172) Sidik çöküntü elementlərindən hansı yalnız böyrək xarakterlidir?
A) Leykositlər
B) Yastı epiteli
C) Silindlər
D) Eritrositlər
E) Bakteriya
Silindlər zülal maddəsindən təşkil olunmuş və böyrək kanalcığında əmələ gəlir. Onların miqdarı, növləri və diaqnostik əhəmiyyəti müxtəlifdir. Silindrlərə tez-tez zülal olan sidikdə rast gəlmək olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 31
173) Sidiyin xüsusi çəkisi hansı cihazla təyin edilir?
A) Qazometr
B) Hemometr
C) Spidometr
D) Urometr
E) Arometr
Sidiyin xüsusi çəkisi onun qatılığı və ya sıxlığı adlanır. Xüsusi çəkisi sidikdə həll olmuş üzvi və qeyri-üzvi maddələrin keyfiyyət və miqdarından asılıdır. Sidiyin xüsusi çəkisi urometr vasitəsi ilə təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 13
Dostları ilə paylaş: |