4. Beynəlxalq təcrübədə françayzinq
Beynəlxalq təcrübədə françayzinqin yaranması və inkişafı 3 mərhələdə birləşdirilir:
Yüzilliyin əvvəli (1-ci dünya müharibəsindən sonrakı illər). Buna səbəb ticarət markalarının qızğın sürətdə inkişaf etməsidir. Bundan başqa maşınqayırma, neft biznesi, alkoqolsuz içkilər istehsalı sferasında işləyən şirkətlərin həcminin artması və məhdud maliyyə və istehsal resurslarının olması, digər sahibkarlar tərəfindən françayzinq müqavilələrinin bağlanmasına səbəb olmuş və beləliklə françayzinqin ilkin inkişaf və təkamülü baş vermişdir.
İkinci dünya müharibəsindən sonrakı illər. Buna səbəb məhsullara və xidmətlərə tələbin artması olmuşdur. Biznes format françayzinqi ərzaq məhsulları sənayesində, turizm və mehmanxana biznesində ideal inkişaf modeli olmuşdur. Bu mərhələ xidmət sahəsində françayzinqin yaranması ilə fərqlənir.
Sonuncu mərhələ hal-hazırda iş adamlarının gözü qarşısında baş verir və verməkdədir. Bir çox şirkətlər françayzinqdə innovasiya konsepsiyasının xeyrinə distribyutor şirkətlərinin köməyilə əmtəə satışının ənənəvi üsullarından imtina edirlər.
Əsrin sonlarında istehsal françayzinqindən alkoqolsuz içkilər istehsalçıları istifadə etməyə başladılar. Onlar hazır məhsulların nəql edilməsi xərclərindən imtina etməklə özlərinin patentləşdirilmiş siroplarını və onların hazırlanması texnologiyalarını birgə satmağa üstünlük verdilər. Həmin illərdə butulkalara içkilərin tökülməsi təcrübəsi təzəcə başlayırdı və təcrübəsizlik problemi aktual məsələlərdən idi. İstehsalçılar zəruri istehsal sahələrinin tikintisinə vəsait qoymağa çəkinirdilər. Belə olduğu halda onlar franşiza alanlara risk etmək imkanları təqdim edirdilər. 1899-cu ildə təşəbbüsü Coca-Cola almış, əsrin əvvəllərində buna nümunə olaraq Pepsi, Dr.Pepper və Royal Crown onun davamçıları olmuşdur. Amma tökülmənin yeni forması çox tez mənimsənildi. Françayzer və françayz arasında daimi xarakterli münasibətin yaradılması son dərəcə vacibdir. Bu françayzinqi ixtisaslaşdırılmış həllər tərtib edilən geniş dairəli məsələlərlə görə tam müdafiəsini təmin edir. Nəticədə françayzlar bir sıra üstünlüklər əldə edirlər:
Sahibkarda əsas və ixtisaslaşdırılmış bilikərin olmaması françayzerin keçirdiyi təhsil proqramının hesabına aradan götürülür. Bununla yanaşı françayzlar yüksək keyfiyyətli standartlar üzrə işləmək vərdişlərini əldə edirlər.
Françayzlar öz müəssisələrinin sahibləri sayılırlar. Eyni zamanda onlar baş təşkilatın xidmətlərindən dain istifadə edə və müdafiə oluna bilərlər.
Artıq istehlakçının qəbul etdiyi addan və təqdimatdan istifadə edə bilərlər.
Françayzinq sistemində müəssisənin yaradılmasına müstəqil analoji biznesin açılışı ilə müqayisədə az vəsait tələb olunur. Belə ki, françayzer yığılan təcrübədən istifadə etməklə lazımsız məsrəfləri aradan qaldırır. Bundan başqa françayzer kredit resurslarının əldə olunmasına köməklik göstərə bilər.
Françayzerin keçirdiyi genişmiqyaslı reklam tədbirlərinin nəticələrindən müəyyən ödənişə görə istifadə etmək imkanlarının olması
Françayzerin imkanlarına və onun bütün tədarük, təchizat, danışıqların aparılması sahəsində şəbəkələrinə mənsub olması.
Françayzerin elmi işləmələrinin nəticələrindən və marketinq təqdiqatlarından istifadə etmək imkanlarının olması.
