassika” adlı tədbirlər keçirmək, kitabxanalarda “Ucadan oxu” adlı tədbirlər təşkil etmək, şair, yazıçı və idmançılarla uşaqların görüşünü təşkil etmək, uşaqların bacarığının üzə çıxarılması məqsədilə “Oxuduğum kitabların nağıl qəhrəmanları” adlı rəsm sərgiləri keçirmək lazımdır. Bundan başqa Kitabxanalarda “Ana və uşaq” adlı guşələr yaratmaq, müharibə veteranlarına, yaşlı oxucu və əlil insanlara evdə xidmət göstərmək, Milli qəhrəmanlarımızı və onların mübarizəsinin xatirəsini əbədiləşdirmək məqsədilə kitabxanalarda “Tarix qəhrəmanlığı unutmur” başlığı altında guşələr yaratmaq, şagirdləri kitabxanaya cəlb etmək, onların iştirakı ilə müxtəlif yazarların əsərlərini müzakirə etmək məqsədilə “Kitab klubları” yaratmaq, kitabxanalarda müxtəlif ensiklopediyaların, dillər üzrə lüğətlərin sərgisini təşkil etmək vacibdir.



Kitabxana işçiləri hazırki dövrdə kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə əlaqədar fonda daxil olan ədəbiyyatın təbliği, yeni oxucu və istifadəçilərin cəlb olunması, oxucularda mütaliə marağının artırılması istiqamətində öz işlərini gücləndirməlidirlər.

Metodiki işlər şöbəsi.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə