İxtisas: Kitabxanaçılıq və informasiya Kurs: III fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi Müəllim: Rəsulzadə Aysu Telman qızı



Yüklə 77,54 Kb.
səhifə1/15
tarix10.01.2022
ölçüsü77,54 Kb.
#107673
  1   2   3   4   5   6   7   8   9   ...   15

İxtisas: Kitabxanaçılıq və informasiya

Kurs: III

Fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi

Müəllim: Rəsulzadə Aysu Telman qızı

Mövzu 1.

Məktəb kitabxananın avtomatlaşdırılmasının məqsədi və əhəmiyyəti.

Plan:


1. Avtomatlaşdırılmış Kitabxana Informasiya Idarəetmə Sistemlərinin yaradılması

2. Adobe Acrobat proqramı

Avtomatlaşdırılmış Kitabxana Informasiya Idarəetmə Sistemlərinin yaradılmasının əsas məqsədlərindən biri informasiya selinin sürətlə artdığı və yeniləşdiyi müasir şəraitdə, şəbəkə texnologiyası əsasında

coğrafi məsafədən asılı olmayaraq kitabxanalar arasında informasiya mübadiləsini genişləndirmək və oxucu sorğusunu operativ yerinə yetirməkdir. Sistemin tətbiqi

aşağıdakıları təmin edir:

1. Ağır, yorucu və əlaqəli kitabxanaçı əməyinin avtomatlaşdırılmasını;.

2. Vaxta və insan ehtiyatlarına qənaəti;

3. Müxtəlif əlamətlərinə görə ədəbiyyatın çoxaspektli axtarışını;

4. Operativ və az xərclə ən yeni informasiya mübadiləsini;

5. Oxuculara yüksək elektron xidmət, oxucu sorğusunun ON‐Line yerinə yetirilməsini;

6. İnformasiyanın köhnəlməsi ilə əlaqədar olaraq kitabxana fondunun operativ yeniləşməsi, oxucu

tələbatına uyğun komplektləşdirilməsini; Kağız üzərində maddiləşmiş informasiyanın electron formaya keçirilməsi skaner və rəqəmli fotoaparat vasitəsilə yerinə yetirilərək, hər bir səhifənin obrazı yaradılır.

Yaradılmış obrazlar qrafik təsvir olduğundan çox böyü informasiya tutumuna malik olurlar və onun şəbəkədə idarə edilməsində müəyyən vaxt itkisi yarana bilər. Buna görə də skanerə olmuş obrazları PDF formatına və xüsüsi simvolların tanınması proqramları vasitəsilə ( məsələn: FineReader) mətn formatına çevirirlər. Skanerə olmuş obrazlar PDF formatına çevrilməsi Adobe Acrobat proqramı vasitəsilə yerinə yetirilir. Proqram yükləndikdən sonra açılmış proqram pəncərəsinin Fayl menyusunun

Adobe PDF kimi açmaq əmrini yerinə yetirməli və açılan dialoq pəncərəsində kitabın skanerə olunmuş birinci səhifəsinin obrazının ünvanını müəyyən edib klaviaturanın ENTER düyməsini sıxmaq lazımdır. Obraz Adobe Acrobat proqramının işçi sahəsində əks olunacaq. Növbəti səhifənin

obrazını eyni qayda ilə açdıqda səhfənin obrazını əvvəlki obrazların arxasına əlavə edilməsi və ya yeni sənəd pəncərəsi şəklində açılması haqqında dialoq pəncərəsi açılır4. Bu qayda ilə kitabın bütün səhifələrinin obrazlarını çağırdıqdan sonra onu yaddaşda saxlamaq lazımdır. İnterfeysin idarəedici düymələri vasitəsilə bir səhifədən digərinə keçid, obrazın fırlanması və s. mümkündür.




Yüklə 77,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin