5.Psixoloji xidmət zamanı istifadə olunan müasir metadlar: a) anket-sorğu; b) sosimetriya; c) testləşdirmə; ç) eksperiment; d) fəaliyyət məhsullarının təhlili.
Anket-sorğu. Anket-sorğu intervyüdən fərqli olaraq suallara yazılı cavab alınır. Belə sorğular hər bir yaş dövründə (uşaqlar haqqında valideynlərlə) aparıla bilər. Kiçik məktəbli yaşının sonlarında uşaqlarla da sadə anket-sorğular aparmaq mümkündür.
Diaqnostikanın məqsəd və vəzifələrindən asılı olaraq anket sorğu müxtəlif məzmunda tərtib olunur. Şəxsiyyət və şəxsiyyətlərarası münasibətlərinin inkişaf səviyyəsini, məzmununu, fərdi keyfiyyətlərin xarakterik əlamətlərini, ünsiyyət mədəniyyətini və s. müəyyənləşdirmək üçün sorğu əlverişli metoddur. Ailədə tərbiyə işinin təşkili vəziyyəti, ailədaxili konfliktlər, ailənin pedaqoji-psixoloji mühiti və d. məsələrlərlə bağlı anket sorğularının aparılması təcrübəsi də geniş yayılmışdır.
Anket sorğularının nəticələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi riyazi-statistik üsullarla həyata keçirilir. Nəticələr işlənilərək səbəblər ümumiləşdirilərək növbəti mərhələdə aparılacaq işlər planlaşdırılır.
Sosiometriya. Praktik psixologiyada tətbiq olunan metodlar içərisində sosiometriya [latınca - cəmiyyət (sosietos), yunanca – ölçmək (metriya)] mühüm yer tutur. Bu və ya digər qrupda (kollektivdə, ailədə) insanlar arasındakı qarşılıqlı münasibətləri öyrənmək məqsədilə sosiometriyadan istifadə edilir. Sosiometriya ilk dəfə Amerika psixoloqu Con Moreno tərəfindən işlənmişdir. Hazırda onun təkmilləşdirilmiş formaları geniş yayılıb. Uşaqlar bir sıra hallarda suala səmimi cavab verməkdən yayınırlar. Bu baxımdan, sosiometriya şəxsiyyətlərarası münasibətləri dolayı yolla aydınlaşdırmaq üçün əlverişlidir. Sosiometriyadan ailə üzvləri arasındakı simpatiya və antipatiyanı aydınlaşdırmaq, uşaqmikroqrupundakı qarşılıqlı münasibətləri öyrənmək, nəticələrə görə praktik köməklik göstərmək mıəqsədəuyğundur. Eyni zamanda, aparılmış anket-sorğunun nəticələrini ümumiləşdirmək üçün də sosiometriya münasib metoddur.
Ailə üzvlərinə uşağın münasibətini öyrənmək məqsədilə münasib sosiometrik metod seçmək mühüm şərtdir. Bu zaman psixodiaqnostik tədqiqatda müxtəlif sosiometrik meyarlar: ailədə uşağa münasibət necədir, uşaq hansı ailə üzvü ilə yaxınlıq etmək, oynamaq, gəzintiyə getmək istəyir və s. müəyyənləşdirilir. Alınmış sosiometrik nəticələr riyazi-statistik yolla işlənir. Bunun üçün sosiometrik matrisa, yaxud qrup diferensiyası xəritəsindən istifadə olunur. Nəticələrə görə, sosiometrik sorğuda ən çox səs alan uşaqlar, eləcə də rədd edilənlər, təcrid olunmuşlar, heç kim tərəfindən qəbul edilməyənlər, liderlər və d. aydınlaşdırılır.
Qrup differennsiyasının sosiometrik yolla öyrənilməsinin xüsusi variantı referentometriyadır. Bu, etibarlı psixodiaqnostik üsuludur. Onun köməyilə insan üçün özünün şəxsiyyət keyfiyyətlərinin, davranış tərzinin, meyllərinin qiymətləndirilməsinə münasibəti mümkündür. Bunları adi sosiometrik tədqiqat xüsusi sosioqramlarda işlənir. Sosioqramlar, ya tədqiqat üçün olaraq hazırlanır, ya da münasib sosioqramdan istifadə edilir.
