Bu müqavilə üzrə mübahisələr qüvvədə olan qanunvericiliklə həll edilir:
Bu zaman yaranmış problem həll olunarkən mövcud qanunvericilik əsas götürülür. Yox əgər müqavilə tərəfləri ayrı-ayrı ölkə nümayəndələri olarsa onda bu əvvəlcədən müqavilədə göstərilir. Amma təcrübədə bu kimi problemlər hər iki ölkə qanunvericiliyinin ortaq nöqtəsinin tapılması yolu ilə həll edilir.
Tərəflərin hüquqi ünvanı və rekvizitləri:
Bu müqavilənin ən sonunda yer alır. İki hissəyə bölünür, françayz verən və françayz alan haqqında 5 əsas kriteriya qeyd olunur.
1) Tərəflərin adı, soyadı və ata adı
2) Tərəflərin ünvanı
3) Tərəflərin bank rekvizitləri
4) Tərəflərin telefon nömrəsi və faks nömrəsi
5) Françayz verən və françayz alanın hər ikisinin imzası
Makro səviyyədə əsasən ölkə qanunları ilə tənzmlənir.Beləliklə françayzinq ilk növbədə “Xarici investisiyaların qorunması və tənzmlənməsi” haqda qanunla tənzmlənir. İkinci olaraq hər bir ölkənin qanunvericilik bazasına daxil olan “Əqli mülikyyət hüuqunun qorunması” qanunu françayzinqi öz tərkibinə alır. Çünki françayzinq məhz əqli mülkiyyətin törəməsidir.
Azərbaycanda françayzinqin hüquqi tənzmlənməsi bu haqda qəbul edilmiş qanunla həyata keçirilir. Belə ki, françayzinqin hüquqi tənzmlənməsi, “Mülki məcəllənin” 35-ci fəsli, maddə 723-731-də öz əksini tapır.
Dostları ilə paylaş: |