P.4. Təlim metodunun seçilməsi-- Təlimin normal təşkili çox vaxt onun metodlarının düzgün seçilməsindən asılı olur. Təlimin prosesini mükəmməl bilən metodistlər dərsdə əyləşərkən çoxlu, həm də hər dəfə yeni -yeni metod və priyomlarla qarşılaşirlar. Onların diqqətini hər dəfə müəllim və şagirdlərin müxtəlif təlim fəaliyyətləri cəlb edir. M.N.Skatkin vaxtilə yüzdən artıq metod və priyomun mövcud olduğunu bildirmişdir.
Müəllimin pedoqoji hazırlığı, dərsliklərin keyfiyyəti, şagirdlərin təlim marağı, yüklənib-yüklənməmələri, bütövlükdə təlimin keyfiyyəti məhz metodun seçilməsindən, ondan necə istifadə edilmıəsindən asılı olur.Təlim metodu seçərkən didaktikanın belə bir müdəasını əsas göturmək lazımdır ki, universal metod yoxdur. Metod seçərkən tədris edilən materialın mahiyyəti başlıca faktordur. Metodun seçilməsi didaktikanın təlimedici, tərbiyələndirici və inkişafetdirici funksiyalarından asılıdır. Şagirdlərin psixoloji və yaş xüsusiyyətlərini, müəllimin şəxsi və peşə keyfiyyəti, tədris vaxtının limiti, tədris tərbiyə prosesinin təşkili forması, təlimin maddi bazası onu şərtləndirir.
Metodun seçilməsi bir sıra faktorlarla bağlıdır. Şagirdlərin yaradıcı axtarışlarla meyli ilə müəllimlərin hazır biliklər vermələri arasında ziddiyətin özünü göstərdiyi indiki şəraitdə daha cox interaktiv metodlara istinad olunmalidir. Fikrimizcə, yeri gəldikdə ənənəvi və yeni metodları bacarıqla birləşdirmək və onlardan özünü doğruldan şəkildə istifadə etmək ən düzgün yoldur. Birtərəflik mənfi nəticəyə səbəb ola bilər.
Metod şagirdlərdə problem məsələləri həll etməyə tələbat oyatmalı, onlara fikirləşməyi öyrətməlidir. Metod seçərkən müəllim şagirdlərin yaşının,orqanizminin anatomik-fizioloji xüsusiyyətlərini, iş qabiliyyətlərini yorğunluq dərəcəsini, əsəb, əzələ sisteminin xüsusiyyətlərini nəzərə almalıdır. Metod seçərkən aşğıdakı tələblərin nəzərə alınması zəruridir: İstiqamətlilik (tərbiyəyönümlülük, şəxsiyyətyönümlülük), elmilik, müvafiqlik (müyəssərlik, uyğunluq), yeni materialın məlum materiallarla əlaqələndirilməsi, nəticəyönümlülük, müntəzəm tətbiq etmə imkanının olması.
Məktəblilərin təlim metodları və priyomlarını seçmələri də mühüm məsələdir. Yaxşı müəllimlərdə əqli fəaliyyət priyomlarının kortəbii şəkildə formalaşması nəticəsində şagirdlərin müəyyən faizinin bu priyomları tədris fəaliyyətində tətbiq etdikləri məlum olmuşdur. O da məlum olmuşdurki, şagirdlərin bir qismi təhlil etməyi, başlıcanın ayrılması, müqayisə olunmasi, ümumiləşdirilmə aparılması, sübutetmə və s. Tələb edən tapşırıqları yerinə yetirməyi bacarırlar. Deməli, şagirdlərə təlim metodları və priyomlarını seçməyi öyrətmək çox zəruridir.
Məktəblinin təfəkkürünün formalaşması və təlim metodlarının optimallaşdırılması qarşılıqlı əlaqədədir. Bu gün təlimdə müvəffəqiyyət müəllimin təlim metodlarından nə dərəcədə səmərəli istifadə etməsindən asılıdır. Səmərəli metodların müxtəlif pedoqoji situasiyalarda kompleks şəkildə tətbiqi şagirdlərin məntiqi təfəkkürünün formalaşması problemlerini həll etməyə imkan verir.
Dostları ilə paylaş: |