Testləşdirmə. Test- “sınaq”, “yoxlama”, “nümunə”, “ölçmə” mənalarını bildirir. Testlərin hazırlanmasında bir sıra tələblərin gözlənilməsi vacib şərt olduğundan psixoloji xidmət işində təcrübəli mütəxəssislər tərəfindən hazırlanmış, yaxud modifikasiya olunmuş testlərdən istifadə edilir.
Test – hər şeydən əvvəl, etibarlı, əlverşli, standartlaşdırılmış formada olmalıdır. Onların işlənilməsi və istifadəsi məsələlərinin öyrənilməsi hər bir praktik psixoloqun mühüm vəzifələrindəndir. Testləşdirməyə müvafiq olan sınaqlar hələ qədim dövrlərdən məlumdur. Mülki şəxslərin sınaqdan keşirilməsinə (orduya cəlb etmək üçün) oxşar olan testlər hələ 4000 il əvvəl Çində yaradılmışdır. Qədim Yunanıstanda düşünmək, mühakimə mədəniyyətini, fiziki kamilliyi, hərbi qabiliyyətləri müəyyən etmək üçün Platonun tətbiq etdiyi metodlar ilk sistemli nümunələr kimi elmə məlumdur.
Azərbaycan mədəniyyətində də testləşdirmə ilə bağlı kifayət qədər nümunələr var. Məsələn, N.Gəncəvinin yaradıcılığındakı “Fitnə fenomeni”ni fiziki qabiliyyətlərin müəyyənləşdirilməsi üçün unikal, klassik test nümunəsi kimi göstərir. Elmi baxımdan ilk təkmil testlərin yaradılması XIX əsrin ortalarına təsadüf edir. Uşaqların psixofizioloji imkanlarının ölşülməsi üçün ilk test Halton, Helmhols tərəfindən yaradılmış, daha sonralar Leyosiq laboratoriyasında V.Vundt və onun əməkdaşları tərəfindən təkmilləşdirilmişdir. Bu testlər sadə sensor və sensomotor proseslərin, intellektin öyrənilməsinə imkan verirdi.
Fərdi fərqlərin testlər yolun ilə öyrənilməsi Haltonun adı ilə bağlıdır. Uşaqların psixofizioloji imkanlarının təlim prosesinə təsiri probleminin testlər yolu ilə öyrənilməsi ilk dəfə 1897-ci ildə Ebbinhauz tərəfindən həyata keçirilmişdir. O, uşaqların əqli qabiliyyətlərini müəyyən etmək üçün “doldurma metodu” təklif etmişdi. Bu məqsədlə istifadə olunan testlər daha sonralar Bine, Kettel, Ayzenk, Torndayk, Vudvors və b. tərəfindən təkmilləşdirilmişdir. Psixologiyada “intellekt testi” ifadəsinin işlənməsi Amerika alimi M.Kettelin (1890) adı ilə əlaqələndirilir.
Testlərin qurulması çətin və mürəkkəbdir. Testləşdirmə zamanı sınaqdan keçiriləcək psixi prosesin, hadisənin ən incə sahələri nəzərə alınmalıdır. Həmçinin, testləşdirmə özü də ciddi nəzarət tələb edir. Belə nəzarət, ilk növbədə kifayət qədər obyektiv nəticələrin alınması məqsədi daşyır. Test yoxlamasında ekspertin şəxsi maraqları tamamilə arxa plana keşməli, dəqiqlik gözlənilməlidir. Material (təlimat) aydın izah olunmalı, onun icrası eyni qayda ilə izlənməli, münasib metodlarla (riyazi-statistik, təsviri və s.) qeydə alınmalıdır.
Testlər əlamətlərinə görə iki qrupa bölünür: fərdi və qrup, şifahi və yazılı, miqdar və kəmiyyət, qradual və alternativ, ümumi və xüsusi: fərdi testlərdən bir uşaq üzərində aparılır; şifahi testlərdə nitqə, yazılı testlərdə qeydlərə istinad edilir; qradual testlər uşağın inkişaf səviyyəsini, xassələrini, xüsusi şkalada ifadə etmək üçün imkan yaradır; alternativ testlərdə yalnız “Bəli”, “Xeyr” cavabları verilir; ümumi testlər hər hansı psixoloji xassənin ümumi xarakteri, xüsusi testlər onun ayrı-ayrı hissələri haqqında dəlilllər toplamağa imkan yaradır.
Eksperiment. Psixoloji xidmətdə bir sıra hallarda iki fakt arasındakı hər hansı əlaqənin yoxlanılması üçün eksperiment metodundan istifadə edilir. Praktik psixologiyada eksperimental tədqoqatlar təsadüfi hallarda, psixodiaqnostik nəticələrə görə psixokorreksiyanı həyata keçirmək və nəticələrini öyrənmək məqsədilə aparılır. Bu halda psixi hadisənin baş vermə şəraiti, onun amilləri eksperiment tərəfindən dəyişdirilən amil – müstəqil dəyişmə, müstəqil dəyişmənin təsirilə yaranan amil isə - asılı dəyişmə adlanır. Dəyişmələr 2 istiqamətdə baş verir: bioloji, psixoloji. Onların təsirilə şəxsiyyətin keyfiyyətində və psixikada əmələ gələn dəyişmə: təxmini və mərkəzi dəyişmələrdir.
Xarici təsirlərin nəticəsi olaraq daxilində gedən həmin dəyişmələr – müstəqil dəyişmələrdir. Uşaq işin icrasına başlayır. Optimallaşdırıcı, inkişafetdirici metodlar uşağın iradi fəaliyyətində yeni keyfiyyət dəyişmələri əmələ gətirir. Bu dəyişmələr – aslılı dəyişmələrdir. Eksperiment bir sıra mürəkkəb, kombinə edilmiş proseslərin qarşılıqlı əlaqəsi yolu ilə həyata keçirilir. Həmin proseslərin mahiyyəti bunlardan ibarətdir.
Ekspert digər metodlarda olduğu kimi təsadüfi halların baş verməsini gözləmir, şəraiti özü yaradır.
Hadisəni yaratmaqla yanaşı şəraiti dəyişmək imkanına malik olur.
Eksperimental şərait ətraf mühitin sensor və fiziki təsirlərdən təcrid edilir.
İşin gedişində ekspert hər hansı dəyişmə təsir etmədən onu olduğu kimi saxlayır. Nəticədə ona təsir göstərən digər dəyişmələrlə müqayisə imkanı qazanır. Bu baxımdan eksperiment bir sıra qanunauyğunluqların üzə çıxarılması üçün əlverişlidir.
Ekspert hadisələr arasındakı qanunauyğunluq əlaqələri aşkar edərək nəinki yalnız şəraitin özünü, onların kəmiyyət-keyfiyyət baxımından münasibliyini təmin edir.
Eksperimentin əsas vəzifəsi obyektiv müşahidə prosesində davranışın, psixi aləmin xarici tərəfləri haqqında əldə olunan nəticələrin daxili proseslərdə baş vermə səbəblərini öyrənmək, eyni zamanda inkşafa təsir edə biləcək korreksiya yolunu seçməyə kömək etməkdir.
Fəaliyyət məhsullarının təhlili. Psixoloji xidmət işində fəaliyyət məhsullarının təhlilində geniş istifadə olunur. Bu zaman daha çox əmək fəaliyyətinin nəticələrinin analizinə üstünlük verilir. Həmin prosesdə kliyent (qrup) əvvəlcədən ekspert tərəfindən hazırlanmış züsusi tapşırığı yerinə yetirir. Tapşırıq: əşyavi-oyun, şəkil çəkmək, quraşdırmaz, işarələr qoymaq, yarımçıq işi tamamlamaq, riyazi əməliyyatların aparılması, və s. ibarət ola bilər. Belə tapşırıqlardan psixoloji xidmətdə köməkçi metod kimi istifadə olunur.
Dostları ilə paylaş: |