Kurs: IV fənn: Verilənlər bazası



Yüklə 5,49 Mb.
səhifə7/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   2   3   4   5   6   7   8   9   10   ...   65
Lokal informasiya sistemi adətən şəbəkəyə qoşulmayan bir fərdi kompüterdə reallaşdırılır. Bu cür sistem ümumi informasiya bazasından istifadə edən bir neçə tətbiqə malik ola bilər. Sistem istənilən anda bir istifadəçiyə və ya vaxt bölgüsü ilə bir işçi yerində işləyən bir neçə istifadəçiyə xidmət edir. Bu cür tətbiqlər çox vaxt verilənlər bazalarının (VB) lokal və ya stolüstü idarəetmə sistemləri (VBİS) vasitəsilə əldə edilir. Ən çox istifadə olunan lokal VBİS-e dBase, Clipper, FoxPro, Paradox, Access sistemləri aiddir.

Qrup informasiya sistemi müəyyən işçi qrupun üzvləri tərəfindən kollektiv istifadə olunması üçün nəzərdə tutulur və əksər halda lokal kompüter şəbəkəsində yaradılır. Bu cür tətbiqlərdə işçi qruplar üçün SQL (Structured Query Language) serverler adlanan verilənlər bazalarının serverlərindən istifadə olunur. Həm kommersiya, həm də müstəqil xarakterli çoxlu sayda müxtəlif SQL-serverler mövcuddur. Onlara misal olaraq DB 2, Oracle, Microsoft(MS) SQL Server, İnterBase, Sybase, İnformix və s. göstərmək olar.

Korporativ informasiya sistemləri - işçi qruplar üçün İS-in inkişafı nəticəsində yaradılmış və məsafəyə görə səpələnmiş qovşaqlarla və şəbəkələrlə xarakterizə olunan iri kompaniyalar üçün nəzərdə tutulur. Bü cür sistemlər əksər halda bir neçə səviyyəli iyerarxik struktura malik olub, kliyent-server və ya çoxsəviyyəli arxitektura ilə qurulurlar. Onların reallaşdırılmasında qrup İS-də tətbiq edilən verilənlər bazalarının serverlerindən istifadə oluna bilər. İri korporativ İS-də daha çox Oracle, DB2 və MS SQL Server kimi VBİS-lərdən istifadə olunur. Qrup və korporativ informasiya sistemlərinin fəaliyyətinə və verilənlərin mühafizəsinə daha ciddi tələblər qoyulur.

İxtisas: Riyaziyyat-informatika müəllimliyi

Kurs: IV

Fənn: Verilənlər bazası

Mövzu: İnformasiya sistemlərinin strukturu və təsnifatı

Ədəbiyyat: S.Q.Kərimov. İnformasiya sistemləri. Bakı 2008.

Müəllim: Vüqar Salmanov

E-mail: vuqars69@mail.ru




Plan

  1. İnformasiya sistemi anlayışı

  2. İnformasiya sistemlərinin təsnifatı

  3. Informasiya sistemlərinin strukturu və tətbiqi




  1. İnformasiya anlayışının ən mühüm alt anlayışlarından biri də informasiya sistemləridir(İS). Kompüterlərin və digər əlaqə vasitələrinin istifadə olunmasına əsaslanan yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq bu anlayış (informasiya sistemi anlayışı) geniş istifadə olunur. Ümumi halda sistem anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir tam kimi fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirir. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı kimi komponentləri var. Bundan başqa hər bir sistemin alt sistemə bölünmək imkanı da var. Bu xüsusiyyəti onun analizini, yaradılamsını və istifadəsini asanlaşdırır.

İnformasiya sistemləri tətbiq sahəsinə aid informasiyaların toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Bu sistem müxtəlif istifadəçilərin müəyyən mövzu sahəsi çərçivəsində informasiyaya olan tələbatını ödəyir. Onun yaranmasının səbəbi də budur.

İnsanlarının tələbatlarının ödənilməsində iki cəhəti nəzərə almaq lazımdır. Birincisi tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi, ikincisi istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılmasıdır. Birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməli, ikinci halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə cavab verilməlidir.

Birinci halda o, informasiya-sorğu sistemi kimi, əsasən, ayrı-ayrı şəxslərin və ya kollektivlərin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə informasiya sistemi istifadəçilərə informasiya-arayış xidməti göstərməklə yanaşı, həmdə avtomatlaşdırılmış sistemin informasiya təminatı alt sistemi rolunu oynayır.

İnformasiya sistemləri konkret hər hansı bir obyekt üçün yaradılır. İnformasiya sistemləri bir çox cəhətlərinə görə qruplaşdırılır.

Avtomatlaşdırma dərəcəsinə görə informasiya sistemləri əllə işləyən (mexaniki), avtomatlaşdırılmış və avtomatik olmaqla üç qrupa bölünür. Mexaniki olduqda bütün əməliyyatlar insanlar tərəfindən, avtomatlaşdırılmış olduqda yarısı insan, yarısı EHM-lər tərəfindən, avtomatik olduqda isə texniki vasitələrin köməyi ilə avtomatik olaraq yerinə yetirilir.

İnformasiya sistemlərini tətbiq sahəsinə görə də təsnifləşdirirlər. Bu cəhətinə görə informasiya sistemləri bir neçə sinifə bölünür: elmi tədqiqatlar, avtomatlaşdırılmış layihələndirmə, texnoloji proseslərin idarı olunması, təşkilati idarəetmə və s.

Tətbiq sahəsindən asılı olmayaraq bütün informasiya sistemləri eyni komponent toplusundan ibarətdir. Bunlar funksional komponentlər, verilənlərin emalı sistemi komponenti və təşkilati komponentlərdir. Bu komponentlərin hər biri informasiya sisteminin ayrı-ayrı tapşırıqlarını (idarəetmə funksiyasını, verilənlərin emalının tipik əməllərinin reallaşdırılmasını, inforamasiya üzərində müxtəli əməllər və s.) yerinə yetirir.

İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırılmasına.. xidmət edir. Bunun üçün o, müxtəlif ranglı işçiləri idarə olunacaq obyekt haqqında inforamsiya ilə təmin edir, toplayır, çevirir,ötürür və emal edir.

Bütün deyilənləri ümumiləşdirərək informasiya sisteminə aşağıdakı tərifi vermək olar.

“İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırmaq məqsədi üçün müxtəlif rütbəli istifadəçiləri (işçiləri) idarə olunan informasiya ilə təmin edən, toplayan, ötürən və emal edən kommunikasiya sistemidir”.

Verilənlər (eng: Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər.

Verilənlər sistemin informasiya  istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar.

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşların informasiya sistemləri,

texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır. Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin yaradılması və istehsalı sahəsində elmi və təcrübi-layihə işlərinin aparılmasına şərait yaradır.

İnformasiyalaşdırmanın aparıcı istiqamətlərinin müəyyən edilməsi, onun inkişafı üçün müvafiq tədbirlərin görülməsi, dövlət informasiya sistemlərinin yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və görülən işlər dövlət büdcəsi, xüsusi vəsaitlər və digər mənbələrdən maliyyələşdirilir.

İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinə müəlliflik hüququ və onun müdafiəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemləri, verilənlər bazası və verilənlər bankı, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanları, idarə, müəssisə və təşkilatların informasiya sistemləri, habelə bu sistemlərin mühafizə vasitələri müəyyənləşdirilmiş qaydada sertifikasiyalaşdırılmalıdır.

İnformasiya mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət xüsusi razılıq əsasında həyata keçirilir.
İnformasiya sistemi geniş mənada texniki, proqram və təşkilatı təminatının məcmucudur, eyni zamanda insanlara vaxtında lazımi informasiya ilə təmin edən personal başa düşülür.

Informasiya sistemi - informasiya və kommunikasiya avadanlığından, proqram təminatından, informasiya resurslarından, istifadəçilərin informasiya tələbatının ödənilməsi üçün sistem personalından ibarət bir kompleksdir.

Yığcam(dar) mənada İS-lər İS-nın geniş mənada altkomponenti başa düşülür(verilənlər bazası, verilənlər bazasının idarəetmə sistemləri, ixtisaslaşdırılmış tətbiqi proqramlar).


  1. İnformasiya sistemləri təsnif olunur:

  1. Arxitektura üzrə

Paylanma dərəcəsinə görə

stolüstü(desktop) və ya lokal İS, burada bütün komponentlər bir kompüterdə yerləşir(VB,VBİS);

paylanmış(distributed) İS, burada komponentlər bir neçə kompüter arasında paylanır.

Paylanmış İS öz növbəsində fayl-server, müştəri-server bölünür.

Fayl-server İS VB fayl serverındə,VBİS və müştəri uyqulamalar işçi stansiyasında yerləşir. Müştəri-server İS VB və VBİS serverdə, müştəri uyqulumalar isə işçi stansiyada yerləşir.
Fayl-serverin üstünlüyü:

Inkişafın aşağı qiyməti, yüksək sürəti, proqram təminatının dəyişilməsi və yenilənməsinin baha olmaması.



Çatışmazlığı (məhdudiyyətləri):

Müştərinin çoxalması trafikin həcmini artırır və verilənlərin ötürülməsində şəbəkənin yüklənməsi; müasirləşmə üçün yüksək xərclər, sistemin etibarlığınin aşağı olması.



Müştəri-sereverin üstünlüyü:

müştəri proqramları tərəfindən server proqram kodunun təkrarlanmaması. Bütün hesablamalar serverdə aparılır, müştərilər müəyyən edilmiş kompüterlərə tələblər azalır. Bütün verilınlər təhlükəsizlik baxımından serverdə saxlanılır.

Çatışmazlığı: Serverin sıradan çıxması sistemin işini dayandırır. Avadanlığın baha olması. Sistemin işini idarə edən mütəxəssis tələb olunur – sistem administratorunu.


  1. Avtomatlaşdırma dərəcəsi üzrə

Avtomatlaşdırılmış: burada avtomatlaşdırma tam olmaya bilər, yəni personalın müdaxiləsi daim tələb olunur.

Avtomatik: bu İS-də avtomatlaşdırma tamdır, yəni personalın müdaxiləsi qismən tələb olunur və ya tələb olunmur.



  1. Verilənlərin emal xarakterinə üzrə:

məlumat-təyinatlı və ya məlumat- axtarış İS. Verilənlərin emal alqoritmi mürəkkəb deyil və sistemin əsas məqsədi informasiyanın rahat formada axtarışı və verilmısidir;

həlledici İS, burada verilənlərin emalı mürəkkəb alqoritmi üzrə aparılır. Buraya ilk növbədə avtomatlaşdırılmış idarəetmə sistemləri aiddir



  1. Tətbiq sferası üzrə. İS-ləri konkret tətbiq olunma sahəsi çərçivəsində informasiya tələbatının ödənilməsi üçün yaradılır və hər bir tətbiq sahəsinin özünün informasiya sistemi mövcuddur. Bunları sadalamaq mənası yoxdur və bir neçəsini qeyd edək:

İqtisadi İS – müəssisənin idarəetmə funksiyasını yerinə yetirilməsi üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Tibbi İS – müalicprofilaktika və ya müalicə təşkilatında istifadə üçün nəzərdə tutulub.

Coğrafi İS – məkan-koordinat verilənlərin yığılması, saxlanması, emalı, əks olunması və yayılmasını təmin edən informasiya sistemidir.


  1. Miqyası üzrə

Fərdi İS – bir insanın müəyyən qrup məsələlərinin həlli üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Qrup İS – işçi qrupun üzvləri arasında informasiyanın kollektiv istifadəsi üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Korporativ İS – müəssisənin bütün informasiya prosesini əhatə edir və dağılmasını, tutarlığını və şəffaflığını təmin edir.


  1. Miqyasından, informasiya resurslarının xarakterindən və tətbiq sahəsindən asılı olmayaraq istənilən tip informasiya sisteminin ümumləşdirilmiş strukturunu aşağıdakı kimi təsvir etmək olar




İS altsistem adlanan bir neçə hissədən ibarətdir. Altsistem ümumi sisremin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir və İS-nin bütövlükdə fəaliyyətinin təmin edilməsinə xidmət edir.




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin