INSERT əmrini sorğunun nəticələrini yerləşdirmək üçün də istifadə etmək olar. Bunu etmək üçün sadəcə olaraq VALUES-də dəyişəni uyğun sorğu ilə dəyişirik:
INSERT INTO MoscowStaff
SELECT *
FROM Salespeople
WHERE city = 'Москва'
Burada "Ticarət agentləri" cədvəlindən city="Москва" qiyməti olan bütün məlumatlar MoscowStaff cədvəlinə yerləşdirilir. Bunların işləməsi üçün MoscowStaff cədvəli aşağıdakı şərtləri ödəməlidir:
O CREATE TABLE əmri vastəsi ilə yaradılmalıdır
O ticarət agentləri cədvəlinin sütunlarının şərtlərini ödəyən dörd sütundan ibarət olmalıdır.
Sətirlərin cədvəldən silinməsi üçün DELETE əmrindən istifadə olunur. O ayrı dəyişənləri pozmur, bütün sətiri pozur. Agentlər cədvəlinin bütün tərkibini pozmaq üçün aşağıdakı əmrdən istifadə edilməlidir:
DELETE FROM Salespeople
Adətən cədvəldən bəzi təyin olunmuş sətirləri silmək lazım olur. Bu cür pozulacaq sətirləri təyin etmək üçün sorğularda etdiyimiz kimi şərtləri istifadə edirik. Məs, Şilin agentini silmək üçün aşağıdakıları daxil etmək lazımdır:
DELETE FROM Salespeople
WHERE snum = 1007
Təbii ki əgər şərtə bir neçə sətir uyğun gələrsə onda onların hamısı silinəcək. DBASE kimi VBİS (ODBC)-lərdən fərqli olaraq SQL Server yazıları pozuluş kimi qeyd etmir, onları fiziki pozur, yəni onları qaytarmaq olmur.
UPDATE əmri cədvəldə bir neçə və ya bütün yazıları dəyişmək imkanı verir. Bu əmr özündə arxasınca cədvəlin adını göstərən və lazım olacaq dəyişikliyi göstərən SET təklifi olan UPDATE təklifini saxlayır. Məs., bütün sifarişçilərin reytinqini 200-ə dəyişmək üçün aşağıdakı əmri daxil etmək lazımdır:
UPDATE Customers
SET rating = 200
UPDATE və DELETE əmrlərinə oxşar olaraq burda da dəyişiklikliyə lazım olacaq sətirləri seçmək olar. İvanov adlı bütün agentinin reytinqini belə dəyişmək olar (kod 1001):
UPDATE Customers
SET rating = 300
WHERE snum = 1001
SET təklifində vergül ilə bir neçə cədvəl adı vermək olar.
İxtisas: Riyaziyyat-informatika müəllimliyi
Kurs: IV
Fənn: Verilənlər bazası
Mövzu: SELECT - müqayisə, məntiqi və xüsusi operatorlar
Ədəbiyyat:
S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə. İnformatika. Bakı 2010.
S.Q.Kərimov. İnformasiya sistemləri. Bakı 2008.
Elmir Vəlizadə, Ziyafət Əmirov., Microsoft Office 2007 Paketi., «Şərq-Qərb», 2012.
Natiq Quliyev, Zəfər Şamilov., İnformatika., Bakı 2013.
S.Quliyeva, N.Qafarova, N.Ağayeva,V.Qasımov, M.Mehdiyev. İnformatika. Dərs vəsaiti. Bakı 2011.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası., İnformatika., Bakı, 2015
Müəllim: Vüqar Salmanov
E-mail: vuqars69@mail.ru
Plan
1. Müqaisə və məntiqi operatorlar
2. Xüsusi operatorlar
Əvvəlki Dərsda biz cədvəldən məlumatın cəkilməsi üçün WHERE təklifində bərabərlik (=) işarəsindən istifadə etdik. Transact-SQL yazılardan çətin şərtli məlumatların cıxarılmasını təmin edir və bunun üçün yanaşma operatorları, məntiqi operatorlar və xüsusi operatorlar istifadə olunur. Yanaşma operatorları aşağıdakılardır:
= Bərabər
> Böyük
< Kicik
>= Böyük bərabər
<= Kicik bərabər
<> Fərqli (bərabər deyil)
Onlar simvol və tarix tipli dəyişənlər üçün eyni qiymət alırlar. Simvol tipli dəyişənlər onların kodlarındakı terminlərlə müqayisə olunurlar.
Tutaq ki bizə reytinqi 200-dən cox olan sifarişçiləri görmək lazımdır:
SELECT *
FROM Customers
WHERE rating > 200
Nəticə belədir:
CNUM CNAME CITY RATING SNUM
----- --------------------------------- ---------- ------- -----
2004 Konüern "Deti leytenanta Şmidta" Bobruysk 300 1002
2008 OAO "Valöt-tranzit" Karaqanda 300 1007
Məntiqi operatorlar:
|