Bununla yanaşı françayzerin də bu qarşılıqlı münasibətlər zamanı əldə etdiyi üstünlüklər olur və bu yalnız mənfəətin artırılmasından ibarət deyil. Françayzer françayzinq sistemi yaradarkən bir sıra əlavə faydalar qazanır. Bunlar :
1. Satış bazarının sürətlə genişləndirilməsi
2. Heyətə çox olmayan məsrəflər
3. Xüsusi kapital qoyuluşunun səviyyəsinin aşağı olması
4. Sürətləndirilmiş templərlə regional və vilayət miqyaslı sistemlərin işlənib hazırlanması
5. Firmanın ticarət markasının müştərilər tərəfindən qəbul edilməsinin genişləndirilməsi, keyfiyyətə və həmin müəssisənin vahid çeşidli məhsuluna inamın artması.
Artıq 20-ci illərdə ABŞ-da françayzinq ideyası biznesin aparılması forması kimi topdansatış-pərakəndə ticarətçi münasibətləri tərəfə meyl etmişdir. Bu zaman topdansatan müəssisələr, azlıq təşkil edən pərakəndə satış müəssisələrinə çoxsaylı güzəştlərdən əlavə fayda götümək imkanı da verdi. Həmin dövrdə firmanın ticarət markasından istifadə etmək imkanı da yaradıldı. Lakin bu zaman həmin təşkilatlar öz müstəqilliklərini saxlayırdılar. Böyük Britaniyada belə tip françayzinq bakkal dükanlarında tətbiq edilirdi.
1930-cu ildə ildə ABŞ-da iqtisadi böhran baş verdi və bu böhrandan çıxış üçün 4 il lazım oldu və müəssisələr ancaq 30-cu illərin axırlarında öz əvvəlki iqtisadi gücünə çata bildilər. Zərər çəkmiş sahələr arasında aparıcı yeri neft sektoru dururdu. Çünki sənaye yenicə inkişaf edir, yerlərdə neft çıxarılırvə demək olar ki, sənaye bütünlükdə neftdən asılı vəziyyətə idi. Eyni zamanda müəssisələrin bu sahədə geniş təcrübələri yox idi. Böhrandan sonra neft emalı müəssisələri françayzinq vahidləri kimi öz doldurma stansiyalarının idarəedilməsi sisteminə keçdilər. Yanacaq doldurma kolonkalarını françayza icarəyə verməklə renta əldə etdilər və şirkətlərin imicinin populyarlaşdırılması imkanlarını əldə etdilər. Bu zaman françayzerlər yerli şirkətlərə uyğun qiymətləri müəyyən edə bilirdilər. Beləliklə 30-cu illərin axırında maşın yanacağının satış səviyyəsi artdı və buna uyğun olaraq mənfəət də çoxaldı. Bu təcrübədən sonra sonra şirkətlər françayzinqə əmtəə və xidmətlərin səmərəli bölüşdürülməsi metodu kimi baxmağa başladılar.
1946-cı ildə ABŞ-da əmtəə nişanları haqqında qəbul edilən qanun françayzinqin sürətli inkişafına səbəb oldu. Sahibkarlar artıq digər iş adamlarına öz əmtəə nişanlarından hərtərəfli nəzarət altında istifadə etmək hüququ verməklə əlavə mənfəət götürürdülər. Qanunun müdafiə edilməsi sahibkarlara böyük olmayan əlavə xərclərlə öz bizneslərinin sərhədlərini genişləndirməyə imkan yaratdı. ABŞ-ın müstəqil biznesinin Milli Federasiyasının (Natioanl Federation of İndependent Business) məlumatlarına görə ölkənin 1988-ci ildə 19 mln. müəssisəsinin təxminən 10% hər hansı franşiz sazişi əsasında fəaliyyət göstərmişlər. Elə həmin ildə françayzinq bütün pərakəndə ticatər satışının 34%-ni əhatə edirdi. 1972-ci ildən başlayaraq bütün tip franşizlərə, pərakəndə ticarətdə, istehsalda, topdansatış müəssisələrində və xidmət sfrasında satışdan götürülən pul 1988-ci ildə 144 mlrd. Dollardan 640 mlrd. Dollara qədər artmışdır.
1977-ci ildə yaradılmış Böyük Britaniya Françayzinq Assosiasiyasına görə franşiza bir şəxsin (françayzerin) digər şəxsə (françayza) verdiyi nəzarət lisenziyadır. Belə bir lisenziya aşağıdakılara imkan yaradır:
1. Françayza müəyyən dövrdə bizneslə məşğul olmaq öhdəliyi verir. Bu zaman françayzerə mənsub olan spesifik addan istifadə edilir.
2. Bütün franşiz müqaviləsi ərzində, franşizin predmeti sayılan biznesin həyata keçirilməsinin keyfiyyətinə françayzer tərəfindən nəzarətin aparılması hüququ verir.
3. Franşizin aktiv olduğu halda françayzer tərəfindən müəssisənin təşkilinə kömək, heyətin öyrədilməsi, satışın idarəedilməsi və s. kimi köməklik öhdəlikləri verilir.
4. Bütün franşiz dövründə müntəzəm olaraq françayza françayzerə müəyyən pul məbləğlərinin ödənilməsi öhdəliklərini verir. Bu ödəmələr françayzerin françayza təqdim etdiyi əmtəələrə, xidmətlərə və s. görə də həyata keçirilir.
5. Holdinq və onun törəmə şirkətləri arasında yaxud fərdi şəxslər və onların nəzarət etdiyi kompaniyalar arasında adi saziş deyildir.
Müasir dövrdə biznesi françayzinqsiz təsəvvür etmək mümkün deyil. Bunun üstünlüyü onun daha da çox yayılmasına səbəb olur. Son vaxtlara qədər françayzinq sözü “Mc Donald’s” və “Venduz” tipli sürətli qida hazırlamaqla ictimai iaşə müəssisələrinin sinonimi olmuşdur. Lakin indi françayzinqin bir çox sahələrə nüfuz etmişdir. Elə bir əmtəə və yaxud xidmət yoxdur ki, onlara franşiz təqdim edilməmiş olsun.
Ekspertlər hələ dəqiq bilmirlər ki, dünyada nə qədər françayzinq sistemi mövcuddur. Dəqiq yalnız odur ki, onların sayı daha da çoxalır. Təkcə Almaniyada Alman Françayzinq İttifaqından keçən üzvlərin sayı 2006-cı ildə 400-dən çox olmuşdur. Özünə təfədaş axtaran müəssisələrin sayı isə 750-dən çox olmuşdur. Almaniyada françayzinq sisteminin inkişafında motivləşdirmə mexanizminin tədqiq edilməsi böyük əhəmiyyət kəsb edir. Tərəfdaşda yüksək motiv yaradılır və beləliklə françayzinq yüksək vüsət almış olur. Buna beynəlxalq təcrübədə “faydalanmaq naminə tərəfdaşlıq deyilir.” Alman Françayzinq İttifaqı öz təqdiqatlarında ilk dəfə nəşr edirdi ki, françayzinqdə adətən hansı üzvlüklər və investisiyalar istifadə edilsin. Saziş bağlamazdan əvvəl yaxud sonra göstərilən xidmətlər birdəfəlik üzvlük formasında kompensasiya olunur. Daimi göstərilən xidmətlər isə cari üzvlüklərlə ödənməlidir. Xüsusi hallarda franşizverən franşiz üzvlüyü ödənişindən imtina edir və məhsul kalkulyasiya edilərkən bunun əvəzinə dolayı vergi müəyyənləşdirilir.
Saziş bağlanılarkən birdəfəlik yaxud daxil olmaq üzvlüyü razılaşdırılır ki, bunlara da aşağıdakı xidmətlər daxildir:
Firma markasından istifadə edilə bilinməsi
Ofisin təşkil edilməsinə görə franşizverənin xidmətlər göstərməsi
Ofis avadanlığının və predmetlərinin təqdim olunması
Sitemin planlaşdırılmasına və işlənməsinə yüksək xərclərdə franşizaların iştirakı
Franşizverənin sisteminə qoşulmağın hesabına rəqabətdə üstünlük
Cari franşiz üzvlükləri mütəmadi alınması
Əraziyə görə müdafiə hüququ
Nou-haunun təqdim olunması
Sorğu rəhbərliyinin tərtib edilməsi
Almaniyanın françayzinq haqqında qanununa əsasən françayzinq ödənişi ayda bir dəfə olmaqla həyata keçirilir. Ödənişlər əsasən cari xərclər kimi götürülür. Daha uzun müddətli isə tərfələrin razılığı əsasında müqavilə şərlərində əks olunur. Bu xərclərə reklam aksiyaları, ictimaiyyətlə əlaqə (PR), bazrın təhlili, məlumat materiallarının tərtibi, öyrədilmə, müəssisənin fəaliyyəti və uğuru haqqında təqdiqatların aparılması xərcləri daxildir.
Almaniyada françayzinqin inkişafında yatırılan investisiyalar da əsaslı rol oynayır. İttifaqın araşdırmalarına görə Almaniyada bu sahədə investisiyaya tələbat maksimum 300000 DM təşkil edir. Daha yüksək məbləğ əldə edən sahibkarlar bir sözlə geniş ərazi üzrə fəaliyyəti göz qabağına gətirir. Bu zaman françayzinq master françayzinqə çevrilir. Master françayzinq – lokal nöqtə deyil, böyük bir ərazini, bir qayda olaraq ölkəni əhatə edir. Master françayzinq əsasən xaricdən yeni ideyaların alınmasının lehinədir. Amma hazırda Almaniyada ideyaların adaptasiyası bir sıra qəbul edilməyən fəaliyyətlərdən sayılır. Buna görə də, mater françayzinq nisbətən ləng inkişaf edir.
Rusiyada ilk françayzinq firması 1990-cı ildə Tolyattidə yaranmışdır. Birbaşa françayzinqlə 1993-cü ildə françayzinqlə “Doka” firması məşğul olmuşdur. Nəticədə bu firma beynəlxal françayzinq assosiasiyasının üzvü olmuşdur. Bu illərdə Peterburgerlər, Ruskaya Trapeza, Zolotoy Sıplyonok və s. kimi müəssisələr françayzinq formalı fəaliyyətə başladılar. Amma françayzinq üzrə ixtisaslı kadrların olmaması, ətraflı məlumat əldə edilə bilməməsi bu şirkətlərin çoxunun fəaliyyətini yalnız ekperiment mərhələsi ilə məhdudlaşdırdı. Daha sonra françayzinqin inkişafı buraya iri françayzinq firmalarının gəlməsi oldu. Bu zaman Rusiya françayzinq haqqında qanun yaradıldı, rəhbərlər üçün seminarlar təşkil edildi. Son nəticədə Rusiya Françayzinq Assosiasiyasının yaradıldı. 2005-ci il statistikasına görə Rusiyada françayzinq əsasında fəaliyyət götərərn müəssisələrin sayı 200-dən çoxdur. 1996-cı ildə rus sahibkar ictimaiyyətinin françayzinqə olan marağı ilə əlaqədar olaraq Rusiya Françayzinq İnkişaf Assosiasiyası federal ictimai təşkilatı yarandı.
Hazırda françayzinqin yüksək sürətlə yayıldığı və inkişaf etdiyi ölkələrdə ekspertlər, qlobal bazarlarda sürətlə xidmət edən böyük ticarət və servis şəbəkələri yaratmaq üçün əlverişli olduğu üçün françayzinqin daha da genişlənəcəyindən əmindirlər. Francayzinq şəbəkəsi bütün ölkələri əhatə edib və hazırkı göstəricilərə görə onların gəliri və dövriyyəsinin həcmi milyard dollarla ölçülür. Dünya üzre ən geniş şəbəkəyə və gəlire sahib ilk 10 françayer müəssisə aşagidaki sxemdə ghöstərmək olar.
Adlari
|
Fəaliyyət istiqamətləri
|
Franşize dəyəri
|
1. Hampton Hotels
|
Mid-priced hotels
|
$1,786,929 - $7,596,688
|
2. Ampm
|
Convenience store & gas station
|
$1,057,200 - $1,885,000
|
3. McDonald's
|
Hamburgers, chicken, salads (Fast food)
|
$1,057,200 - $1,885,000
|
4. 7-Eleven Inc
|
Convenience store
|
$30,800 - $604,500
|
5. Supercuts
|
Hair salon
|
$112,550 - $243,200
|
6. Days Inn
|
Hotels
|
$192,291 - $6,479,764
|
7. Vanguard Cleaning Systems
|
Commercial cleaning
|
$8,200 - $38,100
|
8. Sverpro
|
Insurance/disaster restoration & cleaning
|
$127,300 - $174,700
|
9. Subway
|
Submarine sandwiches & salads
|
$84,300 - $258,300
|
10. Denny's Inc.
|
Full-service family restaurant
|
$1,125,609 - $2,396,419
|
Dostları ilə paylaş: |