Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti


Kompüterdə informasiyaların təsviri.Simvolların kodlaşdırılması standartları



Yüklə 1,2 Mb.
səhifə3/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   2   3   4   5   6   7   8   9   ...   65
Kompüter Texnologiyaları

3.Kompüterdə informasiyaların təsviri.Simvolların kodlaşdırılması standartları


Say sistemi – rəqəmlər vasitəsilə ədədlərin yazılış qaydasıdır. Say sistemində hər hansı bir ədədi təsvir etmək üçün lazım olan müxtəlif simvolların sayı say sisteminin əsasını təşkil edir. Say sistemləri 2 qrupa ayrılır: mövqeli və mövqesiz.
Mövqeli say sisteminə ən bariz nümunə bizim istifadə etdiyimiz 10-luq say sistemidir.
Mövqesiz say sistemində ədədin rəqəminin qiyməti durduğu mövqedən asılı deyil. Buna misal kimi Rum say sistemini göstərmək olar. Mövqeli say sistemlərində isə hər bir rəqəm durduğu mövqedən asılı olaraq müəyyən qiymətə malikdir. Mövqeli say sistemlərinə misal olaraq gündəlik həyatda istifadə etdiyimiz 10-luq say sistemini, həmçinin kompüterdə hər bir simvolun kodlaşdırılması üçün istifadə edilən 2-lik say sistemini, 8-lik, 16-lıq say sistemlərini də misal göstərmək olar. Belə ki, mövqeli say sistemininin simvolları ilə aşağıdakı sxemdə tanış olaq:



2-lik

0, 1

8-lik

0, 1, 2, 3, 4, 5, 6 7

10-luq

0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9

16-lıq

0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F



İstənilən say sistemindən 10-luq say sisteminə keçid.
İstənilən say sistemindəki ədədi 10-luq say sisteminə çevirmək üçün əvvəlcə verilmiş ədədin rəqəmlərini axırdan əvvələ 0, 1, 2,... kimi nömrələyirik, daha sonra ədədin rəqəmlərini ədədin təsvir olunduğu say sisteminin əsasının üzərində öz yerinə vururuq.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin