Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri


ТЪП/ИП – протоколлар аиляси



Yüklə 174,82 Kb.
səhifə13/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   ...   9   10   11   12   13   14   15   16   ...   53
ТЪП/ИП – протоколлар аиляси.
İnternet müxtəlif kompüter şəbəkələrinin birləşməsidir. İnternet istifadəçiləri vahid qaydalar əsasındə işləyirlər. İnternet şəbəkəsində ümumi dil kimi informasiya mübadiləsi protokolları istifadə olunur. Protokol birgə işləmə qaydalarıdır Müxtəlif növ protokollar mövcuddur. Məs: diplomatik protokol, iclasın protokolu və s.

İnternet Protokolu dedikdə informasiyanın şəbəkədə ötürülməsi və təsviri qaydalarını, müxtəlif şəbəkə avdanlıqlarının birgə işini müəyyən edən standartlar başa düşülür.. Şəbəkə protokolları şəbəkəyə qoşulmuş kompüterlərə işləmə qaydalarını təyin edir.Bir sözlə standart protokollar müxtəlif kompüterləri internetdə eyni dildə danışmağa məcbur edir.

İnternetdə müxtəlif səviyyəli protokollar mövcuddur ki, onlar da bir –biri ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Baza protokolları kimi İP və TCP protokollarından istifadə olunur ki, onları da TCP/İP – protokollar ailəsi adlandırırlar. Yerdə qalan protokollar məhz bu protokolların əsasında qurulurlar.

TCP/İP – 2 müxtəlif protokoldan ibarətdir:



  1. İP (İnternet Protokol) protokolu. İP- protokolu kompüterlərin ünvanlanması üçün istifadə olunur. Şəbəkə ilə ötürülən hər bir informasiya paketində kompüterin İP- ünvanı göstərilir. Bu ünvanın köməkliyi ilə informasiya tələb olunan yerə çatdırılır. İnternetdə hər bir kompüterin öz unikal şəbəkə ünvanı- İP- ünvanı vardır. Bu ünvanın uzunluğu 4 bayt olur. Hərəsi 1 baytdan ibarət 4 hissədən ibarətdir. Hər bir hissə 0-dən 255-ə qədər ədədləri qəbul edə bilər və hissələr bir-birindən nöqtə ilə ayrılır. Məs: 192.168.0.1,194.105.195.17. Şəbəkə ünvanı 2 hissədən ibarətdir: lokal şəbəkə ünvanı və hostun ünvanı. Host dedikdə şəbəkəyə qoşulmuş kompüter başa düşülür. İP-ünvanının bu cür strukturu müxtəlif şəbəkələrdə yerləşən kompüterlərə eyni bir ünvana malik olmağa imkan verir. Maksimum çeviklik əldə etmək üçün İP- ünvanlar A, B. C- kimi siniflərə bölünərək, lokal şəbəkələrin və orada olan kompüterlərin sayından asılı olaraq formatlaşdırılır. Göstərilən bu 3 sinif təşkilaiın lokal şəbəkəsinin ölçüsünü təyin edir.

  2. TCP( Transmission Control Protokol)- protokolu. – ötürmənin idarə olunması protokolu. TCP- protokolunun məqsədi istifadəçinin məlumatlarını, sənədlərini və fayllarını informasiya paketlərinə bölüb uzaq məsafələrə ötürməkdir. Kiçik paketlərə bölünmüş informasiya internet xətlərində bir-birindən asılı olmadan göndərilir. Bundan başqa paketlərdə verilənlər nişanlanır ki, bunun köməkliyi ilə qəbul olunma ardıcıllığı pozulsa belə, nəticədə fərdi kompüter nişanlara uyğun informasiyanı qəbul edir. Əgər göndərilən informasiya müəyyən səbəblərdən xəttdə itərsə, kompüter həmin informasiyanı nişanın köməkliyi ilə təkrar sorğu edir göndərilən informasiyaya uyğun məlumatları bərpa edir. TCP- protokolu tələb edir ki, qəbul edən tərəf bütün ötürülən informasiyanın qəbul olunmasını təsdiq etsin.O ötürülən informasiyanın etibarlı çatdırılması üçün taymautlardan və təkrarötürmələrdən istifadə edir.



Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin