Sinif-dərs sistemi ən geniş yayılmış təlim formasıdır. Bu sistemin əsas xüsusiyyətləri bunlardır:
eyni yaş dövrünə və hazırlıq səviyyəsinə aid şagirdlərin sabit tərkibi ;
hər bir sinifdə təlimin illik plan əsasında aparılması (planlı təlim);
təlim prosesi bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrin (dərslərin) ardıcıllıqla baş verməsi əsasında həyata keçirilir;
hər bir dərs müəyyən fənnə aiddir (monizm);
müəllimin aparıcı rolu;
şagirdlərin əmək və istirahətinin növbələşdirilməsi.
II Dərs və onun əlamətləri.
Dərsin əlamətləri bunlardır:
dərs müəllimin rəhbərliyi altında keçirilir;
dərs sinif şəraitində keçirilir;
dərsdə, məcburi məşğələ kimi, bütün sinif şagirdləri iştirak edir;
dərs sabit məşğələ cədvəli üzrə keçirilir.
Müasir cəmiyyətin pedaqogika elmi qarşısında qoyduğu tələblərin icrası təlimin təşkilat formalarının da təkmilləşdirilməsini zəruri edir. Təlimin əsas təşkilat forması kimi dərsin də müasirləşməsi, yeni texnologiyalara və inkişaf tərzinə uyğunlaşması günün tələbidir.
Dərsin müasir texnologiyasının üç qaydası vardır:
“dərs – həqiqətlərin açılması, həqiqətlərin axtarılması və həqiqətlərin dərk edilməsidir”. Müasir dərs sadəcə biliklərin verilməsi ilə məhdudlaşmır. Burada insan şəxsiyyətinin mənəvi aləmi zənginləşməli, dünyanı dərk edə bilmək, ona öz münasibətini ifadə edə bilmək, həyata şüurlu münasibət formalaşdırmaq lazımdır;
dərs uşaq həyatının bir hissəsi olduğundan bu həyatı yaşamaq yüksək bəşəri mədəniyyətin müşayiəti ilə baş verməlidir. 45 dəqiqəlik dərs həyatını təkcə şagird deyil, həm də müəllim yaşayır. Müasir mədəniyyətin daşıyıcısı kimi ona da yüksək iş şəraiti yaradılmalıdır. Bununla yanaşı, müəllim dərsi şagirdlərlə birgə yaşamağı bacarmalı, şagirdləri qorxu ilə deyil, həyati həqiqətlərlə öyrətməlidir;
“insan – həqiqəti dərketmə subyekti kimi və həyat subyekti kimi dərsdə həmişə ən ali dəyərdir”. Müəllim – şagird münasibətləri sistemində dəyişikliyi tələb edən humanist pedaqogika yeni pedaqoji təfəkkürün əsas elementi kimi şagird şəxsiyyətinə hörmət, inam, onunla əməkdaşlığı əsas götürür. Lakin müəllimin pedaqoji ustalığı olmadan dərsdə humanizmi təmin etmək mümkün deyildir.
Müasir dərs – həyatı humanistləşdirmək, insanı ən ali dəyər kimi qəbul etmək, öz fərdi inkişafını təmin etmək üçün maksimum azadlıq verməklə müşayiət olunan dərsdir.
Müasir dərs nəzəriyyəsində və təlim təcrübəsində dərsin di-daktik məqsədlərə görə bölgüsündən bir iş aləti kimi istifadə edirlər. Həm də bu zaman belə düzəliş verilir ki, “xalis şəkildə” (yalnız yeni məlumat verən, yaxud yalnız bilik, bacarıq və vərdişləri möhkəm-ləndirmək məqsədilə keçirilən) dərslərə nadir hallarda təsadüf edilir. Hər bir dərs didaktik məqsədlər kompleksini yerinə yetirir və bu za-man müxtəlif üsullardan istifadə olunur.
Dərs pedaqoji hadisə kimi struktura, quruluşa malikdir, lakin onun müəyyənləşdirilməsinə gəldikdə, bu, nisbətən mürəkkəb məsələdir. Hətta, “dərsin quruluşu pedaqogikada həll edilməmiş prob-lemlərdəndir,”- deyənlər də vardır .
Bütöv sistem olan dərsdə qarşılıqlı əlaqəyə malik xarici və daxili altstrukturlar mövcuddur. Onların fikrən fərqləndirilməsi idarəetmə prosesində məqsədəuyğun hal hesab olunmalıdır. Aktuallaş-dırma, yeni anlayış və fəaliyyət üsullarının formalaşması və mənim-sənilmiş biliklərin tətbiqi dərsin didaktik strukturunun komponentləridir.
Dərsin ümumi didaktik strukturu dərslərin təşkilinin ümumi təlimatı, alqoritmidir. Bu struktur dərsin metodik strukturun-da açılır və konkretləşir. Didaktik strukturun elementlərinin sayı dəyişməz olmasına baxmayaraq, metodik strukturun elementlərinin sayı dəyişən kəmiyyətdir. Bu, dərsin metodik strukturunun çox-variantlılığını şərtləndirir. Bütün fənlər, bütün tip və növ dərslər üçün vahid metodik struktur vermək qeyri-mümkündür, bu strukturu yalnız model şəklində təsəvvür etmək olar
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Kurs: I
Fənn: Pedaqogika
Mövzu: XII mövzu: DƏRSIN TIPLƏRI VƏ QURULUŞU
Ədəbiyyat siyahısı:
Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.
İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh
Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.
Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.
Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
Plan
Dərsin tipləri və quruluşu.
Dərsə verilən tələblər.
Müəllimin dərsə hazırlaşması.
Dostları ilə paylaş: |