Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə4/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   2   3   4   5   6   7   8   9   ...   65
Kompüter Texnologiyaları

Onluq say sistemindən istənilən say sisteminə keçid.
Onluq say sistemində təsvir olunmuş ədədi istənilən say sisteminə çevirmək üçün onluq say sistemindəki ədəd keçiriləcək say sisteminin əsasına ardıcıl olaraq bölünür, proses o vaxta kimi davam etdirilir ki, son nəticədə alınmış natamam qismət keçiriləcək say sisteminin əsasından kiçik olsun. Daha sonra axırıncı natamam qismətdən başlayaraq qalıqlar axırdan əvvələ ardıcıl sıralanır.
2-lik say sistemindən 16-lıq say sisteminə keçid.
2-lik say sistemindən 16-lıq say sisteminə keçmək üçün əvvəlcə 2-likdə verilmiş ədəd axırdan əvvələ dördlüklər şəklində ayrılır (16=24 olduğu üçün). Sonuncu ayrılan hissədə 4-lüyə tamamlanmaq üçün rəqəmlər çatışmırsa əvvəlinə sıfırlar yazmaqla 4-lüyə tamamlanır. Daha sonra hər bir dördlük 2-likdən 10-luğa keçid qaydası ilə rəqəmlərə çevrilir, 16-lıq say sisteminin rəqəmləri şəklində yazılır.

16-lıqdan 2-lik say sisteminə keçid.


16-lıqdan 2-lik say sisteminə keçid üçün əvvəlcə 16-lıqda verilmiş ədədin hər bir rəqəmi ayrı-ayrılıqda 10-luqdan 2-liyə keçid üsulu ilə 2-lik say sisteminə çevrilir. Əgər hansısa bir rəqəm 2-liyə çevrildikdə nəticədə dördlüklər alınmırsa ədədin qabağına sıfırlar artırmaqla dördlüyə tamamlanır. Alınmış dördlüklər yanaşı yazılır.

İnformasiyanın kodlaşdırılması. Simvolların kodlaşdırma standartları (ASCII və UNICODE)


Elə qədim zamanlardan informasiyanın bir yerdən digər yerə təhlükəsiz şəkildə daşınması üçün müxtəlif kodlaşdırma sistemlərindən istifadə olunmuşdur. Buna Sezar kod sistemini, Brayl kod sistemini, Morze kod sistemini və s. misal göstərmək olar.
Kompüterlərin meydana gəlməsindən sonra informasiyanın kompüter vasitəsilə emalı, ötürülməsi və s. kimi informasiya proseslərini həyata keçirmək üçün də müxtəlif kod sistemlərindən istifadə olunmuşdur. İnformasiyanın kodlaşdırılması zamanı ikilik simvollardan (0 və 1) istifadə olunması daha əlverişlidir. Müasir kompüterlər təkcə simvollarla yox, digər tipli informasiya ilə də işlədiyindən onların da kodlaşdırılması zərurəti meydana çıxmışdır. Bunlara ayrı- ayrılıqda aşağıda baxaq:


Mətn (simvol) tipli informasiyanın kodlaşdırılması.
Simvol tipli informasiyanın kodlaşdırılması üçün müxtəlif kod sistemləri yaradılmışdır: ASCII, UNICODE, КОИ-8, Windows-1251 və s. Lakin əsas standart kimi ABŞ-da Milli Standartlaşdırma İnstitutunda (ANSI) işlənilmiş ASCII (American Standard Code for Information Interchange) standartı olmuşdur. ASCII cədvəlində 256 simvolun kodu təsvir olunmuş və bu kodlar kompüterə tanıdılmışdır. Bu kod sistemində (əlifbada) yerləşən simvollar əsasən 3 yerə ayrılır:

  1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompüter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir, bu simvollar bəzən idarəedici simvollar (Non Printable) da adlanırlar. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər.

  2. 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. Buraya durğu işarələri, ərəb rəqəmləri, latın əlifbasının böyük və kiçik hərfləri və s. daxildir.

  3. 128-dən 255-ə qədər olan kodlar isə milli əlifbalar üçün nəzərdə tutulmuşdur. Burada müxtəlif ölkələr öz simvollarını yerləşdirirlər (təbii ki, bütün milli əlifbaların simvollarını burada yerləşdirmək mümkün olmamışdır).

ASCII kodlaşdırma sisteminə əsasən maksimum 256 simvolu kodlaşdırmaq olar. 256=28 olduğundan burada hər bir simvol üçün kompüterin yaddaşında 8 bitlik yer ayrılır. Deməli bu kod sistemində yazılmış hər bir simvol kompüterin yaddaşında 8 bit=1 bayt yer tutur.
Təəssüf ki, ASCII kod sistemi bəzi milli əlifbaların (Azərbaycan, Çin, Koreya və s.) tam şəkildə təsvirinə imkan vermədiyindən daha geniş kod sistemi – UNICODE kod sistemi yaradılmışdır. Bu kod sistemində isə maksimum 65536 simvol kodlaşdırıla bilər. 65536=216 olduğundan burada 1 simvol yaddaşda 16 bit=2 bayt yer tutar.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin