Çoxun-birə (M:1) əlaqəsi
Coxun-birə (M:1) əlaqəsi əsas cədvəlin bir neçə yazısının əlavə cədvəlin bir yazısına uyğun gəldiyi halda qurulur.
Misal 3.
Fərz edək ki, C1 cədvəlində olimpiadada universitetlər üzrə qalib gələn tələ- bələr haqqında verilənlər: universitetin kodu, tələbənin soyadı, adı, qrup nömrəsi və s., C2 cədvəlində isə universitetlər haqqında verilənlər: universitetin kodu, adı, fakültələrin sayı və s. toplanmışdır.
Bu cədvəllərin «Universitetin kodu» əlaqə sahəsinə görə əlaqələndirilməsi onların yazıları arasında aşağıdakı psevdoyazıların törənməsini təmin edən uyğunluq yaradır: (01, s1, ta1, q1, ua1, 4,…), (01, s2, ta2, q2, ua1, 4,…), (01, s3, ta3, q3, ua1, 4,…), (02,s4, ta4, q4, ua2, 5,…), (02,s5, ta5, q5, ua2, 5,…) və s. Alınan psevdocədvəl konkret universitet üzrə olimpiadada qalib gəlmiş tələbələr və həmin universitet haqqında verilənləri əks etdirir.
Qeyd edək ki, C1 cədvəlinin açarı yoxdur və burada təkrarlanan yazılar ola bilər. Əgər C2 cədvəlini əsas və C1 cədvəlini əlavə qəbul etsək, onda 1:M növlü əlaqə alarıq. Buradan o nəticə çıxır ki, 1:M və M:1 əlaqələri cədvəllərdən hansının əsas və hansının əlavə olmasından asılı olaraq təyin olunur.
Dostları ilə paylaş: |