Kommersiya banklarının kredit bazarında riskli əməliyyatlarının təhlili



Yüklə 282,62 Kb.
səhifə16/18
tarix01.01.2022
ölçüsü282,62 Kb.
#105339
1   ...   10   11   12   13   14   15   16   17   18
Potensial risk təhlükəsi: müştəri gələcəkdə müəyyən olunmuş müddət ərzində krediti ödəyə bilmədikdə nəyin itiriləcəyini əks etdirən əməliyyatın, gələcək cari bərpa dəyərinin qiymətləndirilməsidir. Bu dəyər simulyasiya vasitəsilə əldə olunmalıdır və bazarın dəyişkənliyi, portfelin təsiri, əvəzləşdirmə müqavilələri, girov və digər kredit vasitələrini (zəmanətlər, akkreditivlər və s.) nəzərə almaqla, Riskə məruz Dəyərə görə bazar riski simulyasiyasına analoji olmalıdır. Nisbətən mürəkkəbləşdirilmiş alternativ təcrübəyə görə, potensial risk təhlükəsini hesablamaq üçün qiymətləndirmələrdən etibarlı istifadə oluna bilər. Gözlənilən zərər, mövcud məlumata əsasən bankın üzləşəcəyi ehtimal edilən zərərlərin səviyyəsini əks etdirir.Bu, gələcək potensial təhlükənin əks tərəfin krediti ödəyə bilməməsi ehtimalı və nəzərə alınmış yığılma dərəcələri ilə riyazi ehtimaldır. Gəlirlərə tətbiq edilən kredit riski dəyəri kimi istifadə edilən gözlənilən kredit itkisi ölçüləri, bankı uzun müddətli istifadə olunan kredit zərərlərindən qorumaq üçün bir vasitədir. Gözlənilməyən zərər, faktiki zərərin gözlənilən zərərdən yuxarı və ya aşağı olacağı ehtimalını əks etdirir. Gözlənilməyən zərərin səviyyəsi, müəyyən edilmiş etibarlılıq səviyyəsi çərçivəsində ən pis kredit zərərini ölçməklə qiymətləndirilir. Müəyyən edilmiş etibarlılıq səviyyəsi çərçivəsində gözlənilməyən zərərləri hasil etmək üçün kifayət risk kapitalının bölüşdürülməsi ilə gözlənilməyən zərər ölçüləri, bankı gözlənilən kredit zərərindən xeyli yüksək olan qısamüddətli zərərlərdən qoruyan vasitədir.


Yüklə 282,62 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin