Kommersiya fəaliyyətinin əsasları" fənnindən testlər Düzgün cavab "A" bəndidir



Yüklə 0,5 Mb.
səhifə4/7
tarix03.01.2019
ölçüsü0,5 Mb.
#89964
1   2   3   4   5   6   7

b) dəqiq müəyyən edilmiş məqsədin mövcudluğu

c) kommersiya fəaliyyətinin idarə edilməsində azpilləlik

d) vahid tabeçilik prinsipi

e) fəaliyyətin əlaqələndirilməsi


240.Fəaliyyətin əlaqələndirilməsinin neçə üsulu mövcuddur?

a)5


b)2

c)7


d)3

e)6


241.Aşağıdakılardan hansı kommersiya xidmətinin məqsədlərindən biridir?

a)bir satışa düşən satış həcminin artırılması

b)müəssisə və onun məhsulu haqqında məqsədli auditoriyaya məlumat verilməsi

c)məhsul haqqında istehlakçılarda müəyyən təsəvvür yaradılması

d)komkret məhsula tələbat yaradılması

e)düzgün cavab yoxdur


242.Kommersiya xidmətinə daxil olan şöbələrin təşkilat strukturuna təsir edən amilləri hansı istiqamətlər üzrə qruplaşdırmaq olar?

a)texniki, iqtisadi və istehsalın təşkili amilləri

b)texniki və iqtisadi amillər

c)sosial və istehsalın təşkili amilləri

d)iqtisadi və istehsalın təşkili amilləri

e)demoqrafik və istehsalın təşkili amilləri


243.Aşağıdakılardan hansı təşkilat strukturuna təsir edən texniki amillərdən biridir?

a)hazırlanan məhsulun təyinatı və mürəkkəbliyi

b)buraxılan məhsula tələbin səviyyəsi

c)istehsal edilən məhsulun həcmi

d)göndərilən məhsula görə hesablaşma formaları

e)ixraca göndərmələrin payı


244.Aşağıdakılardan hansı təşkilat strukturuna təsir edən iqtisadi amillərdən biri deyildir?

a)istehsalın təşkili tipləri

b)buraxılan məhsula tələbin səviyyəsi

c)istehsal edilən məhsulun həcmi

d)göndərilən məhsula görə hesablaşma formaları

e)ixraca göndərmələrin payı


245.Aşağıdakılardan hansı təşkilat strukturuna təsir edən iqtisadi amillərdən biridir?

a)buraxılan məhsula tələbin səviyyəsi

b)ixtisaslaşma səviyyəsi

c)istehsalın və anbarların ərazi yerləşdirilməsi

d)hazırlanan məhsulun təyinatı

e)nəqliyyat –anbar təsərrüfatın texniki silahlandırılması


246.Aşağıdakılardan hansı təşkilat strukturuna təsir edən istehsalın təşkili amillərindən biridir?

a)istehsalın və anbarların ərazi yerləşdirilməsi

b)buraxılan məhsula tələbin səviyyəsi

c)istehsal edilən məhsulun həcmi

d)göndərilən məhsula görə hesablaşma formaları

e)ixraca göndərmələrin payı


247.Geniş nomenklaturaya malik olmayan, iri və ya orta həcmdə məhsul buraxan müəssisələr üçün satış şöbəsinin hansı təşkilat strukturu səciyyəvidir?

a) funksional

b) əmtəə

c) qarışıq

d) regional

e) funksiya və əmtəə

248.İstehsal və satışın spesifik şəraitini təşkil edən çoxlu sayda müxtəlif məhsul buraxan müəssisələr üçün marketinq şöbəsinin hansı təşkilat strukturu daha məqsədəuyğundur?

a) əmtəələr üzrə

b) funksiya üzrə

c) bazar üzrə

d) regionlar üzrə

e) funksional və bazar üzrə


249.Müəssisələrdə uzunmüddətli planlaşdırma prosesi neçə mərhələdən ibarətdir?

a) 3


b) 5

c) 2


d) 6

e) 4
250.Material təminatının cari planlaşdırılmasına daxil deyildir?

a) ümumi strategiyanın müəyyən edilməsi

b) xammal bazarının tədqiqi

c) material bazarının tədqiqi

d)material resurslarına tələbatın müəyyən edilməsi

e) material resurslarının alınması planının tərtib edilməsi
251.İriləşdirilmiş nomenklaturada perspektiv tələbat müəssisələrdə hansı planlaşdırma çərçivəsində müəyyən edilir?

a)uzunmüddətli planlaşdırma

b)qısamüddətli planlaşdırma

c)cari planlaşdırma

d)operativ planlaşdırma

e)düzgün cavab yoxdur


252.Müəssisələrdə material təminatının planlaşdırılması hansı qərarın qəbul edilməsi üçün əsasdır?

a)material resurslarının alınması haqqında qərar qəbul edilməsi üçün

b)material resurslarına tələbatın öyrənilməsi üçün

c)material resurslarının dəyərinin ödənilməsi haqqında qərarın qəbul edilməsi üçün

d)material resurslarının qəbul edilməməsi haqqında qərarın qəbul edilməsi üçün

e)material resursların tələbatın ödənilməsi üsullarının müəyyən edilməsi üçün


253.Müəssisələrin cari material planlaşdırılmasının əsas məqsədi nədir?

a)ən aşağı məsrəflərlə mal göndərilməsinə zəmanətin təmin edilməsidir

b)ən aşağı məsrəflərlə yüksək son nəticələrə nail olunmasıdır

c)ən aşağı məsrəflərlə məhsulun rentabelliyinin yüksəldilməsidir

d)ən aşağı xərclərlə məhsulun nəql edilməsinin həyata keçirilməsidir

e)ən aşağı xərclərlə material resurslarının gətirilməsinə nail olunmasıdır


254.Xammal və material bazarının tədqiqinin məqsədi nədir?

a)bazarın öyrənilməsinə və material resurslarının səmərəli alqısı imkanına nail olunmasıdır

b)bazarın öyrənilməsinə və material ehtiyatlarının saxlanmasına nəzarətin həyata keçirilməsinə nail olunmasıdır

c)bazarın öyrənilməsinə və material ehtiyatlarının hərəkətinə nəzarətin həyata keçirilməsinə nail

olunmasıdır

d)bazarın öyrənilməsinə və texniki tullantıların, itkilər və onlardan istifadə olunması imkanlarının üzə çıxarılmasına nail olunmasıdır

e)düzgün cavab yoxdur
255.Aşağıdakılardan hansını xammal və material bazarının öyrənilməsi nəzərdə tutmur?

a)material resurslarının saxlanmasına nəzarəti

b)bazarda potensial mal göndərənlərin konkret material resursları növlərinin təklifini

c)istehlakçılar üçün ən mühüm materialların yeni texnologiyalar üzrə hazırlanmasını

d)dəqiq marketinq strategiyasının işlənib hazırlanmasını

e)xammal və material haqqında informasiyanın sistematik olaraq toplanması, emalı və qiymətləndirilməsini


256.Bazarda xammal və material təklifinin təhlili üçün göstəricilər sisteminə daxil deyildir?

a)mal dövriyyəsinin həcmi

b)konkret xammal və material növü təklifinin kəmiyyətcə qiymətləndirilməsi

c)firmalar – iri xammal və material göndərənlər, onların bazar payı

d)xammal və material təklifinin çeşidi, o cümlədən xammal resurslarının yeni növləri, onların xarakteristikası

e)xammal və materialların qiymət səviyyəsi


257.Material resurslarının təklifi istehsalçıların hansı arzusunu əks etdirir?

a)istehsalçıların öz məhsulunu satmaq arzusunu

b)istehsalçıların öz məhsulunun istehsalına nəzarət etmək arzusunu

c)istehlakçıların ödəniş qabiliyyətli tələbatını

d)istehsalçıların öz məhsul ehtiyatlarını idarə etmək arzusunu

e)istehsalçıların öz məhsulunun qiymətinə nəzarət etmək arzusunu


258.Təsərrüfat subyektlərinin fasiləsiz fəaliyyət göstərməsinin ən mühüm şərtlərindən biri hansıdır?

a)zəruri çeşiddə və kəmiyyətdə material ehtiyatlarının yaradılması

b)zəruri miqdarda material resursları göndərilməsi

c)material resurslarının göndərilmə müddətinə əməl edilməsi

d)material resurslarının optimal qiymətinin müəyyən edilməsi

e)düzgün cavab yoxdur


259.Təsərrüfat subyektlərinin material ehtiyatları yaratmaqda məqsədi nədir?

a)lazım olan vaxtda, zəruri çeşiddə və həcmdə müntəzəm olaraq material resurslarını həm istehsal sahələrinə, həm də ticarət şəbəkələrinə göndərməkdir

b)lazım olan həcmdə və çeşiddə material resurslarını istehsal sahələrinə göndərmək

c)lazım olan həcmdə və çeşiddə material resurslarını ticarət şəbəkəsinə göndərmək

d)lazım olan vaxtd, zəruri çeşiddə və həcmdə material resurslarını tədavül dairəsinə göndərmək

e)düzgün cavab yoxdur


260.Material resurslarının təklifinin təhlilində hansı məsələ xüsusi əhəmiyyətə malikdir?

a)material resurslarının qiyməti

b)material resurslarının göndərilmə vaxtı

c)material resurslarının birbaşa göndərilməsi

d)material resurslarının nomenklaturası

e)material resurslarının göndərilmə formaları


261.İstehsalçılar və istehlakçılar arasında müəyyən edilmiş məhsul həcmi üzrə razılaşma əsasında hansı qiymətlər müəyyən edilir?

a)müqavilə qiymətləri

b)topdansatış qiymətləri

c)pərakəndə qiymətlər

d)plan qiymətləri

e)bazar qiymətləri


262.Xammal və material bazarının öyrənilməsi zamanı hansı metodlar tətbiq edilə bilər?

a) birbaşa və dolayı metodlar

b) ümumi və xüsusi üsullar

c) birbaşa və müqayisə üsulu

d) dolayı və qruplaşdırma üsulu

e) nisbi kəmiyyətlər üsulu


263.Xammal və material bazarının öyrənilməsi zamanı birbaşa informasiya alınması mənbələrinə aid deyildir?

a)bazar konyukturasının vəziyyəti haqqında icmallar

b)mal göndərənlərlə əlaqə

c)vasitəçilərlə əlaqə

d)yarmarka və sərgilərə baş çəkilməsi

e)mal göndərən müəssisələrə səfər edilməsi


264.Aşağıdakılardan hansı alqının növlərindən biri deyildir?

a) material resurslarının alınması planının tərtibi

b) istehsalçıdan birbaşa

c) vasitəçinin köməyi ilə topdansatışdan

d) birjanın köməyi ilə topdansatışdan

e) pərakəndə ticarət mağazalarından xırda partiyalarla


265.Müəssisədə material resurslarının alqısı üzrə kommersiya fəaliyyətinə aid deyildir?

a) sifariş portfelinin formalaşması

b) xammal bazarının tədqiqi

c) material bazarının tədqiqi

d) müəssisələrin material resurslarınaa tələbatının müəyyən edilməsi

e) material resurslarının alqısı planının tərtib edilməsi


266.Material resurslarının birbaşa alqısı nə zaman həyata keçirilir?

a)istehlakın böyük həcmi zamanı

b)istehlakın kiçik həcmi zamanı

c)göndərmənin anbar üsulu zamanı

d)qiymətin kəskin yüksəlməsi zamanı

e)düzgün cavab yoxdur


267.İstehsalın maddi-texniki təminatının son mərhələsini nə təşkil edir?

a)sexlərin material resurslarla təmin edilməsi

b)müəssisənin material resursları ilə təmin edilməsi

c)vasitəçinin material resursları ilə təmin edilməsi

d)birjaların material resursları ilə təmin edilməsi

e)düzgün cavab yoxdur


268.Aşağıdakılardan hansı istehsal sexlərinin maddi-texniki təminatının əsas vəzifələrindən biri deyildir?

a)material resurslarının saxlanmasının öyrənilməsi

b)hər bir sexin, sahənin və iş yerinin materiala tələbatının tam, vaxtında və komplekt öyrənilməsi

c)istehsalın istehsal istehlakına daha yaxşı hazırlanmış şəkildə materiallarla təmin edilməsi

d)materialın istehsala buraxılması üzərində müntəzəm olaraq nəzarətin həyata keçirilməsi

e)materialın sərf edilməsi üzərində müntəzəm olaraq nəzarətin həyata keçirilməsi


269.Kommersiya əlaqələrinin təşkili və mal göndərənlərin seçilməsi nə üzrə kommersiya fəaliyyətinin tərkib hissəsidir?

a)material resurslarının alqısı üzrə

b)material resurslarının marketinqi üzrə

c)material resurslarının göndərilməsi üzrə

d)material resurslarının satqısı üzrə

e)material resurslarının ixracı üzrə


270.Təsərrüfat əlaqələri dedikdə nə başa düşülür?

a)əmtəə göndərilməsi prosesində mal göndərənlərlə alıcılar arasında əmələ gələn iqtisadi, təşkilatı, inzibatı-hüquqi, maliyyə münasibətləridir

b)mal göndərənlərlə alıcılar arasında əmələ gələn iqtisadi, hüquqi münasibətlərdir

c)mal göndərənlərlə alıcılar arasında yaranan təşkilatı, maliyyə münasibətləridir

d)mal göndərənlərlə alıcılar arasında yaranan inzibati-hüquqi münasibətlərdir

e) mal göndərənlərlə alıcılar arasında yaranan iqtisadi, inzibati münasibətlərdir


271.Müqavilənin yerinə yetirdiyi funksiyalara daxil deyildir?

a)müqavilə partnyorların maliyyə cəhətdən münasibətlərini tənzimləyir

b)partnyorlar arasında hüquqi cəhətdən münasibətləri möhkəmləndirir

c)öhdəliklərin yerinə yetirilməsi qaydalarını müəyyən edir

d)öhdəliklərin yerinə yetirilməsi üsullarını müəyyən edir

e)öhdəliklərin təmin edilməsinin müdafiəsi üsullarını nəzərdən keçirir


272.Mal göndərmə müqavilələri bağlanarkən partnyorların nəzərdən keçirdikləri şərtlərə daxil deyildir?

a)əmtəə bazarlarının tutumunun müəyyən edilməsi

b)müqavilənin bağlanması tarixi, icra müddəti və tərəflərin tam adı

c)göndərilən əmtəənin miqdarı və çeşidi

d)keyfiyyət, komplektlilik, qablaşdırma, markalanma

e)əmtəələrin göndərilməsi qaydası, qiymətlər və hesablaşma qaydası


273.Mal göndərilməsi müqaviləsinin predmeti nədir?

a)müqavilə bağlanması zamanı yalnız miqdarı müəyyən edilən əmtəələr, yaxud ümumiyyətlə hələ hazırlanmamış əmtəələr

b)müqavilənin bağlanması zamanı mövcud olan və satıcıya məxsus olan əmtəələr

c)müqavilə bağlanılması üzrə dərhal alıcıya təqdim edilən əmtəələr

d)alıcıya müəyyən müddətdən sonra təqdim edilən əmtəələr

e)bütün variantlar düzdür


274.Mal göndərmə müqavilələri hansı müddətə bağlanır?

a)bir, iki, üç, beş və ya başqa müddətə

b)bir il müddətinə

c)iki il müddətinə

d)üç il müddətinə

e)beş il müddətinə


275.Prolonqasiya nə deməkdir?

a)mal göndərmə müqaviləsinin uzadılması

b)mal göndərmə müqaviləsinin başa çatdırılması

c)mal göndərmə müqaviləsinin icra edilməsi

d)mal göndərmə müqaviləsinin yerinə yetirilməsi

e)düzgün cavab yoxdur


276.Tətiq edilən əmlak sanksiyalarının formaları hansıdır?

a)cərimə, peniya, dəbbələmə pulu

b)cərimə, peniya

c)peniya, dəbbələmə pulu

d)cərimə

e)cərimə, dəbbələmə pulu


277.Müqavilə nə zaman bağlanmamış sayılır?

a)mal göndərmənin predmeti haqqında şərtlər olmadıqda

b)əmtəənin adı olmadıqda

c)əmtəənin keyfiyyəti göstərilmədikdə

d)əmtəənin qiyməti istehlakçını razı salmadıqda

e)əmtəənin göndərilmə müddəti qeyd edilmədikdə


278.Müqavilənin ayrılmaz hissəsi olmaqla əmtəə çeşidi haqqıında olan sənəd nə adlanır?

a)spesifikasiya

b)tələbnamə

c)çek


d)qəbz

e)qaimə
279.Alqı-satqı müqavilələrin tənzimlənməsində hansı qanunvericilik baza hesab olunur?

a)Mülki Məcəllə

b)Əmək məcəlləsi

c)Cinayət məcəlləsi

d)Vergi məcəlləsi

e)İnzibati xətalar məcəlləsi
280.Hər bir material üçün sifarişin yerinə yetirilməsində neçə mal göndərənin iştirak etməsini müəssisənin hansı şöbəsi həll edir?

a) maddi-texniki təminat şöbəsi

b) satış şöbəsi

c) istehsal şöbəsi

d) marketinq şöbəsi

e) plan-iqtisad şöbəsi


281.Mal göndərənlərin sayı çox olduqda onların seçilməsini neçə mərhələdə aparmaq məqsədəuyğundur?

a) 2


b) 5

c) 3


d) 6

e) 4
282.Orqanizmin, fərdin, sosial qrupların və bütövlükdə cəmiyyətin fəaliyyətini saxlamaq üçün zəruri olan hər hansı bir şeyə ehtiyac nə adlanır?

a)tələbat

b)tələb


c)təklif

d)məhsul


e)istehlak
283.Tələbatın pul vəsaiti ilə təmin olunmasının təzahür forması nə adlanır?

a)ödəməqabiliyyətli tələb

b)istehsal tələbi

c)şəxsi tələb

d)ictimai tələbat

e)real tələb


284.Həm istehsalın imkanları ilə, həm də istehlakçının pulla ödəməqabiliyyətli imkanları ilə müəyyənləşdirilən tələbata nə deyilir?

a)ödəməqabiliyyətli tələbat

b)əhalinin tələbatı

c)mütləq tələbat

d)həqiqi tələbat

e)konkret tələbat


285.Mal göndərənlərin seçilməsinə nədən başlamaq lazımdır?

a)müəssisənin material tələbatının və onların bazarda ödənilməsi imkanlarının təhlilindən

b)material bazarı konyukturasının öyrənilməsindən

c)tələb olunan material resurslarnın miqdarının müəyyən edilməsindən

d)müəssisənin istehsal güclərinin təhlilindən

e)alınan material resurslarının qiymətinin müəyyən edilməsindən


286.Mal göndərənlərin siyahısının tərtib edilməsi üçün informasiya mənbəyi nədir?

a)xammal və material bazarının öyrənilməsi

b)pul və valyuta bazarının öyrənilməsi

c)maliyyə bazarının öyrənilməsi

d)qiymətli kağızlar bazarının öyrənilməsi

e)sığorta və lizinq bazarının öyrənilməsi


287.Mal göndərənlərin ilkin seçimi mərhələsində istifadə olunan seçim meyarlarına hansı daxil deyildir?

a) maliyyə şərtləri

b) istehsal gücü, partiyanın həcmi

c) mal göndərənin uzaqlığı və hesablaşma formaları

d) məhsul vahidinin qiyməti və qablaşdırma

e) avadanlığın yenidən düzülməsi imkanı


288.Birinci mərhələdə mal göndərənlərin ilkin seçim meyarlarından biri hansıdır?

a)hesablaşma formaları

b)maliyyə şərtləri

c)mal göndərmə vaxtı

d)kommunikasiya şərtləri

e)mal göndərmənin anbar şərtləri


289.İkinci mərhələdə mal göndərənin seçilməsi meyarlarından biri hansıdır?

a)kommunikasiya şərtləri

b)istehsal gücü

c) mal göndərənin uzaqlığı

d) məhsul vahidinin qiyməti və qablaşdırma

e) avadanlığın yenidən düzülməsi imkanı


290.İkinci mərhələdə mal göndərənin seçilməsi meyarlarına hansı daxil deyildir?

a)avadanlığın yenidən düzülməsi imkanı

b)maliyyə şərtləri

c)mal göndərmə vaxtı

d)kommunikasiya şərtləri

e)mal göndərmənin anbar şərtləri


291.Hansı material resurslarının göndərilməsi şərtlərinə daxil deyildir?

a) avadanlıqların yenidən düzülməsi imkanı

b) mal göndərənin və alıcının öhdəlikləri

c) mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi

d) nəqliyyat vasitələrinə yüklənmə

e) daşınmanın sığortalanması


292.Aşağıdakılardan hansı mal göndərən müəssisənin əsas öhdəliklərinə daxil deyildir?

a)əmtəənin müqavilədə nəzərdə tutulmuş qiymətini ödəməsi

b)müqavilə şərtlərinə görə məhsul göndərilməsi

c)göndərilən məhsulun keyfiyyətinin yoxlanılmasının təmin edilməsi

d)məhsulun qablaşdırılması

e)kommersiya riski daşıması


293.Aşağıdakılardan hansı alıcının əsas öhdəliklərindən biridir?

a)məhsulun müqavilədə göstərilən yerdə qəbul edilməsi

b)müqavilə şərtlərinə görə məhsul göndərilməsi

c)göndərilən məhsulun keyfiyyətinin yoxlanılmasının təmin edilməsi

d)məhsulun qablaşdırılması

e)kommersiya riski daşıması


294.Aşağıdakılardan hansı müqavilədə müəyyən edilə bilən qiymətlərdir?

a)möhkəm və dəyişkən qiymətlər

b)istehsal və satış qiymətləri

c)topdansatış və pərakəndə qiymətlər

d)tənzimlənən və liberal (azad) qiymətlər

e)düzgün cavab yoxdur


295.Müqavilədə mal göndərmənin şərtlərinə uyğun gəlməyən qablaşdırmada məhsul göndərilməsinə görə kimin məsuliyyəti nəzərdə tutulur?

a)mal göndərənin

b)istehlakçının

c)vasitəçinin

d)dilerin

e)brokerin


296.Məhsulun markalanması kimin öhdəliyidir?

a)mal göndərənin

b)istehlakçının

c)vasitəçinin

d)dilerin

e)brokerin


297.Marka adı nə deməkdir?

a)ticarət markasının tələffüz edilən hissəsi

b)ticarət markasında istifadə edilən simvol

c)ticarət markası

d)istehsal edilən əmtəələrin çeşidi

e)istehsal edilən əmtəələrin nomenklaturası


298.Marka emblemi (nişanı) nədir?

a)tanınan, lakin ticarət markasının tələffüz edilməyən hissəsi

b)ticarət markasında istifadə edilən simvollar

c)ticarət markasının tələffüz edilən hissəsi

d)ticarət markası

e)istehsal edilən əmtəələrin çeşidi


299.İstehsalçılar və istehlakçılar arasında müəyyən edilmiş məhsul həcmi üzrə razılaşma əsasında hansı qiymətlər müəyyən edilir?

a) müqavilə qiymətləri

b) topdansatış qiymətləri

c) pərakəndə qiymətlər

d) plan qiymətləri

e) bazar qiymətləri


300.Mal göndərənlərlə istehlakçıların təsərrüfat əlaqələrində hüquq bərabərliyi, mal göndərilməsinin təşkili üzrə tərəflərin hüquq və öhdəliyini müəyyən edən əsas sənəd nədir?

a)mal göndərmə müqaviləsi

b)əmək müqaviləsi

c)icarə müqaviləsi

d)borc müqqaviləsi

e)tədarük müqaviləsi


301.Müqavilə nə zaman bağlanmış hesab edilir?

a)tərəflər arasında müqavilənin bütün mühüm şərtləri üzrə razılıq əldə edildikdə

b)tərəflər arasında mal göndərilməsi müddəti müəyyən edildikdə

c)tərəflər arasında məhsulun qiyməti dəqiqləşdirildikdə

d)tərəflər arasında məhsulun çeşidi razılaşdırıldıqda

e)tərəflər arasında məhsulun keyfiyyəti müəyyən edildikdə


302.Xammal və material bazarının öyrənilməsi zamanı birbaşa informasiya alınması mənbələrinə aid deyildir?

a) jurnallar, qazetlər, radio, televizor

b) mal gömdərənlərlə əlaqə

c) vasitəçilərlə əlaqə

d) yarmarka və sərgilərə baş çəkilməsi

e) mal göndərən müəssisələrə səfər edilməsi


303.Aşağıdakılardan biri alqının növlərindən biri deyildir?

a) materialların alternativ materiallarla əvəz edilməsi

b) istehsalçıdan birbaşa

c) vasitəçinin köməyi ilə topdansatışdan

d) birjanın köməyi ilə topdansatışdan

e) pərakəndə ticarət mağazalarından xırda partiyalarla


304.Franklaşdırmanın neçə variantı mövcuddur?

a)6


b)3

c)5


d)2

e)4
305.Hansı dövlət qürumunun xüsusi icazəsi əsasında hesablaşmalar xarici valyuta ilə həyata keçirilə bilər?

a) Mərkəzi Bank

b) İqtisadi inkişaf Nazirliyi

c) Vergilər Nazirliyi

d) Ədliyyə Nazirliyi

e) Xarici İşlər Nazirliyi
306.Müəssisələr və təşkilatlar arasında hesablaşmalar bir qayda olaraq hansı qaydada həyata keçirilir?

a)nağdsız qaydada

b)nağd qaydada

c)pulsuz qaydada

d)dəyişmə qaydasında

e)düzgün cavab yoxdur


307.Kommersiya müəssisələrinin əmtəə-pul hesablamaları hansı vasitələrlə həyata keçirilir?

a)bankdakı hesablaşma və cari hesablardan istifadə etməklə

b)bütün hesablaşmalar nağd pul vəsaitlərinin köçürülməsi yolu ilə aparılır

c)alıcıların və mal göndərənlərin köməyi ilə

d)qısa və uzunmüddətli kreditlərin köməyi ilə

e)əmtəə mübadiləsinin və nağd pul vəsaitlərinin köçürülməsinin köməyi ilə


308.Hesablaşma hesabı nədir?

a)pul vəsaitlərinin saxlanılması və müəssisələrin nağdsız hesablaşmalarının həyata keçirilməsi formasıdır

b)ticarət müəssisələrinin (firmalarının və s.) mal göndərənlərlə qarşılıqlı əlaqələr formasıdır

c)alıcılarla satıcılar arasında hesablaşma formasıdır

d)müəssisənin kassasında pul vəsaitlərinin limiti üzrə saxlanılması formasıdır

e)mal göndərənlərlə qarşılıqlı hesablaşma formasıdır


309.Hağdsız hesablaşmaların əsas məqsədi nədən ibarətdir?

a) ödəmə dövriyyəsində nağd pulu əvəz etməkdir

b) pul vəsaitlərinin dövriyyəsinin sürətlənməsinə kömək etməkdir

c) material fondlarının hərəkətinə nəzarət etməkdir

d) tədavüldə olan pulların həcminin azalmasına şərait yaratmaqdır

e) müvəqqəti sərbəst pul vəsaitlərinin banklarda cəmləşməsinə imkan verməkdir


310.Hesablaşma formasının seçilməsi aşağıdakılardan hansı ilə müəyyən edilmir?

a) sənəd dövriyyəsi qaydası və tədiyə vasitəsi ilə

b) əmtəə növü, ona olan tələb və təklifi ilə

c) saziş kontragentləri arasında kommersiya əlaqələrinin xarakteri və onların yerləşdiyi ərazi ilə

d) kontragentlərin maliyyə vəziyyəti ilə

e) pul vəsaitləri dövriyyəsinin sürətləndirilməsi ilə


311.Pulların kassaya daxil olması və kassadan verilməsi hansı sənədlərlə rəsmiləşdirilir?

a)mədaxil və məxaric kassa orderləri ilə

b)qəbul-təhvil aktı ilə

c)istehsal-texniki sənədlər ilə

d)ilkin uçot sənədləri ilə

e)əmtəə-nəqliyyat qaiməsi ilə


312.Hesablaşma hesabı açmaq üçün təşkilat seçdiyi bank müəssisəsinə aşağıdakı sənədlərdən birini təqdim etmir?

a)istehsal-texniki sənədlər

b)hesab açılması üçün müəyyən edilmiş formada ərizə

c)təşkilatın nizamnaməsinin, təsis müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin notariusda təsdiq edilmiş surətləri

d)təşkilatın vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi barədə vergi orqanının arayışı

e)pensiya fonduna və sosial –sığorta fonduna ödəyici kimi qeydiyyatdan keçməsi barədə sənədlərin surəti



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin