Fərdi yanaşma prinsipi- konsultasiya prosesində hər bir uşağın fəaliyyətinin, özünəməxsus inkişaf tempinin nəzərə alınması əks etdirir.
Şüurla davranışın vəhdəti prinsipi- şüurun fəaliyyət vasitəsilə öyrənilməsinin zəruriliyini ifadə edir.
Könüllülük və anonimlik prinsipi- konsultasiya prosesinə cəlb edilənlərin könüllülüyünü və aparılan işin mahiyyətini gizli saxlanılmasını nəzərdə tutur.
4. Valideynlərlə aparılan konsultasiya işinin məzmunu və formaları.
Ailədə uşağa qulluq onun tərbiyəsi hər bir valideyni düşündürən və qayğılandıran problemlərdən biridir. Ilk tərbiyəçiləri olan ata anaların bir çoxu uşağın tərbiyəsi ilə bağlı meydana çıxan suallara cavabları özləri axtarıb tapdıqları halda əksəriyyəti bu sahədə təcrübəsi olan yaşlılarla, hörmətli və nüfuzlu adamlarla, tərbiyəçi və müəllimlərlə məsləhətləşməyə ehtiyac duyurlar. Ona görə də təhsil sistemində psixoloji xidmət işində pedaqoji-psixoloji konsultasiyalar mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulmuşdur. Məktəb təhsilinin yarandığı həm ötən əsrlərdə, həm də müasir dövrdə valideynlərlə aparılacaq, konsultativ işin ağırlığı həmişə məktəb müəllimlərinin üzərinə düşmüşdür və bu gün də bu işdə müəllimlərin və sinif rəhbərlərinin rolu böyükdür.
Psixoloji konsultasiyalar özlərinin təşkili formalarına görə fərd və qrup olmaqla 2 yerə ayrılır. Psixoloqun təşkil etdiyi fərdi konsultasiyalar ayrı-ayrı valideynlərlə təklikdə, qrup konsultasiyaları isə bir neçə valideynin birgə iştirakı ilə keçirilir.
Dostları ilə paylaş: |