Xarakterin quruluşu.
Xarakterin quruluşunda əsasən 2 əlamət ayrılır. Bunlardan biri tipik, digəri isə fərdi əlamətlərdir.
Tipik əlamətlər-insanın yaşadığı makromühitin (ölkənin, milli dəyərlərin, konkret coğrafi şəraitin və s.) təsiri nəticəsində əmələ gəlir. Məs: Azərbaycanlıların milli xarakter əlmətləri, Azərbaycanın dağlıq bölgəsində yaşayanların xarakterəlamətləri, aran bölgəsində yaşayan xarakter əlmətləri.
Fərdi əlamətlər-isə insanın yaşadığı mikromühit ilə (ailə, məhəllə, məktəb, uşaq bağçası və s.) bağlı formalaşır. Xarakterin həm tipik, həm də fərdi əlamətləri bir-birilə bağlı vəhdətdədir.
Bunların qarşılıqlı əlaqədə təhlili baxımından xarakterin quruluşunu müəyyən etmək lazımdır. Ümumiyyətlə məlum məsələdir ki, hər kəsin özünəməxsus xarakter əlamətləri vardır. Məs: bir çox hallarda hər hansı adamın xarakterində kobudluq, qəddarlıq və s. olduğu halda başqalarında müşahidə olunmur.
İnsanların xarakterinin quruluşu dedikdə, onların xarakterində müəyyən əlamətlərin nə dərəcədə mövcud olması başa düşülür. Məs: 2 adam təsəvvür edək bunların birinin xarakterində məsuliyyətlilik I yerdə, əməksevərlik II yerdə, səliqəlilik III yerdə və s. II adamın xarakterində isə I yerdə kollektivçilik, II yerdə təvazökarlıq, III yerdə nəzakətlilik və s. durur. Deməli, I adamın xarakterində kollektivçilik, təvazökarlıq, V, VII və VIII yerlərdə olduğu halda həmin əlamətlər II adamın xarakterində I, II və III yerdədir. Deməli ayrı-ayrı adamların xarakterində biruzə verən əlamətlərin ranq dözümü (sırası) eyni olmur, bu xarakterin quruluşuna işarədir. Xarakterin strukturunu səciyyələndirən xassələr 3 qrupa bölünür.
Xarakterin dərinliyi-yəni hər hansı bir əlamətin nə dərəcədə təzahür etməsi.
Xarakterin qüvətliliyi-zəif və möhkəm xarakterli adamlar. Hansı şəraitdə olur olsun xarakterini dəyişmir.
Xarakterin plastikliyi-yəni xarakterin şəraitdən asılı olaraq dəyişməsi.
Dostları ilə paylaş: |