23.10.2014, saat 02:40
XANIMSIZ
Dünyada kişi üçün
Xanımsız heç nə yoxdur.
Hərgah nəsə olarsa,
O da onunçün çoxdur.
Baxışlar
Qəribə baxışın var,
Qəlb yaran o baxışlar.
Bal ləblərdən bir busə
Almağa icazəni
Verərmi o baxışlar?
22.11.2014, saat 17:45
* * *
Məni gözləyirsənsə ,
Bir zəng et, gəlim sənə.
İstəsən saf məhəbbət,
Bəxş eyləyim mən sənə.
23.11.2014, saat 16:25
Elə baxma
Baxışların ləzzət verib, can alır,
Elə baxma, canım, vallah, saralır.
Ürəyimdə ağrılar yetkinləşib,
O dünyaya getməyinə yer alır.
Deyim
Tək-tək qadın sözünə yanar olar,
Olarsa, o qadın qəhrəman olar.
26.11.2014, saat17:15
Niyə deyirdin
Arzu-diləyini, istəyi deyib,
Sən ki, susacaqdın, niyə deyirdin?
Bəlkə, sevməyini duyursan eyib,
Könül qırmağını niyə deyirdin?
26.11.2014, saat 02:15
Gəl etmə
Əminə Seyidovaya
Bəlkə, məni sənə rəva bilmədin?
Gəl etmə divanə məni, Əminə.
Özünü sən xoşbəxt hesab eylə ki,
Sabir Qurban səni sevə, Əminə.
26.11.2014, saat 17:45
Sehiri sən aç
Əminə Seyidovaya
Aya-ulduza dön, parla, işıq saç,
Taleyimə qonan sehiri sən aç.
Baxım sifətinə, əks etsin məni,
Ömrümə-günümə qoy gəlsin əlac.
Dostları ilə paylaş: |