P.3. İnsert metodu. Şagirdlər müstəqil mütaliəyə başladıqda oxuduqlarını qeydə almaq üçün bu priyomdan istifadə edirlər. Bu priyomun dəyəri ondadır ki, şagirdə öz qavrayışını, biliyini yoxlamağa imkan verir.
Hər hansı əsər oxunduqdan sonra şagird özünün həmin sahədəki hazırlığını yada salır, nələri əvvəllər öyrəndiyini, nələri hələ bilmədiyini müəyyən edir, nələrin yeni olması, nələrin anlaşılmaması, gələçəkdə üzərində təkararən dayanmalı olması haqqında düşünür və hər birini müvafiq işarə ilə qeyd edir. Bu baxımdan insert BİBÖ=yə oxşayır. Təsadüfi deyil ki, bəzi müəllimlər onları eyniləşdirirlər. İnsert BİBÖ-dən nə ilə fərqlənir? Şagird insertdə mətnə münasibətini 4 işarı ilə bildirir:
Mətndə əvvəllər öyrəndiyi hər hansı məlumatı təsdiq edən məlumata rast gəldikdə “+” işarəsi qoyur.
Yeni oxuduğu əvvəllər öyrəndiyini rədd edirsə, bildkiləri ilə ziddiyyət təşkil edirsə, “-” işarəsi qoyur.
Oxu prosesində yeni məlumat alırsa, “!” işarəsi qoyur.
Oxunan mətndə səthiliyə, dolaşıqlığa, qeyri-dəqiqliyə rast gəldikdə əlavə mənbələrdən bilik əldə etməyə ehtiyac olarsa, “?” işarəsi qoyur.
P.4. Bu priyom mövzu ilə əlaqədar sinifdə şagirdlərin sərbəst fikir mübadiləsinə yer vermək dərsi intensivləşdirir. İşgüzar səs-küy dərsdə hər hansı danışıqdan, şagirdlərin intizamsızılığından, özbaşınalığından fərqlənir. İşgüzar səs-küy ənənəvi təlim prosesində tələb olunan sakit əyləşmək, kitabı “ürəyində oxumaq”, müəlimin müraciəti ilə əl qaldırıb cavab vermək, icazəsiz yerindən qalxmamaq və s. qaydalara alternativdir. Bir sual, dərsdən oxunmuş bir epizod, müəllimin qoyduğu sualla əlaqədar yerdən münasibətin bildirilməsi zəif, utancaq uşaqların da fəallaşdırılmasına təkan verir. Müəllimin uzunmüddətli şifahi şərhindən sonra sinif 3-4 nəfərdən ibarət qruplara ayrılır. Müəllimin danışdıqları müzakirə olunur. Sonra nəticələrə əsasən fikir mübadiləsi aparılır. Elə bu müzakirə, kollektiv nəticəyə gəlmək hec cür səs-küysüz kecinə bilməz. Qrupdaxili mübahisələrin səsi sinfə yayılır, bir-birinə qarışır. Bu səs-küy elə bir mənzərə yaradır ki, diqqətlə dinləyən müəllim sinfi sakitləşdirmək istəmir, cünki bu səs-küy işgüzar şəraitin nəticəsidir. İşgüzar səs-küy həmişə qruplarda fəaliyyətin deyil, bəzən sinif kollektivinin birgə işinin nəticəsi olur. Sinifdə bir mövzu əsasında fikir mübadiləsi, vətənə, müəyyən bayrama həsr olunmuş albomun tərtibi, kolleksiyanın hazırlanması prosesində işgüzar səs-küy alınır. Belə hallarda yersiz səs-küyə, lazımsız qışqırığa yol verməyən məhz işgüzar, öyrənməyə, dəqiqləşdirməyə, fikrini sübut etməyə çalışan səs-küyün hökm sürməsi müəllimdən xüsusi bacarıq tələb edir. Amirlikdən yaxa qurtarmaq, dərsdə uşaqların hər bir anını maraqlı və məzmunlu etmək, öyrəndiklərinin gərəkliliyini, lazımlılığını onlara anlatmaq son dərəcə vacibdir.
Dostları ilə paylaş: |