Eksistensializm
Eksistensialistərin dünya haqqında fikirləri subyektiv xarakter daşıyır. Onlar düşünürlər ki, həqiqət xeyirxahlıqdır və nəyin doğru olduğunu yalnız insan özü müəyyən edir. Eksistensialistlər hesab edilər ki, dünya həqiqətdir, həqiqət isə insan məsələyə yanaşmasından asılıdır. Yəni hər insanın öz həqiqəti ola bilər. Onlar hesab edirlər ki, xeyirxahlıq azadlıqdan irəli gəlir.
Eksistensialistər hesab edirlər ki, məktəb şagirdlərə onların özlərinitanımağa və cəmiyyətdə öz yerlərini müəyyən etməyə köməklik göstərilən bir yerdir. Məktəbdə tədris olunan fənlər incəsənətin, etikanın, fəlsəfənin şərhlərini təmin etməlidir. Müəllim-şagird münasibətləri əsasən şagirdlərə fərdi təlim yollarında köməklik göstərməkdən ibarət olmalıdır. Məktəb mühitində baş verən dəyişiklik həm təbii, həm də mühüm hadisə kimi qəbul edilməlidir.
Məktəbdən kənar və fərdi şəkildə müəyyən edilmiş kurikulumun istifadə edilməsi
Azərbaycan təhsil sisteminə 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya daxil olmuşdur. Bu “Kurikulum” (İslahatın başlanğıcında “Kurrikulum” adlanırdı. Bu söz Azərbaycan dilinin ahəng qanunlarına uyğun gəlmədiyi üçün dilçilər bu termini “Kurikulum” kimi istifadə etməyi təklif ediblər) pedaqoji terminologiyası idi. Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə başlamışdır. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Kurikulumun əsasını təhlil, tərtib, tətbiq, və qiymətləndirmə təşkil edir.
Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir.
Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın, intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Belə bir zamanda Azərbaycan da müstəqillik əldə etmiş ölkələrdən biri kimi bütün sahələrdə, o cümlədən təhsildə islahatlar aparır. Müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev demişdir: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın".
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra - dövlət standartları) aşağıdakıları müəyyən edir:
ümumi təhsilin məzmununu;
ümumi təhsilin idarə olunmasını;
ümumi təhsilin maddi-texniki və tədris bazasını;
ümumi təhsilin infrastrukturunu;
ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;
ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.
Dostları ilə paylaş: |