13.05.2012, saat 01:55
Elə o an
Dərdli Göyçəm nə gündədir, biləydim,
Dərdlərimi onunla bir böləydim.
Gözüm daha heç arxada qalmazdı,
Elə o an, elə o dəm öləydim.
Bütöv qəlbi sənlə yarı bölməyə,
Sabir Binnət qucağına dönəydi.
Gecə-gündüz göz önündə görməyə,
Qucağında lampa kimi sönəydi.
18.05.2013
Doğma diyarıma
O vaxt gözüm doyar bütün dünyadan,
Ənşər-mənşər, kainatı yaradan.
Qurtarardı məni bu dərd-bəladan,
Doğma diyarıma dəfn edilsəydim.
02.09.2013.
Kəlbəcər şöhrətinə
Qonaga gəvədən süfrə səriblər,
Milləti düzlərə səpələniblər.
Vaxt olub düşmənə sinə gəriblər,
Dağıl, a Kəlbəcər, nə gündəsən sən?
Qeyrətli oğullar yanda qalıbdır,
Dünyanın özəyi çalxalanıbdır.
Hədəfi tuş bilən içdən alıbdır,
Dağıl, a Kəlbəcər, nə gündəsən sən?
Məkrlər baş tutdu sənin başında,
Dünyaya doy tutan ahıl yaşında.
Beyrəyin qılıncı Babək qaşında,
Dağıl, a Kəlbəcər, nə gündəsən sən?
Nemətin, sərvətin düşmənə qalıb,
Dadını əmənlər, yanda söz alıb.
Vallah, bu əmzikdən satanlar dadıb,
Dağıl, a Kəlbəcər nə gündəsən sən?
Sabir Binnət, büst söyləyər sözünü,
Göyçə gölü, İstisuyun düzünü.
Könlü deyər hər söhbətin düzünü,
Dağıl, a Kəlbəcər, nə gündəsən sən?
Dostları ilə paylaş: |