Rübail bəyə ithaf edirəm.
Rübaildir
Göyçəmizin şərəfisən, şanısan,
Hər baharın ən parlaq bir anısan.
Tək Allahın vətənpərvər payısan,
Həsən oğlu Rübaildir deyirlər.
Tacir oğlu tacir olar dünyada,
Sənin adın sadə biri olsa da.
Şöhrətini uca tutdun o adda,
Həsən oğlu Rübaildir deyirlər.
Yayılıbdır şan-şöhrətin hər yana,
Az qalıbdır bütün Göyçə oyana.
Həsrətinə qalıbsan yana-yana,
Həsən oğlu Rübaildir deyirlər.
Üzündən, gözündən sənin nur yağır,
Ədəbin ağırdır, dağlardan ağır.
Gözlərin elə bil Göyçədən baxır,
Həsən oğlu Rübaildir deyirlər.
Sabir Binnət, könlün çaxmax çaxanda,
Göyçəni duy, Rübailə baxanda.
Telli sazı sinən üstə taxanda,
Həsən oğlu Rübaildir deyirlər.
Dostları ilə paylaş: |