163) Harrison-Fuşe sınağında hansı reaktivdən istifadə olunur?
A) Fuşe reaktivi, buzlu sirkə turşusu
B) 10% BaCl2, 5% NaCl
C) 10% BaCl2 + KJ
D) 15% BaCl2, Fuşe reaktivi
E) Fuşe reaktivi, 10% NaCL
Fuşe sınağında 15% barium xlorid məhlulu sidikdə bilirubin olduqda onu çökdürür, süzgəc kağızı üzərində qalmış bilirubin dənəcikləri Fuşe reaktivi ilə tünd yaşıl rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 24
164) Sidikdə zülalın təyinində alınan həlqə hansı rəngdə olur?
A) Qırmızı
B) Yaşıl
C) Sarı
D) Ağ
E) Göy
Hellerin həlqəvi sınağında sidikdə zülal olarsa qatı HNO3 və ya Larionova reaktivi ilə ağ rəngli həlqə alınır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 17
165) Hellerin həlqəvi sınağında 2-3 dəqiqə müddətində alınan həlqənin qiyməti nə qədərdir?
A) 3,3 q/l
B) 0,002 q/l
C) 0,033 %
D) 0,33 q/l
E) 0,033 q/l
Sidikdə nitrat turşusunun və ya Larionova reaktivinin bir-birinə toxunduğu yerdə 2-3 dəqiqə müddətində alınan ağ həlqə sidikdə 0,033 q/l zülal maddəsinin olduğuna əsaslanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 17
Dostları ilə paylaş: |