397) İrsilik funksiyasını yerinə yetirən zülallar hansılardır?
A) Metalloproteidlər
B) Qlikoproteidlər
C) Fosfoproteidlər
D) Nukleoproteidlər
E) Xromoproteidlər
Nukleoproteidlərin qeyri-zülali hissəsini nuklein turşuları təşkil edir. Nuklein turşuları irsilik informasiyanın qorunub saxlanılmasında və ötürülməsində iştirak etdiklərinə görə nukleoproteidlər irsilik funksiyasını yerinə yetirən zülallar sayılır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.25
398) Osmotik təzyiqin hissəsi olan onkotik təzyiqi yaradan maddələr hansılardır?
A) Su
B) Zülallar
C) Vitaminlər, Hormonlar
D) Kationlar
E) Anionlar
Osmotik təzyiqin hissəsi olan onkotik təzyiqi zülallar yaradırlar. Damarlarda suyun saxlanılmasında onkotik təzyiqin böyük rolu vardır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.25
399) Zülalın tərkibindəki əsas kimyəvi elementlərdən hansı element miqdarca öz sabitliyi ilə fərqlənir?
A) Hidrogen
B) Karbon
C) Azot
D) Kükürd
E) Oksigen
Zülalların kimyəvi tərkibini öyrəndikdə aşkar olunmuşdur ki, onlar karbon (50-55%), hidrogen (6-7%), oksigen (21-23%), azot (15-17%), kükürd (0,3-2,5%) elementlərindən ibarətdirlər. Əsas kimyəvi elementlərin miqdarı N istisna olmaqla ayrı-ayrı zülallarda fərqlənə bilər. Azotun qatılığı yüksək sabitliyi ilə xarakterizə olunur və orta hesabla 16% təşkil edir. Buna görə zülalın miqdarını onun tərkibində olan azotun miqdarına əsasən hesablayırlar, 1 qr azot 6,25 qr zülalda olduğunu bildikdən sonra tapılmış azotun miqdarı 6,25 əmsalına vurularaq zülalın miqdarını tapmaq olar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.25-26
Dostları ilə paylaş: |