Kvinke ödemi (sin: angionevrotik ödem, nəhəng övrə) - dərinin,dərialtı birləşdirici toxumanın və (və ya) selikli gişanın şiddətli, birdən inkişaf edən məhdud ödemidir. Daha çox qadınlarda, uşaqlarda və yaşlılarda isə nadir hallarda təsadüf olunur.

Xəstələrdə tez-tez allergik mənşəli digər xəstəliklər də müşahidə olunur:

bronxial astma
pollinoz
və s.
Bu xəstəlik əhalinin 10%-ında heç olmasa bir dəfə də olsa rast gəlinir. Elə hallar da olur ki, bu xəstəlik övrə ilə yanaşı gedir.

Kvinke ödemi və ya nəhəng övrə, sadə övrədən yalnız dərinin dərin zədələnməsi ilə seçilir. Bu, ilk dəfə 1882-ci ildə qeydə alınmışdır.
Böyük ölçülü ödemlər daha çox yumşaq birləşdirici toxumada əmələ gəlir:

dodaqlarda,
göz qapaqlarında,
yanaqlarda,
ağızın selikli gişasında,
cinsiyyət orqanlarında.
Tipik hallarda o, bir neçə saatdan sonra (2-3 sutkaya qədər) izsiz bir şəkildə yox olur. Orta ağır və ağır vəziyyətdə olan xəstələr qospitalizə edilməlidir.

Xəstəliyin iki forması var:
Xəstəliyin iki forması var:
kəskin
xroniki
Əgər xəstəliyin müddəti 6 həftəyə qədər davam edərsə, o zaman o kəskin forma olaraq qiymətləndirilir.
Əgər xəstəlik 6 həftədən çox davam edərsə, o zaman bu, xroniki forma olaraq qeyd olunmalıdır.
Kvinke odeminin anadangəlmə və sonradan qazanılmış variantlarını, eləcə də övrə ilə yanaşı gedən və həmçinin tək halda (təcrid olunmuş) formasını fərqləndirmək lazımdır.

Xüsusi forması da qeyd olunur:
C1 – inqibitorunun çatışmamazlığı ilə əmələ gələn angionevrotik ödem.
Bu forma daha çox ailə anamnezi ilə xarakterizə olunan kişi cinsinin nümayəndələrində qeyd olunur. Ödemin inkişafına mikrotravmalar və stress səbəb olur.
Daha çox qırtlaq ödemi inkişaf edir.
Təxminən 20-25 % hallarda Kvinke ödeminin irsi forması inkişaf edir, hansı ki, xüsusi qan çatışmamazlığı (C1 – inqibitoru) ilə əlaqəlidir.

30 % hallarda xəstliyin səbəbi bilinmir, belə hallar xəstəliyin idiopatik forması olaraq qeyd olunur.
Digər hallarda kvinke ödeminin səbəbi
Digər hallarda kvinke ödeminin səbəbi
dərman allergiyasi,
qida allergiyası,
həşərat sancması,
parazit qurdları və birhüceyrəli heyvanlar,
qan xəstəlikləri və autoimmun xəstəlikləridir.
Kvinke ödemi üçün angiotenzin çevirən fermentin inqibitorları (AÇF – inhibitorları) ilə müalicə hallarının əlaqəsi xarakterikdir (kapoten, renitek, enap, prestarium və s. aiddir), ödem daha çox hallarda dildə və dodaqlarda lokalizasiya olunur.

Ödemin nisbətən qorxulu forması qırtlaq ödemidir. Xəstədə birdən-birə

öskürək,
xırıltılı tənəfüs,
narahatçılıq,
üzdə solğunluq və ya göyərmə,
nəfəs darlığı,
qan qusma (bəzi hallarda)
müşahidə olunur.
Ağız boşluğunun müayinəsi zamanı
Ağız boşluğunun müayinəsi zamanı
yumşaq damağın,
badamcığının,
dilçəyin
ödemi görünür.
Larinqoskopiya zamanı qırtlaq qapağının ödemi və qırtlağın selikli gişasının ödemi görülür. Belə hallar 3-5 dəqiqədən 20-30 dəqiqəyə qədər davam edir və tədricən keçir. Səsin xırıltısı isə daha uzun müddətə qalır.

Ödemin şiddətlənməsi və ya onun traxeyanın selikli gişasında yayılması halları da olur. Bu zaman xəstənin vəziyyəti pisləşir və asfiksiya təhlükəsi yaranır.

Xəstələrin 20-25 %-ində traxeyanın,iri bronxların və qırtlağın ödemi müşahidə oluna bilər.Belə hallarda xırıltılı səs, hava çatışmamazlığı, “hürən öskürək” kimi əlamətlər görülür.
Mədə-bağırsaq traktının selikli gişasının ödemi kliniki olaraq kəskin qarın mənzərəsini xatırladır. Bu hal qarında kəskin ağrıların yaranması, qusma və ardıcıl gələn ishal ilə müşaiyət olunur. Buna bənzər hallarda dərinin və görünən selikli gişaların dəyişkənliyi olmaya bilər, bu da vaxtında diaqnozun qoyulmasına maneə yaradır.

Kvinke ödeminin sidik kisəsində yaranması sidik ifrazının pozulmasına səbəb ola bilər.
Kvinke ödeminin ən təhlükəli ağırlaşmalarından biri də qırtlaq, traxea və iri bronxların ödemidir.

Bunların nəticəsində də asfiksiya (kəskin tənəffüs çatışmamazlığı) təhlükəsi yarana bilər. Belə hallarda təcili olaraq həkim müdaxiləsi vacibdir.
Diaqnostikanın ən əhəmiyyətli komponenti Kvinke ödeminin əmələ gəlməsinə təsir edən faktorlardır. Məs: hər hansı bir qida qəbulunun, dərmanın və s. əlaqəsinin aşkarlanması. Bu əlaqəni allergik sınaqlar vasitəsilə vəya qanda Ig E-nin yoxlanılması ilə öyrənmək olar.

Allergik testlərlə yanaşı
Allergik testlərlə yanaşı
qanın ümumi analizi,
sidiyin ümumi analizi,
qanın biokimyəvi analizi
də dəyərləndirilir.
Eyni zamanda C1-inqibitorlarının və digər elementlərinin analizləri də aparılır. Autoimmun xəstəlikləri, bağırsaq xəstəliyi, qan xəstəliyi istisna olunur. Parazit qurdları və birhüceyrəlilərə qarşı nəcis də laborator şəraitdə yoxlanılır.

Allergik reaksiyaların ortadan qaldırılması, ödemin kiçildilməsi, histaminə qarşı orqanizmin həssaslığının azaldılması aparılır.

Qırtlaq ödeminin müalicəsi təcili olaraq başladılmalıdır. Bu zaman dərialtına 0,1 %-li adrenalin məhlulu yeridilir.
Xəstənin yaşına uyğun olaraq (0,3-0,5-0,8 ml) dozalar təyin olunur.
Vena daxili vəya əzələ daxili olaraq antihistamin preparatlarından biri təyin olunur (məs: dimedrol, suprastin, tavegil və s.).
Qırtlaq ödemi olan xəstələr təcili şəkildə intensiv terapiya şöbəsinə vəya reanimasiyaya hospitalizə edilməlidirlər. Belə xəstələrdə tənəffüsü yaxşılaşdırmaq üçün oksigen verilir, diuretiklər təyin olunur:

furosemid (1 % məhlul 1-2 ml v/d vəya ə/d),
15 % mannit məhlulu (çox yavaş şəkildə vəya damcı halında v/d, hər kq çəkiyə 1-1,5 mq),
30 % sidik cövhəri məhlulu (0,5-1,5 q/kq hər kq çəkiyə,v/d damcılar şəklində)
və s.
Əgər xəstənin vəziyyətində ağırlaşma olarsa, təcili olaraq traxeostomiya etmək lazımdır. Proqnoz birmənalı olaraq yaxşıdır.

Kvinke ödeminin irsi formasının əsas müalicəsi dərman preparatlarıdır, hansılar ki, orqanizmdə C1-inqibitorunun əmələ gəlməsini tezləşdirir. Bu dərmanlar yalnız həkim-allerq. tərəfindən təyin olunmalıdırlar.
Kvinke ödeminin idiopatik forması (bilinməyən səbəblərdən əmələ gələn) zamanı müasir allergiya əleyhinə (antihistamin) dərmanlardan uzunmüddətli olaraq istifadə edilir.

“Klaritin”,
“Erius”,
“Telfast”,
“Zirtek”
Qırtlaq ödeminə görə asfiksiya təhlükəsi yaranan hallarda qlukokortikoidlərə (v/d vəya daxilə qəbul) ehtiyac yarana bilər, hətta adrenalinə də ehtiyac ola bilər (v/d, ə/d vəya v/d inyeksiyalar şəklində).

Lakin əsas məqsəd xəstəliyin səbəbini öyrənmək və onu aradadn qaldırmaqdır. Əsas məqsəd xəstəliyin simptomlarını ortadan götürmək deyil.

Bu üsullara Nazaval da daxildir.
Bu üsullara Nazaval da daxildir.
Nazaval zəif parçalanan sellüloz tozdur, hansı ki, toz allergiyası, bitki allergiyası, heyvan dərilərinə qarşı olan allergiyalara qarşı qoruma mexanizminə malikdir.
Nazaval, burnunun içində pərdə yaradır. Bu pərdə filtrə bənzəyir. Bu filtr vasitəsilə nəfəs almada bütün zərərli maddələrin orqanizmə daxil olmasının qarşısı alınır.
Nazaval, yeni doğulanlara, hamiləlik zamanı, südvermə dövründə belə təyin edilə bilər. Çünki Nazaval yerli təsir mexanizminə malikdir, qana keçmir, tərkibində konservantlar yoxdur.
Profilaktik tədbirlər yalnızca Kvinke ödeminin səbəbi öyrənildiyi zaman mümkündür. Dərman vəya qida allergiyasını buna misal göstərmək olar. Bu zaman xəstənin allergenlə təması məhdudlaşdırılır. Xroniki infeksiya ocaqlarının müalicəsi, antihistamin preparatlarının periodik olaraq qəbulu (xüsusilə güllərin açılması vaxtı, toz allergiyası zamanı) lazımdır.