Kurs I Ş İ Mövzu: “Françayzinq biznesin təşkilinin mütərəqqi forması kimi”


Azərbaycanda françayzinqin təşkilinin zəruriliyi və təkmilləşdirilməsi istiqamətləri



Yüklə 348,33 Kb.
səhifə16/19
tarix05.01.2022
ölçüsü348,33 Kb.
#111606
1   ...   11   12   13   14   15   16   17   18   19
Azərbaycanda françayzinqin təşkilinin zəruriliyi və təkmilləşdirilməsi istiqamətləri

Sovet ittifaqı dağıldıqdan sonra respublikamız “sosial yönümlü bazar iqtisadiyyatı”nı seçdi. Ölkə iqtisadiyyatındakı yeni fəaliyyətlər iqtisadiyyatın daha da inkişaf etməsinə, birgə müəssisələrin yaradılmasına, dünya bazarlarına yüksək rəqabət qabiliyyətli məhsulların çıxardılmasına yönəldildi. Bu zaman kommersiya əlaqələrinin qurulması məsələsi xüsusilə əhəmiyyətli hesab olunurdu. Həmin münasibətlərin yaradılması ilə yanaşı inkişaf etdirilməsi Azərbaycan xarici ticarət dövriyyəsinin də artmasına müsbət təsir göstərdi. Hal-hazırda respublikamız dünyanın 100-dən çox dövləti ilə iqtisadi ticarət əlaqələri vardır. Çox ölkənin bazar iqtisadiyyatında olması və bizim bu sistemə yenicə keçməyimiz keçid dövründə xarici ölkələrin təcrübəsindən istifadə etməyimizi zəruri hala çevirir. Beləliklə Azərbaycanda ilk françayzinq müəssisəsi Coca-Cola, Pepsi, Mc Donalds və s. olmuşdur.

Lakin son zamanlar françayzinqin ticarət hüququ və vergi xüsusiyyətlərinin praktiki bilikləri başa düşülmür. Belə ki, franşizverənlərin və onların tərəfdaşlarının bir çox balansları tam olmur. Balanslarda franşiz üzvlüklərinin əks etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Balansın tərtibində franşiz münasibətlərinin daxili sistemində franşiz üzvlükləri əks etdirən qaydaları göstərmək lazımdır. Bu zaman birdəfəlik və ya daxilolma ödənişlərini caridən fərqləndirmək lazımdır. Birdəfəlik ödənilmə edərkən kontraktın bağlanmasına qədər franşizverənin göstərdiyi birdəfəlik xidmətləri fərqləndirmək lazımdır. Digər tərəfdən franşizverənin gələcəkdəki xidmətlərinin birdəfəlik üzvlüklərlə tərafdaşın ödəməsinə diqqət verilməsidir. Kontraktın bağlanmasına qədər göstərilən xidmətlərə də nəzər yetirilməlidir. Franşizverəndən tərəfdaşa verilən qeyri-material əmlaklarının da ötürülməsi diqqət altında olmalıdır. əgər söhbət kontrakt bağlanana qədər birdəfəlik xidmətdən gedirsə, onda bu halda pulun götürülməsi franşizverəndəki, xərclərin tərəfdaşda əks etdirilməsidir. İnteqrasiya proseslərinin genişləndiyi və dərinləşdiyi bir şəraitdə istehsalda quruluş dəyişikliyinin aparılması, ixracatın xammal yönümlü formadan hazır məhsul yönümlü formaya keçirilməyə çalışılması, iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması milli iqtisadiyyatın formalaşdırılmasının bir amilidir. Həmin amillər içərisində ən vacib yerlərdən birini ölkədə franşizlərin çoxaldılması, başqa sözlə françayzer müqaviləsi ilə fəaliyyət göstərən firmaların sayının artırılması tutur. Çünki françayzi daxili, françayzer isə xarici investor olarsa onda əldə edilən gəlir ölkənin ÜDM-nin formalaşmasında, ölkəyə dolayı yolla kapital axınına səbəb olur. Respublikamızda ilk françayzinq şirkəti 1996-cı ildə Azərbaycan bazarına daxil olmuş “Coca-Cola Co. Ltd.” olmuşdur. Alkoqolsuz içkilər sahəsində fəaliyyət göstərən bu şirkət Azərbaycan tələbatını ödəmiş, hətta yaxın ölkələr olan Gürcüstan, Orta Asiya ölkələrinə ixracı həyata keçirmişdir. Dövriyyəsinin həcminin yüksək olması həmin dövrdə bir şirkətin Azərbaycan respublikasının ÜDM-nin formalaşmasında payının çox olmasına gətirib çıxarmışdır.

