Elektron poçtunun işi
Elektron poçtu Amerikadan olan professor Rey Tomlinson (Ray Tomlinson) icad etmişdir.Proqramı sınaqdan keçirmək üçün Tomlinson öz otağındakı şəbəkəyə qoşulmuş iki kompüterdən istifadə etdi. Elektron poçtla ilk məktubu o, elə özünə göndərdi. Tomlinsonun xatirələrində deyilir ki, həmin məktub klaviaturanın yuxarı hissəsində yerləşən böyük hərflərdən idi, təxminən QWERTYUIOP kimi bir sətir.
1971-ci ildə Tomlinson öz dahiyanə ixtirasını edərkən müasir İnternetin prototipi olan ARPANET şəbəkəsini (ABŞ Müdafiə Nazırliyinin Perspektiv Tədqiqatlar İdarəsinin Şəbəkəsi) yaradan BBN şirkətində işləyirdi. O, elektron poçtu rəhbərliyin tapşırığı olmadan, sadəcə şəxsi marağı olduğu üçün yaratmışdı. E-poçtun əsasında Deck firmasının kompüterləri ilə işləyən tədqiqatçı və proqramçıların istifadə etdikləri və artıq mövcud olan mətn məlumatları ötürən bir proqram dururdu. Lakin bu proqramın köməyilə yalnız bir kompüterin istifadəçiləri bir-birilə məlumat mübadiləsi apara bilirdi. Tomlinsona sadəcə digər kompüterlərə də məlumatların ötürülməsi imkanını təmin etmək qalırdı və o, verilənlərin ötürülməsi protokulunu bir qədər dəyişdirdikdən sonra poçt proqramının ilk versiyası alındı.
Tomlinson dünyada ilk poçt proqramını yaratdıqdan sonra onu iş yoldaşlarına göstərdi və onlardan bu haqda heç kimə danışmamağı xahiş etdi, görünür, müdiriyyətin onu xidməti vəzifəsinə etinasızlıq göstərməkdə günahlandıracağından ehtiyat edirdi. Lakin sonradan elektron poçtdan ilk istifadə edənlərdən biri də onun müdiri Larri Roberts oldu. Bir müddətdən sonra o, bütün işgüzar yazışmalarını elektron formaya çevirdi və nəticədə onun işçiləri də istər-istəməz müdirlərinin yolu ilə getməli oldular.
Elektron poçtun yayılması XX əsrin 80-cı illərinin ortalarında fərdi kompüterlər meydana gəldikdən sonra kəskin şəkildə sürətləndi.
Elektron poçt (E-mail)- İNTERNET istifadəçilərinin ən çox istifadə etdiyi xidmətlərdən biridir. Elektron poçt vasitəsilə ani bir zamanda bütün dünya miqyasında istənilən şəxslə (kompüterlə) məktublaşmaq olar.Bu xidmətdən istifadə etmək üçün hər bir şəxsin elektron poçt ünvanı olmalıdır. Həmin ünvanı komputerin İNTERNET-lə əlaqəsini təşkil edən provaydertəqdim edir. Bu xidmət tam pulsuzdur. İNTERNET-ə qoşulan hər bir şəxs bu xidmətdən istifadə etmək üçün özünə elektron poçt ünvanı götürə bilər.
Elektron poçtu(E-mail) – İnternetdə ilk xidmət növü olmasına baxmayaraq , müasir dövrdə daha da populyar olur. Elektron poçtu adi poçt xidmətinə oxşayır. Onun vasitəsi ilə yazdığımız məktub, fayl və s. Digər istifadəçilərə çatdırılır. Elektron poçtunun adı poçtdan üstünlükləri bunlardır:
Elektron poçtu ilə istifadəçiyə daha tez çatdırılır;
Daha ucuz başa gəlir;
Bir neçə ünvana göndərmək üçün məktubu bir neçə nüsxə çap etmək lazım deyil;
Əgər məktubu təkrar oxumaq, düzəliş etmək lazımdırsa, onu asanlıqla etmək olar;
E-mailin telefondan fərqi ondadır ki, telefondan fərqli olaraq bu zaman hər iki abonentin olması tələb olunmur.
Bütün Unternet xidmətləri kimi elektron poçtunun da işi 2 proqramın qarşılıqlı işinə əsaslanır:
Poçt serveri – İnternet tərəfdən E-mailin işini idarə edir;
Poçt istifadəçisi – Bu proqram istifadəçinin kompyuterunə yüklənir və poçt serveri ilə qarşılıqlı əlaqəni təmin edir;
Dünyada milyonlarla elektron poçt istifadəçisi vardır. Hər birinin İnternetdə öz ünvanı var. Elektron poçtunun ünvanı 2 hissədən ibarətdir. Bu hissələr bir-birindən @ - işarəsi ilə ayrılır. Bu işarə at – adlanır. Məsələn:
samira@mail.ru
Bu yazı göstərir ki, Samirənin poçt qutusu mail.ru – serverində yerləşir.
Digər İnternet xidmətlərindən elektron poçtunun fərqi ondadır ki, onun işi 1 protokolun yox, bir neçə protokolun işi ilə təyin olunur.
Dostları ilə paylaş: |