Bir il sonra Azərbaycan bazarına geniş françayzinq şəbəkəsinə malik olan daha bir şirkət “Pepsi Co. Ltd.” daxil olur. Daha sonra 6 noyabr 1999-cu ildə dünyanın ən böyük françayzinq şəbəkəsinə malik olan “Mc Donald’s” azərbaycan bazarında fəaliyyətə başlayır. Sürətli qidalanma sahəsində fəaliyyət göstərən müəssisənin, yəni Mc Donalds restoranları şəbəkəsinin franşizinin alınmasına 20 mln. dollara yaxın maliyyə vəsaiti sərf edilmişdir. Bu kimi investisiyalardan sonra artiq Days Inn, Ramstore və s. kimi françayzerlər Azərbaycanda yeni filiallarının açılmasına icazə verdi.

Françayzinqin ölkəmizdə təşkili bir sıra müsbət nəticələrə gətirib çıxarır ki, bunlar:



  • ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sürətlənər

  • əhalinin sahibkarlıq meyli vərdişləri səviyyəsi yüksəldilə bilər

  • bazar rəqabəti güclənər

  • əhalinin məşğulluq səviyyəsi yüksələr

  • yeni sahibkarlıq istiqaməti olan “himayədarlıq sahibkarlığı” inkişaf etdirilə bilər.

Bunun üçün isə bir sıra tədbirlərin görülməsi şərt olmuşdur. Bunlardan ən vacibləri aşağıdakılardan ibarətdir:

  1. Respublikada françayzinq haqqında qanun qəbul edilməli

  2. Françayzinq ittifaqları, assosiasiyaları və fondları yaradlmalıdır

  3. Françayzinq üzrə əhalinin maarifləndirilməsi üçün tədbirlər işlənib hazırlanmalıdır.

Son illərdə illik gəliri 1.3 mlrd. dollar olan “Orifelym” kosmetika sahəsində fəaliyyət göstərən İsveç şirkəti, Yaponiyanın “Kodak”, “Foto Fuji” və s. kimi geniş françayzinq sisteminə malik olan şirkətləri Azərbaycan bazarında fəaliyyət göstərirlər.

Azərbaycan Françayzinq Assosiasiyasını françayzinq seçərkən 4 əsas diqqət yetirilməli nöqtəni müəyyənləşdirmişdir :



  1. Bu işi real olaraq istəyirsinizmi- bu işə yalnız investisiya qoyuluşu kimi baxılmamalı, bu işin sizə uyğun olub-olmaması nəzərdən keçirilməli.

  2. İşdən gözlədiyiniz tələblər nələdrir

  3. Françayzer lazımı səviyyədə tanınmış markadırmı

  4. Yaxşı bir öyrətmə strategiyası varmı- yəni bu sistemə qoşularkən mənə tətbiq etmək üçün öyrədəcəyi nələr olacaqdır.

Qeyd edim ki, 31 yanvar 2007-ci ildə Azərbaycan Françayzinq Assosiasiyası yaradılmışdır. Fəaliyyət istiqaməti, öz üzvlərinin maraqlarının qorunması, françayzinqin Azərbaycan Respublikasında geniş yayılması, françayzinq sahəsində maariflənmə işlərinin aparılmasından ibarətdir. Eyni zamanda AFA françayzinqin Azərbaycanda populyarlaşdırılması ilə məşğul olur, üzvləri arasında biznesin etik aparılma standartlarını müəyyənləşdirir və təsdiq edir. Azərbaycanda françayzinq sistemləri üzrə zəruri verilənləri toplayır və emal edir. Bununla yanaşı assosiasiyanın vəzifələrinə xüsusi olaraq françayzinq məsələlərinə istiqamətləndirilmiş təhsil proqramlarını, seminarları və sərgiləri əlaqələndirir və təklif edir. AFA-sı françayzinq haqqında biznes iştirakçılarını birləşdirən seminarlar, dəyirmi masalar, konfranslar, sərgilər təşkil edir. Assosiasiya həmçinin françayzinq sahəsində hüquqi təşəbbüsləri dəstəkləmək və françayzinqin dəstəklənməsi üçün dövlət proqramlarına rəvac vermək niyyətindədir. Assosiasiya beynəlxalq françayzinq etik məcəlləsinin bazası əsasında yaradılıb. AFA françayzinq haqqında informasiyaya buraxılışı təmin edib, bu sənayedə işləyən adamlarla tanış olmaq niyyətindədir. Assosiasiya həmçinin ilkin tədqiqatın yerinə yetirilməsində, şirkətin strukturunun formalaşdırılmasında, hüquqi məsələlərin aydınlaşdırılmasında, bazarın öyrənilməsində və franşizanın maliyyələşdirilməsində sahibkarlara yardım edəcək. O həm də beynəlxalq françayzinq sahəsində baş verən mühüm hadisələr haqqında informasiyanı yerli sahibkarlara və françayzilərə təqdim etmək ixtiyarındadır.



Yüklə 348,33 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin